Əlaəd sözü azərbaycan dilində

Əlaəd

Yazılış

  • Əlaəd • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I Əlaəddin Keyqubad
Şirvanşah I Keyqubad ilə səhv salınmamalıdır. I Əlaəddin Keyqubad (Anadolu Səlcuqlu dövlətinin sultanı (1220-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır. == Həyatı == I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəb dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi. 1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir.
Şeyx Xacə Əlaəddin Əli
Şeyx Xacə Əlaəddin Əli — Şeyx Sədrəddin Ərdəbilinin oğlu. == Həyat və fəaliyyəti == 1391-ci ildə Səfəvi (Ərdəbil) hakimliyinin başçısı olmuş, şafii məzhəbindən şiəliyə keçmişdir. Şeyxin dövrü mürəkkəb siyasi dövrə təsadüf edirdi. Ankara savaşından sonra (1402) Əmir Teymur xeyli türk generalı və əsgəri əsir etmişdi. Onları qul kimi Səmərqəndə göndərmək istəyirdi. Əmir Teymur ilə Şeyxin yaxşı əlaqələri mövcud idi. . Odur ki, Şeyx buna izin vermədi və ondan əsirləri azad etməsini istədi. Əmir Teymur onun istəyini qəbul etdi və türkləri azadlığa buraxdı. Türklər Şeyxin sayəsində Ərdəbildə qaldı. Əmir Teymurun ölümündən sonra (1405) Şeyx Teymurilərə qarşı mövqeyini dəyişdi və müttəfiqləri ilə Əmir Teymurun böyük nəvəsinə - Mirzə Ömərə qarşı mübarizəyə başladı.
Əlaəddin Ataməlik Cuveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Cüveyni Ələddin (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. == Həyatı == Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Əlaəddin Atsız
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Əlaəddin Ağsunqur
Əlaəddin Ağsunqur (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi == Həyatı == Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi.
Əlaəddin Hüseyn Cahansuz
Əlaəddin Hüseyn Cahansuz (?-1161) — Qurilər sülaləsinin hökmdarı (1149-1161). == Həyatı == Qurlu qultanı İzzəddin Hüseynin yeddi oğlundan biri olaraq dünyaya gəldi. Atasının ölümü üzərinə yerinə keçən oğlu Seyfəddin Suri, torpaqlarını qardaşları arasında bərabər şəkildə bölüşdürmüşdü. Öz hissəsini bəyənməyən Qütbəddin Məhəmməd torpaqlarını qardaşlarından Bahaəddin Sama tərk edərək Qəznəvilər sultanı Bəhram Şaha qatılıb ona xidmət etməyi lazım bildi. Qısa müddətdə özünü sevdirən Qütbəddin yetənəkləriyle diqqəti çəkirdi. Bundan xoşlanmayan bəzi kimsələr Bəhram Şahı onun aleyhində qızışdırdınca bir müddət sonra Qütbəddin zəhərlənərək öldürüldü. Bu olaydan sonra Qurlular və Qəznəlilər arasında bir düşmənlik başlandı. Qardaşının bu şəkildə öldürüldüyünü öyrənən Seyfəddin Suri intiqam almaq üçün Bəhram Şahın üzərinə yürüdü və Qəznəliləri məğlub etdi (1148). Bəhram Şah qaçaraq canını qurtara bildi. Qəznədə qalan Seyfəddin Suri bir müddət sonra idarədəki hakimiyətini sağlamlaşdırıb xalqın və əşrəfin güvənini qazandığına qane olunca məiyetini təkrar Firuzkuha göndərdi.
Əlaəddin Koval
Əlaəddin Koval (türk. Alâaddin Koval) (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi.
Əlaəddin Körpə Arslan
Əlaəddin Ağsunqur (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi == Həyatı == Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi.
Əlaəddin Melmasi
Əlaəddin Melmasi, (d.1 yanvar 1952 Təbriz — ö.6 iyun 2011 Şiraz) — fotoqraf, tərcüməçi, elmi işçi, müəllim,dilçi, şair və kimyaçı idi. == Həyatı == Əlaəddin Melmasi Mahmud Melmasi ədibin ilk uşağı idi. O, Təbriz Universitetində, İngilis dil və ədəbiyyatı sahəsində təhsil almışdır. == Əsərləri == === Fotoqrafiya === === Şeir === Melmasi, Azərbaycanca və Farsca şeirlər yazıb: دئنه پير ميكده یه بو ســـحر، كي بو شـــاعري ايله دعــــــا/Denə pire meykədəyə bu səhər, ki bu şairi eylə dua ئولوم اولميايدي، گؤريدي بير سوزي عالمه ياييلان زمان/Ölüm olmayaydı, göreydi bir sözü aləmə yayılan zaman === Rəsm === === Xətt === Melmasi Nəstəliq, Şikəstə nəstəliq, Süls, Nəsx xəttlərində bacarığı varıdı. == Qalereya == == Qaynaqlar == روشن‌ضمیر، مهدی. یاد یاران. چاپ اول. تهران: انتشارات طلاييه، ۱۳۷۱.
Əlaəddin Məhəmməd
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. == Şəhzadəlik dövrü == Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. == Hakimiyyəti == === Daxili mübarizə === Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi. İsfahandakı qardaşı Əlişahın orada möhkəmlənməsindən narahatlıq keçirən Sultan Məhəmməd onu mərkəzə çağırdı.
Əlaəddin Məhəmməd Xarəzmşah

Əlaəddin Turəli bəy
Əlaəddin Turəli bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqı başçısı. Ağqoyunlu dövlətinin yaranmasında böyük pay sahibi olan Bayandurların başçısı. == Həyatı == Turəli bəy Bayandur haqqında mənbələrdə məlumat olduqca azdır. Onun və oğlu Fəxrəddin Qutlu bəyin haqqında ilk məlumata Trabzon-Rum tarixçilərindən Panaretosda rast gəlinir. Əlaəddin Turəli bəy Pəhləvan bəy Bayandurun oğludur. Bayburtda doğulmuşdur. Ağqoyunlu ulusundan ilk sikkə zərb etdirən başçıdır. Turəli bəy rəhbərliyindəki ağqoyunlular zamanla şimala doğru hərəkət etmiş, Bayburt və Ərzincan ətrafına yerləşmişdilər. Bayburt yaxınlarındakə Sinür kəndində inşa edilən Ağqoyunlu memarlıq abidələri o cümlədən Turəli bəy və Fəxrəddin Qutlu bəyin məzarlarının burada olması bu köçün sübutudur.Turəli bəy haqqında məlumat verən bir digər mənbə Əbubəkr Tehrani tərəfindən yazılmış Kitabi-Diyarbəkriyyə əsəridir. Kitabi-Diyarbəkriyyəyə görə Pəhləvan bəy Bayandurdan sonra hakimiyyəti ələ alan Turəli bəy, fərmanı altındakı 30 min ailə ilə Rum sərhəddindən Şam, Misir, Cəzayir və İraqa qədər ərazilərdə illərlə sərdarlıq etmişdir.
Əlaəddin Təkiş
Əlaəddin Təkiş Xarəzmşah (tam adı: Əlaəddin Təkiş Əla-əl-Dünya və Din Əbül-Müzəffər) d. ? - o. 1200) — 1172-1200-cü illər ərzində Xarəzmşahlar dövlətinin hökmdarı. == Həyatı == Səltənətin əsas varisi olan Təkiş , Nişapur şəhərinin kənarında olurdu. Kiçik oğlu Sultan Şah, bu fürsəti qiymətləndirərək özünü Xarəzmşahlar Sultanı və Böyük Xaqan elan etdi. Atsızın böyük oğlu Təkiş, qardaşının hökmdarlığını qəbul etmədi, ancaq birinci hərəkət etdiyinə görə səltənət ordusunu arxasına alan Sultan Şaha qarşı təkbaşına mübarizə aparması mümkün deyildi. Qardaşını taxtdan endirmək üçün, qədim düşmənləri olan Qarakitaylardan kömək istədi. Xarəzmşahlara qarşı düşmən münasibət bəsləyən Qarakitaylar əlbəttə bu fürsəti dəyərləndirmişdirlər. Qarakitayların yardım üçün göndərdikləri ordunun başına keçən Təkiş, Nişapura girərək qardaşını taxtdan endirdi və səltənət məqamına keçərək özünü Sultan elan etdi.
Əlaəddin Təkiş Xarəzmşah

Əlaəddin məscidi
Əlaəddin məscidi (türk. Alâeddin Camii) — Türkiyənin Konya şəhərində yerləşən qədim tarixi tikili. Məscid Əlaəddin təpəsində yerləşir. Məscid həm də bir çox Konya sultanlarının dəfn yerdir. == Tarixi == Konyanın Səlcuqlular tərəfindən ələ keçirildikdən sonra Bizans arxitekturasına aid bir çox tikililər məscidə çevrilmişdir. Əlaəddin məscidi də Bizans tikilisi olmuşdur. Bu tikilidə ilk yenilənmə işləri 1150-ci ildə sultan I Maqsudun dönəmində aparılmışdır. Məscidin minbəri ebendən hazırlanmışdı. Bu isə Anadolu türklərinin qədim incəsənət nümünələrindən sayılır. Bu minbər 1155-ci ildə hazırlanmışdır.
Əlaəddin Əli
Əlaəddin Əli Xəlvəti (v. 1462) – xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin xəlifəsi və Dədə Ömər Rövşəninin böyük qardaşıdır. Aydına məxsus Gözəlhisardandır.Anadoludakı Qaramanoğullarının Osmanlılarla müharibəsi üzərinə məmləkətini tərk edib Bakıya gəlmiş, Seyid Yəhyanın müridi olmuşdur. 20 il Seyid Yəhyanın yanında qalıb seyi-sülukunu tamamladıqdan sonra şeyxin əmri ilə xəlifəsi sifətiylə Anadolunu irşadla vəzifələndirilmişdir. Şeyx Əlaəddin Anadolunu qarış-qarış gəzib,xalqa vəz və nəsihət etmişdir. Dövrün Osmanlı sultanı Fateh Sultan Məhəmməd xanın israrlı dəvəti üzərinə Rumelinə keçərək Ədirnəyə və ya İstanbula getmişdir. Məcdi şeyxin sultanla Konstantiniyyədə, Xulvi isə Ədirnədə görüşdüyünü söyləyir. Bu görüşmənin İstanbulun fəthindən (1453) əvvəl baş verməsi də iddia edilir. Burada başda sultan olmaq üzrə əmirlərin bir çoxunu təsirləndirmişdir. Hətta onlardan bəzləri şeyxə biyət etmişlər.
Əlaəddövlə Bozqurd bəy Zülqədər
Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər (1479-1515) — hökmdar. == Həyatı == Süleyman bəyin dördüncü oğlu Bozqurd bəy Əlaəddövlə ləqəbini daşıyırdı. 1479-cu ildən 1515-ci ilədək bəyliyi idarə etmişdi. Əlaüddövlə Bozqurd bəy hakimiyyətinin ilk illərındə osmanlıların yanında yer aldı. Üzərinə göndərilən məmlük ordularını dalbadal mağlub etdi. Zülqədər bəyliyi üzündən Osmanlı-Məmlük ilişkiləri pozuldu. Çuxurovada hakimiyət mücadiləsi üzündən başlayan Osmanlı-Məmlük savaşları 1485–1491 illərı arasında davam etdi. Əlaüddövlə bəy qızı Ayşə xatunu II Bəyazidə verdi. Bu evlilikdən Səlim Yavuz dünyaya gəldi. Əlaüddövlə Bozqurd bəy də Yavuzun babası oldu.

"əlaəd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlaəd nədir? #əlaəd sözünün mənası #əlaəd nə deməkdir? #əlaəd sözünün izahı #əlaəd sözünün yazılışı #əlaəd necə yazılır? #əlaəd sözünün düzgün yazılışı #əlaəd leksik mənası #əlaəd sözünün sinonimi #əlaəd sözünün yaxın mənalı sözlər #əlaəd sözünün əks mənası #əlaəd sözünün etimologiyası #əlaəd sözünün orfoqrafiyası #əlaəd rusca #əlaəd inglisça #əlaəd fransızca #əlaəd sözünün istifadəsi #sözlük