əlbəyaxa sözü azərbaycan dilində

əlbəyaxa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əlbəyaxa • 92.1724%
  • Əlbəyaxa • 7.5638%
  • ƏLBƏYAXA • 0.2639%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s.Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s). Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb.
Gürzə ilə Əlbəyaxa (1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Gürzə ilə əlbəyaxa (film, 1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.39 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••• 4.33
2004 •• 1.35
2005 ••••• 3.37
2006 ••••••• 4.50
2007 •••• 2.75
2008 •••• 2.92
2009 ••••••••••••• 9.28
2010 •••••••••• 6.72
2011 •••••• 4.38
2012 •••••• 4.22
2013 •••••••••••••••••••• 14.88
2014 ••••••••• 6.52
2015 •••• 2.38
2016 •• 1.04
2017 ••• 1.63
2018 •• 1.05
2019 •• 0.83
2020 ••• 1.99

əlbəyaxa sözünün leksik mənası və izahı

  • 1 1. is. Şiddətli dava, vuruşma; mübarizə. [Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır. S.Rəhimov. Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü. M.Rzaquluzadə. □ Əlbəyaxa olmaq – bərk vuruşmaq, çarpışmaq; mübarizə etmək. Çar hökumətinin siyasəti çarın işğal orduları ilə bizi əlbəyaxa olmağa məcbur etdi. M.S.Ordubadi. Ər və arvad əlbəyaxa oldular. C.Məmmədquluzadə. [Yusifin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbəyaxa olub, ad-san qazandığı vaxtlar gözünün qabağına gəldi. B.Bayramov. 2. sif. Şiddətli, amansız. Əlbəyaxa çarpışma getdikcə şiddətlənirdi. Ə.Əbülhəsən. □ Əlbəyaxa vuruş(ma) – silahsız halda və ya soyuq silahla aparılan döyüş. Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi. Mir Cəlal. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa. Ə.Cəmil. Əlbəyaxa vuruşmaq – birbirindən yapışmaq, şiddətli vuruşmaq. Araz onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu. A.Şaiq. Müşkünaz təkliklə əlbəyaxa vuruşur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq istəyirdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / əlbəyaxa

əlbəyaxa sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 dava — vuruşma — mübarizə

    Azərbaycan dilinin sinonimlər lüğəti / əlbəyaxa
  • 2 ƏLBƏYAXA [Döyüşçülərdən biri:] Budur, bax, kəndə girən yolda əlbəyaxa döyüş başlandı... (M.Hüseyn); DÖŞ-DÖŞƏ Mirhadi: On səkkiz yaşında oğlan əjdahalarla döş-döşə gələn böyük pəhləvanın qabağında necə dursun? (H.Abbaszadə); PƏNCƏ-PƏNCƏYƏ Burda qədim babalar ayılarla, fillərlə; gəlmiş pəncə-pəncəyə (M.Rzaquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əlbəyaxa

əlbəyaxa sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. 1. рукопашный (осуществляемый без оружия или холодным оружием). Əlbəyaxa vuruşma рукопашный бой 2. жестокий, ожесточённый. Əlbəyaxa mübarizə ожесточенная борьба II сущ. рукопашная. Əlbəyaxa vaxtı во время рукопашной; əlbəyaxa olmaq kimlə схватиться (сцепиться, сойтись) в рукопашной, вступить в рукопашную с кем

    Azərbaycanca-rusca lüğət / əlbəyaxa

əlbəyaxa sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. hand-to-hand / man-to-man fight(ing) II. s. hand-to-hand, man-to-man; ~ döyüş / vuruşma hand-to-hand combat / fight(ing); ~ olmaq: 1) to scuffle, to come* to blows; 2) məc. (tutaşma) to grapple (with)

    Azərbaycanca-ingiliscə lüğət / əlbəyaxa

əlbəyaxa sözünün fransız dilinə tərcüməsi

əlbəyaxa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. къати дяве, кукӀунар; женг; əlbəyaxa olmaq дяве авун, кукӀун; женг чӀугун; 2. прил. амансуз, къати, кӀеви; əlbəyaxa vuruş(ma) яракь гвачиз ва я къайи яракьралди кукӀун, акахьай дяве; əlbəyaxa vuruşmaq сада-садан хуруяр кьун, сада-сад акъажун, къати дяве авун, кукӀун.

    Azərbaycanca-ləzgicə lüğəti / əlbəyaxa

Oxşar sözlər

#əlbəyaxa nədir? #əlbəyaxa sözünün mənası #əlbəyaxa nə deməkdir? #əlbəyaxa sözünün izahı #əlbəyaxa sözünün yazılışı #əlbəyaxa necə yazılır? #əlbəyaxa sözünün düzgün yazılışı #əlbəyaxa leksik mənası #əlbəyaxa sözünün sinonimi #əlbəyaxa sözünün yaxın mənalı sözlər #əlbəyaxa sözünün əks mənası #əlbəyaxa sözünün etimologiyası #əlbəyaxa sözünün orfoqrafiyası #əlbəyaxa rusca #əlbəyaxa inglisça #əlbəyaxa fransızca #əlbəyaxa sözünün istifadəsi #sözlük