Əlcəzairin işğalı (1516)
Əlcəzairin işğalı - II Ferdinandın (1516) ölümündən istifadə edərək Barbaros qardaşlarının Əlcəzair şəhərinin köməyinə gəldikləri ekspansiyadır. Oruc Rəis və Xızır Rəis böyük qardaşları İshaq da onlara qoşulduqdan sonra piratçılıqla kifayətlənməyərək Şimali Afrikadakı torpaqları işğal etməyə başlamışdırlar. 1516-1517-ci illərdə ispanlara qarşı mübarizə apardılar və Tenes, Tilimsan və Oran şəhərlərini ələ keçirdərək Əlcəzairi öz nəzarətləri altına almışdırlar. Oruc Rəis Əlcəzairin hökmdarı elan edilir. Növbəti il ispanlar Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək yenidən hücuma keçirlər. Bu döyüş əsnasında Xızır Rəisin böyük qardaşları olan İshaq Rəis və Oruc Rəis öldürülür. Xızır Rəis Yavuz Sultan Səlimə sədaqət andı içərək onun adına sikkələr basdıraraq xütbə söyləyir. Yavuz Sultan Səlim də öz növbəsində Xızır Rəisi Əlcəzairə vali təyin edərək öz himayəsi altına götürür. Bu hadisədən sonra isə əvvəlcə Tunis və Tilimsan bəyləri birləşərək Əlcəzairə yürüş təşkil edirlər. Əlcəzair şəhərinin xaricindəki torpaqları ələ keçirdərək, Əlcəzair şəhərinin daxilindəki xalqı üsyana qaldırırlar.