* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma şey. – Bəzi mağaza müdirləri … əldəqayırma çəkmələri fabrik məhsulu adı ilə camaata satırlar. “Kirpi”. 2. məc. Biliyi, hazırlığı, bacarığı olmayan, öz sənətini, işini pis bilən; ləyaqətsiz. Bu əsərindən də görünür ki, bəzi əldəqayrılma alimlər kimi, ordan-burdan çırpışdırmır. M.Hüseyn. // Qeyri-həqiqi, yalançı. [Qənbərqulu:] Heç tikə də yaraşmır, çünki sən əldəqayırma bəysən. Bəyin gərək dədəsi də bəy ola. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / əldəqayrılma