Əlibala sözü azərbaycan dilində

Əlibala

Yazılış

  • Əlibala • 98.8285%
  • ƏLİBALA • 1.0650%
  • əlibala • 0.1065%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlibala Hacızadə
Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Ağalıkənd, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953–1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966–1970). Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
Əlibala Məhərrəmzadə
Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; d. 9 avqust 1976, Quba, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı. == Həyatı == Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur. 2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Əlibala Nurəliyev
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Əlibala Xudaverdiyev
Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Əlibala Şahsabahlı
Əli Fətulla oğlu Şahsabahlı (28 mart 1896, Tiflis – 13 yanvar 1973, İrəvan) — Azərbaycan aktyoru, rejissor, Ermənistan SSR əməkdar artisti (1945). == Həyatı == Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə Azərbaycan teatr truppasında başlamışdır. 1922–1937-ci illərdə Tiflis Azərbərbaycan Teatrında, 1937–1949-cu illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1938-ci ildə tamaşaya qoyduğu "Arşın mal alan" musiqili komediyası onun ən yaxşı rejissorluq işlərindəndir.
Əlibala Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. == Həyatı == Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlibala Ələkbərov
Əlibala Musa oğlu Ələkbərov (6 dekabr 1913 – 24 sentyabr 1982) — Azərbaycan kinooperatoru. == Həyatı == 6 dekabr 1913-cü ildə Bakıda anadan olub. 1932-ci ildən kinoda rejissor, ssenari müəllifi, operator kimi çalışmışdır. 1941–1945-ci illərdə II Dünya Müharibəsində iştirak edib. 24 sentyabr 1982-ci ildə L. İ. Brejnevin Bakıya gəlişi iə bağlı çəkiliş apararkən vəfat edib. == Filmoqrafiya == "Ağ qızıl" ustaları (film, 1958) Alagöz yaylağında (film, 1955) Araz üzərində işıq (film, 1971) Arazın sahillərində (film, 1953) Artyom adası (film, 1939) Atom insana xidmət edir (film, 1960) Azərbaycan atları (film, 1937) Azərbaycan kino sənəti (film, 1960) Azərbaycan qadını (film, 1974) Azərbaycanın təsviri sənəti (film, 1961) Azərbaycan-Özbəkistan (film, 1947) Bakı bolşevikləri (film, 1940) Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939) Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı (film, 1974) Bədən tərbiyəsi və idman (film, 1937) Bir May Bakısı (film, 1941) Bizim aşıqlar (film, 1962) Bizim Azərbaycan (film, 1959) Bizim mayaklar (film, 1961) Bol məhsulun təminatı (film, 1961) Böyük yazıçı-maarifçi (film, 1938) Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü (film, 1940) Bülbül (film, 1968) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəfər Cabbarlının dəfni (film, 1935) Cənub sərhədlərinin keşiyində (film, 1941) Doğma torpaq, Azərbaycan (film, 1960) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Dostların ölkəsində (film, 1966) Dostluq məşəli (film, 1965) Dostluq yolu ilə (film, 1964) Estafet (film, 1982) Əbədi qardaşıq (film, 1965) Əfsanəvi qüvvə (film, 1978) Əzim Əzimzadə (film, 1967) Fəxri keşikdə (film, 1938) General Həzi Aslanov (film, 1945) Hanı mənim övladlarım? (film, 1967) Hava hücumundan müdafiə (film, 1960) Xarici tələbələr (film, 1968) İçəri Şəhər (film, 1964) İgidliyin əbədidir sənin (film, 1971) İlk müjdələr (film, 1960) "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956) Kür (film, 1963) Qabaqcıl sovxozda (film, 1955) Qarabağa səyahət (film, 1968) Qardaşlaşmış şəhərlər (film, 1970) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) Qocaman Həmkarlar İttifaqı (film, 1947) Quraqlıq (film, 1971) Lenin bizimlədir (film, 1970) Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961) Mahnı axşamı (film, 1962) Mənim Azərbaycanım (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Naxçıvan MSSR (film, 1959) Neft keşikçiləri (film, 1937) Nəriman Nərimanov (film, 1966) Nəriman Nərimanov (film, 1972) Nizami (film, 1941) Odla təkbətək döyüş (film, 1960) Pambıq tarlalarının mexanizatorları (film, 1960) Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976) Polşada Azərbaycan günləri (film, 1970) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) Sevinc sarayı (film, 1970) Salam, Əlcəzair (film, 1968) Səhnə veteranı (film, 1974) Sizin poçt indeksiniz (film, 1974) Sonuncu müsahibə (film, 1960) Sovet Azərbaycanı (film, 1948) Sovet Azərbaycanının nailiyyətləri (film, 1964) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) Sumqayıt gənclik şəhəridir (film, 1964) Şəki heyvandarlıq kompleksi (film, 1975) Todor Jivkov Bakıda (film, 1973) Umnisə xanım (film, 1969) Ümumxalq təntənəsi (film, 1938) Yeddiilliyin adamları və işləri (film, 1960) Zaman haqqında, özüm haqqında (film, 1972) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Əlibala Əsgərov
Əlibala Əsgərov – Aktyor == Həyatı == N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Oynadığı tamaşalardan rollar: S.Vurğun “Fərhad və Şirin” – Şiruyyə C.Məmmədquluzadə “Ölülər” – Məşədi Oruc H.Mirələmov “Ləyaqət” – Nihad Y.Əzimzadə “Nəsrəddin” – Fərzəli Hidayət “Məni qınamayın” – Vəli Qulamoviç Elçin “Dəlixanadan dəli qaçıb” – Polikarpoviç N.B.Vəzirov “Ağa Kərim Xan Ərdəbili” – Ağa Kərim Xan Ə.Haqverdiyev “Bəxtsiz cavan” – Mirzə Qoşunəli V.Səmədoğlu “Mamoy kişinin yuxuları” – Dəli Firiq A.Mədətov “Sezarın qətli” – Sezar B.Yıldız “Kərbəla” – Yezid S.Rüstəm “Durna “ – Dursun Ç.Aytmatov “Manqurt” - Müstəntiq Tansıkbayev M.Xubai “Şeytanın oyunları” – Kahin S.H.Latıpovlar “Şah və əks-səda” – Sultan Kərim Q.Qorin “Herastratı unudun” – Aparıcı K.Nəzirli “Şeytan işığı” – Murtuza M.F.Axundzadə “Lənkəran xanının vəziri” – Mirzə Həbib M.Məmmədov “Sovqat” – Ədalət, Nəcib, Mərdan, I Kişi və sair rollarda oynamışdır.Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində General Əliağa Şıxlinski obrazlarını yaratmışdır.
Əlibala Əsədullayev
Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. == Həyatı == Əlibala Bəhram oğlu Əsədullayev 1928-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 1949-cu ildə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor kimi başlamışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan LKGİ Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir.1951–1956-cı illərdə S. M. Kirov adına zavodda texniki nəzarət şöbəsinin rəisi, sex rəisi işləmiş, baş mühəndis vəzifəsini icra etmişdir. 1957–1958-ci illərdə Petrov adına zavodun direktoru, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası (XTŞ) Maşınqayırma İdarəsinin baş mühəndisinin müavini olmuşdur.Əlibala Əsədullayev 1959-cu ildən 1965-ci ilədək Keşlə maşınqayırma zavodunun direktoru, Azərbaycan SSR XTŞ Maşınqayırma İdarəsinin rəisi, 1965-ci ilin noyabr ayından isə Azərbaycan Neft Sənayesi Maşınqayırma Birliyinin rəisi olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində maşınqayırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1975-ci ilin iyul ayında Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir. O, bu vəzifədə 1979-cu ilədək çalışmışdır.Əlibala Əsədullayev 1951-ci ildə Sov. İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.
Aydın Əlibalayev
== Aktyor == == Həyatı == A. Əlibalayev 1975-ci ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyorudur. Orta təhsillidir. A. Əlibalayev 31 ildir ki, fasiləsiz olaraq işləyir. Bu illər ərzində müxtəlif səpgili 200ğ yaxın obraz yaratmışdır. Yüksək templi səsə və plastikaya malikdir. Oynadığı rollardan bəziləri: G. Xudayev "Arvadımın əri" – Kazbek, Şekspir "Kral Lir" – Kent, S. Rəhman "Aşnalar" – Qənbər, Anar "Adamın adamı" -Mərd Mazarov, İ. Coşqun "Komsomol poeması" -S. Vurğun, Hidayət "Məni qınamayın" -Salahov və sairə. Kollektivlə birlikdə Kubada, Moskvada, Qazanda, Yoşkar-Olada, Daşkənddə qastrol səfərlərində iştirak etmişdir. Dəfələrlə pul mükafatı almış və fəxri-fərmanlarla təltif olunmuşdur. Salahov roluna görə A. Əlibalayev 2001-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.30 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 •••••••••• 4.72
2004 •••• 1.68
2005 •••••••• 4.05
2006 •••••••• 3.60
2007 •••••••••••• 5.92
2008 •••••• 2.92
2009 •••••••••••••••••• 8.96
2010 •••••••••••• 5.81
2011 ••••• 2.23
2012 •••• 1.63
2013 ••••••••• 4.23
2014 ••• 1.37
2015 ••••• 2.38
2016 ••••• 2.26
2017 •••••••• 3.90
2018 •••••• 3.00
2019 •••• 1.67
2020 •• 0.80

əlibala sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Əli bala (əsl ad+qohumluq termini).

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#əlibala nədir? #əlibala sözünün mənası #əlibala nə deməkdir? #əlibala sözünün izahı #əlibala sözünün yazılışı #əlibala necə yazılır? #əlibala sözünün düzgün yazılışı #əlibala leksik mənası #əlibala sözünün sinonimi #əlibala sözünün yaxın mənalı sözlər #əlibala sözünün əks mənası #əlibala sözünün etimologiyası #əlibala sözünün orfoqrafiyası #əlibala rusca #əlibala inglisça #əlibala fransızca #əlibala sözünün istifadəsi #sözlük