* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••• | 0.39 |
2004 | •••••••• | 1.01 |
2005 | •••••••••• | 1.35 |
2006 | •••••••• | 1.13 |
2007 | •••••• | 0.85 |
2009 | ••••••••••• | 1.44 |
2010 | ••••••••••• | 1.54 |
2011 | ••••• | 0.60 |
2012 | ••••••••••••••••••• | 2.58 |
2013 | •••••••••• | 1.31 |
2014 | ••••••••••••••• | 2.06 |
2015 | •••••••••••• | 1.70 |
2016 | ••••••••• | 1.21 |
2017 | ••••••••••••• | 1.79 |
2018 | •••••••••••••••••••• | 2.85 |
2019 | ••••••••• | 1.25 |
2020 | ••••••• | 0.93 |
1 [yun.] Yağlı boya hazırlamaq üçün bişmiş kətan, ya çətənə yağı, yaxud süni surətdə hazırlanmış yağ. Əlif yağı. – Əlif yağları tünd və açıq rəngli, şəffaf olur. “Əmtəəşünaslıq”.
Azərbaycan dilinin izahlı lüğəti / əlif2 is [ər. əsli qəd. yəh.] 1. Ərəb əlifbasının [ şəklində yazılan birinci hərfinin adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl). Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir? M.Ə.Sabir. Mirzə Həsən: – Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi “a” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik. C.Məmmədquluzadə. 2. məc. Düz, şax, şaquli mənasında. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. □ Əlif qəddi dal (yay, nun) olmaq, əlif qəddi dala (yaya, nuna) dönmək klas. – beli bükülmək. Hicran gecələri qayğu çəkməkdən; Əlif qəddim əyri yayə dönübdü. “Qurbani”. Həsrətindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin dili lal olub. M.P.Vaqif. Əlifdən başlamaq – lap əvvəldən, lap başdan başlamaq.
Azərbaycan dilinin izahlı lüğəti / əlif1 Yunan sözüdür, hərfi mənası “rəngləmək” deməkdir. Adam adı kimi işlədilən Əlif sözü də var və ərəb mənşəlidir: Allah sözünün ilk hərfidir, “həmin hərf kimi düz” deməkdir. Rənglə bağlı olan əlif sözü олифа şəklində rus dilində də işlədilir. Əlif həmçinin “dost” deməkdir (şəxs kimi hərfin adı ilə bağlı deyil). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əlif2 1 сущ. олифа (продукт обработки растительных масел, применяемый для изготовления масляных лаков, красок и т.п.). Duruldulmuş əlif осветлённая олифа, kətan əlifi льняная олифа, natural əlif натуральная олифа 2 I сущ. название первой буквы арабского алфавита II прил. поэт. прямой, стройный (о человеке). Əlif qədd стройный стан ◊ əlifdən başlamaq начинать сначала, əlif-qəddi bükülmək согнуться в три погибели
Azərbaycanca-rusca lüğət / əlif1 [ər. əsli qəd. yəh.] элиф (1. араб хафалагдин сад лагьай хафунин тӀвар(آ); 2. пер. дуьз, тик, шах; əlifdən başlamaq элифдилай авалун, лап кьилелай (эвелдай) авалун.
Azərbaycanca-ləzgicə lüğəti / əlif1. Ərəb əlifbasının ilk hərfinin adı, əbcəd hesabında 1 rəqəmini ifadə edir; Allahın adlarından biri. 2. Düz, şax, qamətli. Əlif Allahın adıdı, Bey peyğəmbər bilirəm. Tey tabarək qəni Allah, Ona səcdə qılıram. Xilqətim Adəm atadı, Söylə ki, yeksanə gəl. (“Aşıq Alı və Əsmər xanım”) * Əlif qəddim beydi, mimdi, Sinəmə yeriyən simdi, Haralısan, atan kimdi? Oyan, ay qız, sən mənimsən. (“Şahzadə Bəhrəm”) * Altı qızın biri Xədcə, Qəddi əlif, beli incə, Gözəl görməmişəm səncə, Altı qızlar, altı qızlar! (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıƏLİF1 ə. ülfət edən; aşna, dost. ƏLİF2 ə. min (1000). ƏLİF3 ə. 1) ərəb, fars və əski Azərbaycan əlifbalarında birinci yerdə gələn hərfinin adı; əbcəd hesabında 1 rəqəmini ifadə edir; 2) m. düz qamət, qədd-qamət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiülfət saxlayan; dost, yoldaş.
Azərbaycan kişi adlarının izahlı lüğəti