* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası. – Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə fitva vermir. C.Məmmədquluzadə. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov. □ Əlifba sırası – əlifbada olan hərflərin müəyyən sistem üzrə düzülüş sırası. 2. Əlifbanı öyrədən kitab. Əlifba kitabı. 3. məc. Ən bəsit, ən sadə, hamıya məlum olan şey. Bu, cəbrin əlifbasıdır. ◊ Morze əlifbası – teleqrafda işlənən şərti işarələr sistemi. Not əlifbası – musiqi notlarında işlənən işarələr sistemi.
Azərbaycan dilinin izahlı lüğəti / əlifba1 Ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyancadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) E.ə. 3000-ci ildə indi İraq adlandırılan dövlətin ərazisində yaşayan şumerlər yazını kəşf etdilər. Ayrı-ayrı sözlər və anlayışların müvafiq işarələri (simvolları) var idi. Onların sayı bir neçə mini keçirdi. Təbii ki, belə bir yazı dilini öyrənmək həddən artıq çətin idi. Lakin e.ə. təxminən 1400-cü ildə bir finikiyalının ağlına dahiyanə fikir gəlir: hər bir səs üçün uyğun bir işarə (simvol) tapmaq, bundan sonra isə səs və onlara müvafiq simvollara əsasən sözlər yaratmaq. Finikiyalılar simvol kimi əvvəllər sözləri işarə etdikləri elementlərdən istifadə edirdilər; məsələn, “Öküz” sözünün (finikiya dilində aleph) mənasını verən işarə finikiya dilində bu sözün əvvəlindəki “ah” səsini ifadə etmək üçün istifadə olunmağa başladı. “Ev” (beth) sözünü ifadə edən simvol “b”, “dəvə” (gimel) sözünün mənasını verən isə “g” oldu. Bu işarələr (simvollar) tədricən indi bizim hamımızın yaxşı tanıdığı hərflərə çevrildi. Yunanlar finikiyalılardan bu sistemi, azacıq dəyişikliklər edərək hətta hərfləri belə mənimsəmişlər. Ancaq onlar yunan dilində heç bir məna verməyən sözləri təhrif etmişlər. Aleph alfaya (alpha), beth betaya (beta), gimel qammaya (gamma) və s.-yə çevrildi. Romalılar da, öz növbəsində, yunanların bu sistemini götürərək düzəlişlər etmişlər və onların əlifbası elə indi bizim də istifadə etdiyimiz əlifbanın əsasını təşkil edir – a, b, c və s. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / əlifba1 ƏLİFBA [İra:] Həmid, əgər əlifbanı öyrənmək meylin varsa dedi: – Mən sənə öyrədərəm (H.Abbaszadə); ƏLİFBEY (köhn.) Göyərçin; Qoy Qızqayıt işləsin, qoy hələ irəli getsin, o hələ əlifbeydir, ona mən Quran çıxartdıracağam (S.Rəhimov); HÜRUFAT (köhn.) Sanki hürufat ilə düşməndi bu! Dur qaçaq oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir); YAZI.
Azərbaycan dilinin sinonimlər lüğəti / əlifba2 I сущ. 1. азбука, алфавит (совокупность букв какой-л. письменности, расположенных в установленном порядке). Azərbaycan əlifbası азербайджанский алфавит, ərəb əlifbası арабский алфавит, latın əlifbası латинский алфавит, rus əlifbası русский алфавит 2. букварь (книжка для первоначального обучения грамоте), азбука II прил. 1. азбучный, алфавитный. Əlifba kataloqu алфавитный каталог, əlifba göstəricisi алфавитный указатель, əlifba sırası алфавитный, азбучный порядок 2. букварный (производимый по букварю). Savad təliminin əlifba dövrü букварный период обучения грамоте; Morze əlifbası азбука Морзе, not əlifbası нотная азбука ◊ əlifbadan başlamaq начать с азов
Azərbaycanca-rusca lüğət / əlifba1 I. i. 1. alphabet; Azərbaycan ~sı the Azerbaijani alphabet; Morze ~sı Morse alphabet / code; ABC; 2. (kitab) ABCbook, primer; 3. (ən sadə, elementar məlumat; başlanğıc) ABC (of); elements; kimyanın ~sı ABC of chemistry II. s. alphabetical; ~ sırası alphabetical order; ~ sırası ilə in alphabetical order, alphabetically
Azərbaycanca-ingiliscə lüğət / əlifba1 is. 1) alphabet m ; information f élémentaire ; Morze ~sı alphabet morse
Azərbaycanca-fransızca lüğət / əlifba1 [ər.] сущ. 1. алфавит, хафалаг; ləzgi əltifbası лезги хафалаг; // хафалагдин, алфавитдин; əlifba sırası хафалагдин цӀиргъ; 2. хафалаг, хафар чирдай улуб; 3. пер. лап простой, лап саде, гьакӀан виридаз малум тир затӀ; ** Morze əlifbası Морзе(дин) хафалаг (телеграфда хафарин чкадал кӀвалахардай ишарайрин кӀватӀал); not əlifbası нотайрин хафалаг (музыкадин нотайра кӀвалахардай ишарайрин кӀватӀал).
Azərbaycanca-ləzgicə lüğəti / əlifba