Əlimuxtar sözü azərbaycan dilində

Əlimuxtar

Yazılış

  • Əlimuxtar • 96.6102%
  • ƏLİMUXTAR • 3.3898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlimuxtar Hüseynzadə
Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). == Həyatı == Hüseynzadə Əlimuxtar Ağaqulu oğlu 5 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsil == 1 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. Hüseynzadənin gənc yaşları müharibənin qızğın illərinə təsadüf edir. Bununla əlaqədar orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra məcburiyyət qarşısında qalaraq Bakı Dəmiryolu Texnikumuna daxil olur. Təhsilini davam etdirərək, eyni zamanda Bakı şəhərinin Sabunçu rayonunda dəmiryolu sahəsində baş fəhlə və texnik vəzifəsində çalışır. 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutunun tikinti şöbəsinə daxil olur (sonralar bu filial Azərbaycan Sənaye İnstitutunun Nəqliyyat fakültəsinə çevrilir) və 1950-ci ildə institutun birinci məzunlarından biri olur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1953-cü illərdə Kür-Araz Su Tikinti İdarəsinin Salyan bölməsində usta vəzifəsindən başlamışdır.
Əlimuxtar Həsənov
Həsənov Əlimuxtar (tam adı: Həsənov Əlimuxtar Yaqub oğlu, d.1896, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il, 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Əlimuxtar Əliyev
Əlimuxtar Ağakişi oğlu Əliyev (Mirzə Muxtar) — XX əsrin əvvəllərində fəaliyyət göstərən ilk azərbaycanlı həkimlərdən biri. == Həyatı == Əlimuxtar Əliyev 1884-cü ildə Bakıda anadan olmuşdur. Tiflis şəhərində gimnaziyanı bitirən Əlimuxtar Kiyev Tibb İnstitutuna daxil olur və oranı 1914-cü ildə terapevt kimi bitirir. İnstitutu bitirən kimi gənc həkim Ə. Əliyev Birinci dünya müharibəsinə göndərilir. Müharibədə göstərdiyi xidmətlərinə görə Əlimuxtar Əliyev Georgi xaçı ordeni ilə təltif edilir. Georgi xaçı ilə, əsasən, general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. Azərbaycanlı hərbçilərdən Ə. Şıxlinski, S. Mehmandarov, Ə. Əlibəyov Georgi xaçı ordeni ilə təltif olunmuşlar. Əlimuxtar Əliyev yeganə azərbaycanlı həkimdir ki, çar Rusiyasının ən yüksək ordeni olan Georgi xaçı ilə təltif olunmuşdur. Müharibədə olarkən Ə.Əliyev artilleriyanın atası, həmyerlimiz general Əliağa Şıxlinski ilə tanış olur. 1917-ci ildə müharibədən qayıdan Əliyev Bakada həkimliklə məşğul olmağa başlayır, 1921-ci ildə keçmiş Mixaylovsk xəstəxanasına baş hakim təyin olunur və 1937-ci ilə qədər bu müalicə ocağına başçılıq edir.
Lalə Əlimuxtarova
Lalə Əlimuxtarova (18 avqust 1982 , Bakı) — Azərbaycanlı televiziya aparıcısı. == Həyatı == Lalə Əlimuxtarova 1982-ci il 25 iyulda Bakı şəhərində anadan olub. 51 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 1999-cu ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə həmin universitetin Magistratura pilləsində təhsil alıb. 1996-cı ildə Aztv-də praktikaya başlamışdır. === Şəxsi həyatı === 2013-cü ildə ailə həyatı qurmuşdur. Melis və Elif adında iki qızı var. == Fəaliyyəti == Lalə Əlimuxtarova 2003–2008'ci illərdə Yeni ulduz, Xalq ulduzu, Ziqzaq,Tam sərbəst və Qəfəs verlişlərinin prodüseri olmuşdur. 2008-2011-ci illərdə Xəzər Tv-də yayımlanan müəllifi olduğu "Ulduzlu Xəzər" verlişinin həm aparıcısı, həm də rejissoru kimi fəaliyyət göstərmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.49
2010 ••••••••••••••• 0.36
2011 •••••••• 0.17
2012 ••••••••••••••• 0.34
2013 •••••••••••• 0.29
2014 •••••••• 0.17
2016 •••••••• 0.17
2019 •••••••••••••••••• 0.42

Oxşar sözlər

#əlimuxtar nədir? #əlimuxtar sözünün mənası #əlimuxtar nə deməkdir? #əlimuxtar sözünün izahı #əlimuxtar sözünün yazılışı #əlimuxtar necə yazılır? #əlimuxtar sözünün düzgün yazılışı #əlimuxtar leksik mənası #əlimuxtar sözünün sinonimi #əlimuxtar sözünün yaxın mənalı sözlər #əlimuxtar sözünün əks mənası #əlimuxtar sözünün etimologiyası #əlimuxtar sözünün orfoqrafiyası #əlimuxtar rusca #əlimuxtar inglisça #əlimuxtar fransızca #əlimuxtar sözünün istifadəsi #sözlük