Əlisgəndər sözü azərbaycan dilində

Əlisgəndər

Yazılış

  • Əlisgəndər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlisgəndər Cəfərzadə
Əlisgəndər Cəfərzadə (tam adı: Əlisgəndər Hacibaba oglu Cəfərzadə; 14 oktyabr 1875, Bakı – 28 yanvar 1941, Bakı) — görkəmli ictimai və maarif xadimi, naşir, mühərrir. == Həyatı == Əlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır. === Ailəsi === Əlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir. == Fəaliyyəti == 1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakida Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləmişdir. Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, "Nəsri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O 1906–1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir.
Əlisgəndər Yaqubov
Əlisgəndər Yaqubov — alim-aqronom. == Həyatı == Hacı Əlisgəndər Əhməd oğlu Yaqubov 25 sentyabr 1937-ci ildə Masallı Rayonun Yeddioymaq kəndində anadan olub. 1941-ci ildə 4 yaşında atasını itirən Əlisgəndər Yaqubovun uşaqlıq illəri ağrılı keçib. İkinci dünya müharibəsi iki qardaşını ondan alıb. Çətinliklərə baxmayaraq, kənd orta məktəbini yüksək qiymətlərlə bitirdiyindən, imtahan vermədən Lənkəran Kənd Təsərrüfatı Texnikumuna qəbul edilib. Vətənə hərbi borcunu 3il Gurcustanda Sovet Ordusunda xidmətdən sonra leytenant kimi başa vuran Əlisgəndər Yaqubov, ali təhsili bundan sonra ala bilib. Ordu sıralarında xidməti zamanı nizam-intizamı ilə fərqlənən leytenant Yaqubov həmin illərdə Sov.İKP üzvlüyünə də qəbul olunub. Sovxozda normalaşdırıcı texnikdən baş aqronom vəzifəsinə qədər yüksəlib. 1964-cü ildə ilk Partiya Təşkilatının katibi seçilib.1969-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində qiyabi təhsilini iki il sonra o vaxtki Leninqrad vilayətinin Velikie Luki şəhərindəki Kənd Təsərrüfatı İnstitutunda başa vurub. Vətənə 1975-ci ildə alim-aqronom kimi qayıdıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2006 •••••• 0.23
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••• 0.36
2012 ••••• 0.17
2013 •••• 0.15
2014 ••••• 0.17
2016 ••••• 0.17
2017 ••••••••• 0.33
2019 ••••••• 0.28

Oxşar sözlər

#əlisgəndər nədir? #əlisgəndər sözünün mənası #əlisgəndər nə deməkdir? #əlisgəndər sözünün izahı #əlisgəndər sözünün yazılışı #əlisgəndər necə yazılır? #əlisgəndər sözünün düzgün yazılışı #əlisgəndər leksik mənası #əlisgəndər sözünün sinonimi #əlisgəndər sözünün yaxın mənalı sözlər #əlisgəndər sözünün əks mənası #əlisgəndər sözünün etimologiyası #əlisgəndər sözünün orfoqrafiyası #əlisgəndər rusca #əlisgəndər inglisça #əlisgəndər fransızca #əlisgəndər sözünün istifadəsi #sözlük