Əliya sözü azərbaycan dilində

Əliya

Yazılış

  • Əliya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emil Əliyarlı
Əliyarlı Emil Xudayar oğlu — azərbaycanlı rejissor, operator. == Həyatı == Emil Əliyarlı 30 avqust 1983-cü ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olub. Sabir Rəzzaqov adına Cəlilabad şəhər 7 nömrəli orta məktəbi bitirib. 2000-ci ildə "Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin" "İdarəetmə və turizm" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2004-cü ildə Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin idarəetmə və turizm fakültəsini bitirib. 2003-ci ilin dekabr ayından "Azad Azərbaycan"(ATV) teleradio yayım şirkətində operator assistenti vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2004-ci ilin fevral ayından "Azad Azərbaycan"(ATV) teleradio yaylm şirkətində tele-operator vəzifəsinə keçirilib. 2004-ci ildən "ATV" telekanalın Milli Məclisdə akkreditə olunmuş operatoru. 2006-cı ilidən isə "ATV" telekanalının Prezident Administrasiyasında akkreditə olunmuş operatoru kimi fəaliyyətə başlayıb. 2008-ci ilin fevral ayında "ATV" telekanılın baş operatoru vəzifəsinə təyin olunmuşdur.
Fəridə Əliyarbəyli
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur. 1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989). 1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur.
Molla Əli Əliyari
Molla Əli Mirzə Abdulla oğlu Əliyari (1820-1902)—İslam alimi. == Həyatı == Molla Əli Mirzə Abdulla oğlu Əliyari 1820-ci ildə Təbrizin Sərdrud kəndində anadan olmuşdu. Əslən Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Əliyar kəndindəndirlər. Babası Məhəmməd ibn Cəfər ibn Mühibulla bin Məhəmmədcəfər Qaradaği Azərbaycanın tanınmış şəxsiyyətlərindən idi. Molla Əli ibtidai və orta təhsilini Təbriz şəhərində almışdı. 1855-ci ildə Nəcəf şəhərinə yollanaraq müctəhidlərin yanında kamil savad almışdı. On beş il təhsildən sonra vətənə dönmüşdü. Təbrizdə əyləşərək ətrafına tələbələr topladı. Bir çox əsərlər qələmə aldı. Molla Əli Əliyari 1902-ci ildə vəfat edib.
Nərgiz Əliyarova
Nərgiz Əliyarova (d1968, Bakı ş.) – Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti. == Həyat və fəaliyyəti == Nərgiz Əliyarova 1968-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Bülbül adına orta-ixtisas məktəbini qızıl medalla bitirmiş; 1986-1991-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində təhsil almış; Oranı "Lenin təqüdü" ilə oxuyaraq, sonda fərqlənmə diplomuna layiq görülmüş; 1991-1993-cü illərdə həmin akademiyanın aspiranturasında elmi araşdırmayla məşğul olmuş; 1992-ci ildə müəllim kimi dərs deməyə başlamış; 2017-ci ilədək Bakı Musiqi Akademiyasında baş müəllimdən professor vəsifəsinədək yüksəlmişdir; 2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur; 2002-ci ildən Azərbaycan Dövlət Fortepiano Triosunun solistidir; 2008-ci ildə isə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülmüş; 2008-ci il İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı olmuş; 2015-ci ildə ona "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir" kompakt diskinə görə "Azərbaycan Dövlət Mükafatı" təqdim olunub.
Riyad Əliyarov
Riyad Məmməd oğlu Əliyarov (20 fevral 2003; Xaçmaz rayonu, Xudat, Azərbaycan — 13 iyun 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin şəhidi. == Həyatı == Riyad Əliyarov 20 fevral 2003-ci ildə Xaçmaz rayonunun Xudat kəndində anadan olub. Subay idi. O, hərbi xidmətində mühəndis-istehkam bölməsində xidmət etmişdir. Atası Məmməd Əliyarovdur. Özündən böyük 2 qardaşı vardır. Evin son beşiyidir. Böyük qardaşı Əliyarov Mülküm Məmməd oğlu, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. == Hərbi xidməti == Riyad Əliyarov 2020-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O hərbi xidmətində Ömər aşırımı mövqeyində mühəndis-istehkam bölməsində xidmət etmişdir.
Süleyman Əliyarlı
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor == Həyatı == 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. === Təhsili === 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır. 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib. === Elmi fəaliyyəti === 1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir.
Tərlan Əliyarbəyov
Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu – 15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor. == Həyatı == Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailədə anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927–1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1914–1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, 205-ci Şamaxı piyada alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cəbhəsi ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918–1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi.
Zərifə Əliyarova
Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972). == Həyatı == 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir. Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir. 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur. 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi. Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir. 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin] == Həyatı == İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib. İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.
Əliyan (Üşnəviyyə)
Əliyan (fars. عليان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (40 ailə).
Əliyanlı
Əliyanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əliyanlı Bərdə rayonunun Kələntərli i.ə.v.-də kənd. Yaşayış məntəqəsi Qubadlı rayonunda yaşayan kürd mənşəli qaraçorlu tayfasının əliyanlı qolunun məskunlaşması nəticəsində yaranmışdır. Əliyanlı etnonimi hələ XII əsrdən məlumdur. Orta əsrlərdə Arazbar mahalında da bu adda kənd mövcud olmuşdur. == Əhalisi == Kəndin ilkin əhalisi kürd mənşəli qaraçorlu tayfasına mənsub idi.
Əliyanlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliyaqublu
Əliyaqublu (əvvəlki adı: Üçüncü Beynəlmilər) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Çaparlı kənd inzibati ərazi vahidinin tərkibindəki Üçüncü Beynəlmiləl kəndi Əliyaqublu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-cu il tarixli, 892-IIIQ saylı Qərarı ilə Şəmkir rayonunun Əliyaqublu kəndi Çaparlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əliyaqublu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyyatda olan polkovnik-leytenant.Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) —Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əliyar (Vərziqan)
Əliyar (fars. علي يار‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (45 ailə).
Əliyar (Şot)
Əliyar və ya Əliyara (fars. عليار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əliyar (Şövt)
Əliyar və ya Əliyara (fars. عليار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əliyar (Şəki)
Əliyar — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əliyar Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Şəxs adı əsasında formalaşmışdır. == Əhalisi == Kəndin əhalisi 531 nəfər təşkil edir ki, onun da 261 nəfəri kişi, 270 nəfəri isə qadındır. .
Əliyar Ağayev
Əliyar Ağayev (17 oktyabr 1987, Bakı) — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2013-cü ildən beynəxalq oyunları idarə edir. 2015-ci ilin dekabrında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rapid-Dinamo Minsk oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü.2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.UEFA Çempionlar Liqası Ölkə futbolu tarixində daha bir ilkin imzası Əliyar Ağayevə məxsusdur. Belə ki, Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində oyunu idarə etmək üçün təyinat almışdır. 2022/23-cü il futbol mövsümünün Çempionlar Liqasının G qrupunun 6-cı və sonuncu turu çərçivəsində Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya Dortmund FK" klublarının oyununda baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Monteneqro — Bolqarıstan ilk tur matçında hakim funksiyasını yerinə yetirəcək. Yan xətt hakimləri rolu yenə Zeynal Zeynalov və Akif Əmirəliyə verilib. == Bioqrafiya == 17 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2005–2009-cu illərdə ADBTİA-da almışdır.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.Əliyar Səfərli 1998–2002-ci illərdə Bakı Dövlət Universitetində, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir.
Əliyar Yusifli
Əliyar Yusif oğlu Yusifli (15 oktyabr 1929, Püsyan, Naxçıvan MSSR – 1 sentyabr 1993, Naxçıvan) — şаir, drаmаturq. == Həyatı == Оrdubаd Pеdаqоji Tехnikumunu (1950), Аzərbaycan Dövlət Pеdаqоji In.-tunun (indiki АPU) dil və ədəbiyyаt fаkültəsini (1956), Mоskvаdа M. Qоrki аd. Ədəbiyyаt In-tu nəzdində ikiillik аli ədəbiyyаt kurslаrını (1969) bitirmişdir. Pеdаqоji fəаliyyət göstərmiş, mətbuаtdа çаlışmışdır. 1970-ci ildən Nахçıvan MR Dövlət Tеlеviziyа və Rаdiо Vеrilişləri Kоmitəsinin Bаş rеdаktоru оlmuşdur. "Dаğlаr yаrаşığı" (1964), "Səni хаtırlаyırаm" (1967), "Səni tаpаcаğаm" (1979), "Bənövşə ətri" (1985) və s. şеir tоplulаrı nəşr еdilmişdir. "Vicdаn əzаbı" (1961), "Ürək sеvərsə" (1962), "Səаdət nаminə" (1970), "Gözüm yоllаrdа qаldı" (1975), "Siz хоşbəхt yаşаyın" (1981), "Əlincədən uçаn qаrtаl" (1989) pyеsləri tаmаşаyа qоyulmuşdur. == Əsəri == İllər ömürdən gеdir, B., 1974.
Əliyar bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliyar bəy Haşımbəyov
Əliyar bəy Haşımbəyov (8 mart 1856, Bakı – 29 may 1920, Nargin adası, Abşeron rayonu) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908), Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi. == Həyatı == Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur. == Rus orudusunda xidməti == 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur. === Birinci dünya müharibəsində === Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.
Əliyar İbrahimov
İbrahimov Əliyar Şahmərdan oğlu (25 noyabr 1939, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Əliyar İbrahimov 1939-cu ildə Culfa rayonunun Başkənd kəndində anadan olmuşdur. 1959–1962-ci illərdə hərbi xidmətdə olmuşdur. 1968-ci ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitirmiş, bioloq, biologiya və kimya müəllimi ixtisası verilmişdir. == Elmi yaradıcılığı == 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası V. L. Komarov adına Nəbatat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1980-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MSSR yüksək dağ zonasının bitki örtüyü və onun xalq təsərrüfatı əhəmiyyəti" mözusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və həmin vaxtdan doktorluq dissertasiyası üzrə tədqiqatlara başlamışdır. 1977–1993-illərdə Naxçıvan Regional Elm Mərkəzndə "Biologiya" şöbəsinin müdiri, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi nəzdnində yaradılmış "Loğman" Dərman Bitkiləri Elmi İstehsalat Kooperativinin sədri vəzifəsində çalışmış, elmi və müəllimlik fəaliyyətini də davam etdirmişdir. Bu müddətdə Naxçıvan MR-ın florası və bitki örtüyünü tədqiq etməklə yanaşı, regionun bitkiliyində yayılmış dərman bitkilərini öyrənməklə, onlardan insanların sağlamlığının qorunmasında elmi əsaslarla istifadə olunmasına nail olmuşdur. "Loğman" кооperativində Bakının "Fармхим" zavodu və Rusiyanın Qus-Xrustal zavodu ilə birgə müqavilə əsasında hazırladığı "Xatun" biokremi və bitki dərman yığıntıları SSRİ Ticarət-Sənaye Palatası və Toksikoloji Mərkəz tərəfindən müsbət qiymətləndirilmiş, bir sıra böyük şəhərlərdə: Moskva, Sankt-Peterburq, Stavropol, Bakı, Naxçıvan və s. ərazilərdə satılmışdır.
Əliyar İsmayılov
Əliyar İsmayılov — Rusiyalı futbolçu == Həyatı == 10 yaşında ikən Kaspiysk şəhərindəki uşaq-gənclər futbol məktəbində Anatoli Kiryanovun rəhbərliyi ilə futbolda ilk addımlarını atıb. 1993-cü ildə "Kaspi" (Kaspiysk, Rusiya, 2-ci liqa) komandasında oynayıb. 1994-cü ildə "Arqo" (Kaspiysk, 2-ci liqa), 1995-97-ci illərdə "Anji" (Mahaçqala, 2-ci və 1-ci dəstələr, Rusiya) komandalarında çıxış edib. 1998-ci ildə Mineralnıe Vodı şəhərinin "Lokomotiv-Taym" (Rusiya, 2-ci liqa) klubunun şərəfini qoruyub. 1998-99-cu il mövsümündə "Turan"da oynayıb (1 oyun). 1999-2000-ci il mövsümündə "Qarabağ"ın heyətində 13 dəfə meydana çıxıb və 2 qol vurub. 2000-2001-ci il mövsümündə yenidən "Turan"a dönüb və 9 oyunda 1 dəfə fərqlənib. Sonrakı 5 ildə Mahaçqala "Dinamo"sunun formasını geyinib. 2005-2006 mövsümünün 2-ci dövrəsindən İnter Bakı klubunda çıxış edib. 2010-cu ilin yanvarında İnter Bakı klubunu tərk edib.

"əliya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əliya nədir? #əliya sözünün mənası #əliya nə deməkdir? #əliya sözünün izahı #əliya sözünün yazılışı #əliya necə yazılır? #əliya sözünün düzgün yazılışı #əliya leksik mənası #əliya sözünün sinonimi #əliya sözünün yaxın mənalı sözlər #əliya sözünün əks mənası #əliya sözünün etimologiyası #əliya sözünün orfoqrafiyası #əliya rusca #əliya inglisça #əliya fransızca #əliya sözünün istifadəsi #sözlük