Əliz sözü azərbaycan dilində

Əliz

Yazılış

  • Əliz • 66.6667%
  • əliz • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akif Əlizadə
Akif Ağamehdi oğlu Əlizadə (25 fevral 1934, Bakı) — Azərbaycan geoloq alimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013–2019); Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti; Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri; AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və AR Dövlət Neft Şirkətinin Elm Fondunun himayədarlar şurasının üzvü; AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri (2014–2019). == Həyatı == Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Mənsub olduğu nəslin nümayəndəsi olan Ağa Seyidəli Mirmövsümzadə uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuşdur. Nümunə kimi din xadimi Axund ağa Əlizadə və 36 yaşında öldürülən qardaşı Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi Məsud Əlizadəni və Azərbaycan Tibb İnstitutunun prorektoru olmuş, öz kabinetində güllələnərək qətlə yetirilən digər qardaşı Maqsud Əlizadəni göstərmək olar. Orta məktəbi gümüş medalla bitirən Akif Əlizadə Azərbaycan Sənaye İnstitutuna daxil olur. İnstitutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. == Elmi fəaliyyəti == Akif Əlizadə ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Akif Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur. Akif Əlizadənin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Aləmzər Əlizadə
Aləmzər Əlizadə Məmməd qızı (4 sentyabr 1950, Gəncə, Azərbaycan) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. AYB Gəncə bölməsində 1989-cu ildən bu günədək məsləhətçi işləyir. 1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbaycan Yazıcılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir. 2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub.
Anar Əlizadə
Anar Əlizadə — azərbaycanlı iş adamı, Union Grand Energy Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, "Baku Business Factory"nin təsisçisi, Socar Trading-nin təsisçisi (digər təsisçilər: SOCAR, Valeri Qolovuşkin) və keçmiş prezidenti. == Həyatı == Anar Əlizadə 1978-ci il sentyabrın 21-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili almış, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadi İdarəetmə ixtisası üzrə magistr diplomu almışdır. İlkin biznes fəaliyyətinə 90-cı illərin sonlarında Türkiyədən müxtəlif məhsulların gətirilib Naxçıvanda satılması ilə başlamış, daha sonra avtomobil idxalı və ailəsinin malik olduğu sərnişin daşımaları biznesləri ilə də məşğul olmuşdur. Anar Əlizadə 2000-ci illərin əvvəllərində Bakıya gələrək biznesini burada davam etdirir. O, burada Türkiyə ilə Naxçıvan arasında apardığı ticarət nəticəsində əldə etdiyi özünün və ailəsinin topladığı ilkin kapitalı Bakının daşınmaz əmlak bazarına yatırır. Bir neçə il sonra daşınmaz əmlakın kəskin bahalaşması ona böyük qazanc gətirir. 2000-ci illərin ortalarında Anar Əlizadə BƏƏ ilə ticarət əlaqələri qurmağa başlayır. Bu sahədə o, BƏƏ-də ilk Azərbaycan investisiyalı şirkətlərdən birini quraraq kompüter və elektronik avadanlıqların istehsalı və satışı ilə məşğul olmağa başlayır. == Neft Sektoru == BƏƏ-dəki iş fəaliyyətinə başladıqdan sonra Anar Əlizadə neft sektorunda da işlər görməyə başlayır.
Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978). == Həyatı == Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır. == Fəaliyyəti == Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
Aqşin Əlizadə (film, 2011)
Aqşin Əlizadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2011-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadə haqqındadır. == Məzmun == Film Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadədən bəhs edir.
Araz Əlizadə
Araz Məmməd Mübariz oğlu Əlizadə (3 noyabr 1951, Bakı – 6 oktyabr 2022, Bakı) — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü il prezident seçkilərində iştirak üçün sənədlərini MSK-ya təqdim etmiş namizəd. == Həyatı == Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. Qardaşı Zərdüşt Əlizadəyə görə Türk əsilli olsa da, özünü Azərbaycanlı hesab edib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir. 1985-ci ildə xuliqanlğa görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır. 1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir.
Aydın Əlizadə
Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev) — Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı. İskəndər Əliyevin və Abutalıb Abdullayevin nəvəsidir. 1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi. == Elmi fəaliyyəti == Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi. 2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü olmuşdu.
Aysel Əlizadə
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub. == Həyat və yaradıcılığı == Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb.
Aysel Əlizadə (yazıçı)
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub. == Həyat və yaradıcılığı == Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb.
Ağa Əlizadə
Ağa Cavad oğlu Əlizadə (d. 22 oktyabr 1871, Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – ö. 15 dekabr 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Demokratik Respublikasının (1918–1920) ilk Şeyxülislamı. == Həyatı == Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir. === Dini fəaliyyəti === 1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi.
Ağacavad Əlizadə
Əlizadə Ağacavad Əbdülhəsən oğlu (21 mart 1928, Salyan, Salyan qəzası – 25 aprel 1995) — şair, publisist, tərcüməçi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağacavad Əlizadə 1928-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. Bakıda 40 saylı fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953-1958). Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlamışdır (1942-1944). Sonra Salyan Dövlət Dram teatrında aktyor və rejissor müavini (1944-1948), Salyan rayonu 2 saylı uşaq evində pioner baş dəstə rəhbəri, radio qovşağında ədəbi müvəkkil və direktor (1948-1949), yenə kitabxanaçı, mədəniyyət evində təlimatçı, eyni zamanda pioner və məktəblilər evinin direktoru, "Qələbə" qəzeti redaksiyasında məsul katib olmuşdur. O, universitetdə tələbəlik dövründə "Lenin tərbiyəsi ugrunda" çoxtirajlı qəzet redaksiyasında məsul katib, təyinatla "Bakı" axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi (1958-1960), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında məsul katib (1960-1976), "Yazıçı" nəşriyyatında böyük redaktor (1978-1987) işləmişdir. İlk mətbu şeri "9 May" 1946-cı ildə Salyan rayonunun "Sosializm yolu" qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. Bir sıra televiziya filmlərinin ssenari müəllifıdir.
Ağarəhim Əlizadə
Ağarəhim Əlizadə — 1896-cı ildə Bakıda məşhur sınıqçı Hacı Məmmədrəhimin ailəsində anadan olmuşdur. == Elmi fəaliyyəti == 1928-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra, Semaşko adına xəstəxananın (indiki 1 saylı Mərkəzi xəstəxananın) cərrahiyyə şöbəsində akademik M. Mirqasımovun yanında işləmiş, tələbələrə travmatologiyadan dərs demiş, bununla yanaşı namizədlik dissertasiyası üzərində çalışmışdır. Bir çox tədqiqatları nəticəsində travmatologiya elminin bu sahəsində öz sözünü demiş, 30-cu illərdə xarici fiksasiya aparatının ilk nümunəsini yaratmışdır. Apardığı tədqiqatlar nəticəsində "Yuxarı ətraf sınıqlarının yeni vintdartıcı aparatla müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Tibb elmlari namizədi A. Əlizadə xarici fiksasiya aparatlarinin bir neçə növünü yaratmış və onları müxtəlif elmi konfranslarda nümayiş etdirmişdir. A. Əlizadə Böyük Vətən müharibəsində cərrah işləmiş, müharibədən qayıtdıqdan sonra düzəltdiyi aparatları daha da təkmilləşdirmiş, lakin vaxtsız ölüm bu işləri yarımçıq qoymuşdur. == Ağarəhim Əlizadə haqqında alimlərin fikirləri == Moskvada işləyən həmyerlimiz, N.A. Semaşko adına Moskva Tibb Stomatologiya İnstitutunun travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi kafedrasının müdiri, Moskva Mərkəzi Travmatologiya-Ortopediya İnstitutunun laboratoriya rəhbəri, Rusiya Federasiyasının baş ortopedi, Moskva şəhərinin sağlamlıq üzrə baş mütəxəssisi, SSRİ Dövlət və Piroqov adına mükafatlar laureatı, professor Aydın Salar oğlu İmaməliyev yazır: "Doktor Əlizadə ilə mənim ilk və yadda qalan görüşüm tələbəlik illərinə təsadüf edir. Biz beşinci kurs tələbələri kafedrada akademik M. Mirqasimovun yanında travmatologiyanı öyrənirdik. Mühazirələrdə Mirqasimov həkim Əlizadənin adını qürur hissi ilə çəkir və deyirdi ki, mənim travmatoloji problemləri dərindən bilən, ən mürəkkəb travmatoloji məsələlərin həllində çox qiymətli təkliflər irəli sürən sənətkar həkim-travmatoloq Ağarəhim Əlizadə kimi köməkçim vardır. Həkim Əlizadə zəhmətsevərliyi ilə seçilirdi.
Cavad Əlizadə
Cavad Əlizadə- peşəkar karikaturaçı, ən yaxşı siyasətçilər, komik aktyorlar və futbolçulardan çəkdiyi karikaturalarına görə tanınır. 4D Yumor adlı elmi / fəlsəfi sütununa (cizgi filmlər, karikaturalar və satiralar daxil olmaqla) görə İtaliya, Çin və Yaponiyada mükafat qazandı. == Bioqrafiyası == Cavad Əlizadə 1 yanvar 1953-cü ildə Ərdəbildə dünyaya gəlib və İngilis dili tərcüməsi sahəsində təhsil almışdır.
Cəbrayıl Əlizadə
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri. == Həyatı == Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci il tarixində Nardaran kəndində anadan olmuşdur. 1959-cu il tarixində Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır.Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir.Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü il tarixində saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir. == İctimai-siyasi fəaliyyəti == Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.Hacı Cəbrayıl Əlizadə 1 iyul 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 14 nömrəli fərmanı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin vəzifələrini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 680 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Hacı Cəbrayıl Əlizadə 1993-cü ilin dekabr ayında Bakı və Kəndlər Birliyinin sədri seçilmişdir.Hacı Cəbrayıl Əlizadə 1995-ci ilin aprel ayında Vəhdət Partiyasının sədri seçilmişdir.
Elbrus Əlizadə
Elbrus Kərim oğlu Əlizadə (4 mart 1957, Ağdaş rayonu – 29 dekabr 2016, Bakı) — Azərbaycan Respublikası Prezidenti yanında AAK-nı Yer Elmləri üzrə Ekspert Şurasının elmi katibi, YUNESKO nəzdində fəaliyyət göstərən Dağlıq ölkələrin tarazlı inkişafı Elmi Mərkəzinin Müşahidəçilər Şurasının, Qazaxıstanın Coğrafiya İnstitutunda nəşr olunan Coğrafiyanın və geoekologiyanın aktual problemləri, AMEA-nın Xəbərlərinin Yer Elmləri seriyası elmi jurnalının Redaksiya Heyətinin üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) coğrafiya üzrə elmi-metodiki seminarın sədri, Azərbaycan Təhsil Nazirliyi yanındakı coğrafiya üzrə elmi metodiki şuranın sədri, AMEA-nın müxbir üzvü, coğrafiya elmlər doktoru, professor, AMEA H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini. == Həyatı == Əlizadə Elbrus Kərim oğlu 4 mart 1957-ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olmuşdur. E. K. Əlizadə 1974-cü ildə Ağdaş şəhərində orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil oldu. E. Əlizadə 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərildi. Həmin illərdə keçmiş SSRİ-də aerokosmik metodların coğrafiyaya tətbiqi, başqa sözlə, yerin kosmosda öyrənilməsi yeni istiqamət idi.1984-cü ildə Geomorforlogiya və təkamül coğrafiyası, ixtisasda Kosmofotoşəkillərin deşifrlənmə materiallarının tətbiqi ilə Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin morfostruktur təhlili mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi aldı. E. Əlizadə 2004-cü ildə "Geomorfologiya və təkamül coğrafiyası" ixtisasında "Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiyası qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi aldı. Bir çox xarici ölkələrdə keçirilən elmi konfranslarda (RF,Ukrayna, Qazaxıstan, Ruminiya, Slovakiya, Böyük Britaniya, ABŞ, İran, Polşa, Çin və s.) dəfələrlə iştirak etmiş və çıxış etmişdir. == Ailəsi == Həyat yoldaşı- Sevil Yunis qızı Quliyeva- coğrafiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Coğrafiya İnstitutunda aparıcı elmi işçi. 1 övladı var. Selin Əlizadə Elbrus qızı == Elmi fəaliyyəti == Onun elmi təqdiqat sahəsi Azərbaycanın dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşifrlənmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşifrlənmə metodlarının işlənilməsi, geomorfoloji risk və təhlükələrin qiymətləndirilməsi, geodinamiki-gərgin ərazilərin öyrənilməsi, Böyük və Kiçik Qafqaz dağları, geosistemlərinin ekogeomorfoloji tədqiqi, ekogeokomplekslərinin formalaşmasına kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi olmuşdur.
Elmin Əlizadə
Elmin Samir oğlu Əlizadə (18 mart 2003; Mingəçevir, Azərbaycan — 16 noyabr 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 16 noyabr 2021-ci ildə Kəlbəcər-Laçın istiqamətində qarşı tərəfin təxribatının qarşısı alarkən şəhid olmuşdur. == Həyatı == Elmin Əlizadə 18 mart 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun Papravənd kəndindəndir. Kənd işğal olunduqdan sonra Elminin ailəsi Mingəçevirdə məskunlaşmışdır. Elmin Əlizadə 15 sentyabr 2009-cu ildə Kəlbəcər rayon 118 nömrəli tam orta məktəbin 1-ci sinfində təhsil almağa başlamışdır. 2013-2016-cı illərdə UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak etmişdir. 15 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi. == Hərbi xidməti == Elmin Əlizadə 1 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
Elməddin Əlizadə
Elməddin Sübhi oğlu Əlizadə (d. 11 mart 1997; Zəhmətabad, Biləsuvar rayonu — ö. 9 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Zəhmətabad kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Elməddin Əlizadə 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eltac Əlizadə
Eltac İsmayıl oğlu Əlizadə (15 oktyabr 1996; Çatax, Tovuz rayonu — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltac Əlizadə 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 2003–2014-cü illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində, 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Eltac Əlizadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Eltac Əlizadə oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Əlizadə
Elşən Faiq oğlu Əlizadə (10 avqust 1995; İsmayılbəyli, Tərtər rayonu, Azərbaycan — 14 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Elşən Əlizadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət etmişdi. Hərbi xidməti bitirdikdən sonra maşın təmiri və kənd təsərrüfatı ilə məşğul olmuşdu. Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşən Əlizadə 14 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Əlizadə
Faiq Əlizadə (tam adı: Əlizadə Faiq Əhdülhüseyn oğlu; 10 yanvar 1953, Ağcabədi – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1953-cü il 10 yanvar tarixində Ağcabədidə anadan olub. Binəqədi rayon təmir-tikinti idarəsində fəhlə işləyib. Üç uşağı qalıb. Hadisə gecəsi Gənclik metrostansiyası yaxınlığında olan Faiq Əlizadə elə oradacada güllələnib. Onu 5 nömrəli xəstəxanaya aparırlar. Yanvarın 20-də səhər saat 9-da iki naməlum şəxs evə gəlib deyib ki, Faiq yaralanıb, xəstəxanadadır. Onlar xəstəxanaya çatana kimi Faiq canını tapşırıbmış. Şəhidlər xiyabanında dəfn edilmişdir.
Famil Əlizadə
Famil Habil oğlu Əlizadə (3 may 1999; Ərkivan, Masallı rayonu - 21 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Əlizadə 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb. == Hərbi xidməti == Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Famil Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də şiddətli Füzulinin azad edilməsində şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Firəngiz Əlizadə
Firəngiz Əliağa qızı Əlizadə (28 may 1947[…], Bakı) — Azərbaycanın bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990), professor (1998), Azərbaycan Respublikasının Xalq artisti (2000), AMEA-nın müxbir üzvü (2017), UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü. Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilmişdir. Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır. == Həyatı == Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir.
Fuad Əlizadə
Fuad Əlizadə (dövlət xadimi) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi. Fuad Əlizadə (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı, Vətən Müharibəsi şəhidi.
Fuad Əlizadə (baş leytenant)
Fuad Nazim oğlu Əlizadə (25 iyun 1994, Kolanı, Naxçıvan Muxtar Respublikası – 7 noyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Fuad Əlizadə 1994-cü il iyunun 25-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı məktəbdə almışdır. 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbidə ali təhsil alıb. == Hərbi xidməti == Fuad Əlizadə 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-ci ilin may ayında Murovdağ zirvəsində 4 il müddətində sinəsini sipər etmişdir. 2018-ci ildə baş leytenat rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin fevral ayından 777 saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştitak etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2017 •••••••••••••••••••• 0.16

"əliz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əliz nədir? #əliz sözünün mənası #əliz nə deməkdir? #əliz sözünün izahı #əliz sözünün yazılışı #əliz necə yazılır? #əliz sözünün düzgün yazılışı #əliz leksik mənası #əliz sözünün sinonimi #əliz sözünün yaxın mənalı sözlər #əliz sözünün əks mənası #əliz sözünün etimologiyası #əliz sözünün orfoqrafiyası #əliz rusca #əliz inglisça #əliz fransızca #əliz sözünün istifadəsi #sözlük