ələk-vələk sözü azərbaycan dilində

ələk-vələk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ələk-vələk • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 ••••••• 0.09
2012 •••••••••••••••••••• 0.26
2015 •••••••••••••• 0.17

ələk-vələk sözünün leksik mənası və izahı

  • 1 is. Qarışıqlıq, alt-üst. Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir. S.Rüstəm. □ Ələk-vələk eləmək (etmək) – alt-üst etmək, dağıtmaq. Otaqları birbirinə vurdular. Güman gələn yerləri ələkvələk elədilər. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / ələk-vələk

ələk-vələk sözünün etimologiyası

  • 1 Diqqətlə axtarmaq mənasında işlədilir. Mənbələrdə ələk sözünün “axtarmaq” mənası verilib. Söz ələk və ələk kimi olub, sonra indiki şəklə düşüb. Ələk-vələklə yanaşı, xalq arasında araq-varaq forması da var. Güman edirik ki, sözün əsli aramaq feili ilə bağlıdır. Qaynaqlarda araq-araq şəkli də qeydə alınıb. Araq sözü araq-araq (yada sal: tez-tez, uca-uca...) şəklində təkrarlanaraq intensivlik bildirib, yəni söz araq və araq kimi olub, sonradan araq-varaq və nə­hayət, ələk-vələk şəklini kəsb edib. Ələk sözünün axtarmaq mənası da kəlmənin təhrifi ilə bağlı ola bilər. Salyan rayonunda arağ-arağ eləmək, Şuşada isə arax-varax eləmək formaları indi də qalmaqdadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ələk-vələk

ələk-vələk sözünün sinonimləri (yaxın mənalı sözlər)

ələk-vələk sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ƏLƏK-VƏLƏK – SAKİTLİK Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir (S.Rüstəm); Mişka əli ilə sakitlik işarəsi verdi, başa saldı (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / ələk-vələk

ələk-vələk sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. беспорядок. Ev ələkvələkdir квартира в беспорядке ◊ ələkvələk eləmək, etmək перевернуть вверх дном; обшарить (обыскать) роясь везде, ələk-vələk olmaq быть перевёрнутым вверх дном

    Azərbaycanca-rusca lüğət / ələk-vələk

ələk-vələk sözünün inglis dilinə tərcüməsi

ələk-vələk sözünün fransız dilinə tərcüməsi

ələk-vələk sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#ələk-vələk nədir? #ələk-vələk sözünün mənası #ələk-vələk nə deməkdir? #ələk-vələk sözünün izahı #ələk-vələk sözünün yazılışı #ələk-vələk necə yazılır? #ələk-vələk sözünün düzgün yazılışı #ələk-vələk leksik mənası #ələk-vələk sözünün sinonimi #ələk-vələk sözünün yaxın mənalı sözlər #ələk-vələk sözünün əks mənası #ələk-vələk sözünün etimologiyası #ələk-vələk sözünün orfoqrafiyası #ələk-vələk rusca #ələk-vələk inglisça #ələk-vələk fransızca #ələk-vələk sözünün istifadəsi #sözlük