Aşıq Ələsgərin heykəli (Bakı)
Aşıq Ələsgərin heykəli — XIX- XX əsrlərdə yaşayıb-yaratmış, aşıq, şair Aşıq Ələsgərə Bakı şəhərində ucaldılmış abidə. Heykəlin açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəl Rəşid Behbudov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsində ucaldılıb.
== Tarixi ==
Aşıq Ələsgərin heykəlinin Bakı şəhərində açılışı 30 sentyabr 2024-cü ildə olub. Heykəlin aşılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimaiyət nümayəndələri iştirak edib.
Abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Heykəlin müəllifi xalq Rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.
Heykəlin ümumi hündürlüyü 4 metrdir. Materialı Tunc qranitdir.
Abidə Bakı şəhərində aşıq sənəti nümayəndəsinin şərəfinə ucaldılmış ilk monumentdir.