Əmanətlərin Sığortalanması Fondu (Azərbaycan)
Əmanətlərin Sığortalanması Fondu (Fond) Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır.
ASC "XALQ" Bankı
"Melli İran Bankı" Bakı filialı
"Azərbaycan Beynəlxalq Bankı" ASC
"ACCESSBANK" QSC
"Azər-Türk Bank" ASC
"Bank of Baku" ASC
"Bank Respublika" ASC
"Kapital Bank" ASC
"YELO BANK" ASC
"Rabitəbank" ASC
"TURANBANK" ASC
"UNİBANK" KB ASC
Yapı Kredi Bank Azərbaycan QSC
"Expressbank" ASC
"Azərbaycan Sənaye Bankı" ASC
"Bank Avrasiya" ASC
"Paşa Bank" ASC
"Naxçıvanbank" ASC
"AFB BANK" ASC
BANK VTB (Azərbaycan) ASC
"PREMIUM BANK" ASC
"Bank BTB" ASC
"Ziraat Bank Azərbaycan" ASC
iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək;
sığorta haqlarını yığır və onların uçotunu aparmaq;
öz əmlakını idarə etmək və ona dair sərəncam vermək;
sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək;
Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq;
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək;
öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək;
öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək;
iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək;
əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.