Əmiraslan sözü azərbaycan dilində

Əmiraslan

Yazılış

  • Əmiraslan • 99.3603%
  • ƏMİRASLAN • 0.4264%
  • əmiraslan • 0.2132%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əmiraslan Xeyirbəyov
Əmiraslan ovdanı
Əmiraslan ovdanı — XIX əsrdə Maştağada tikilmiş ovdan. Ovdanın əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub, su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Ovdan hazırda baxımsız vəziyyətdədir.
Əmiraslan Əliyev
Əmiraslan Rza oğlu Əliyev (30 avqust 1960, Naxçıvan – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. Əmiraslan Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Ü. Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979–1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir. 1981–1982-ci illərdə Naxçıvan şüşə Qablar Zavodunda, 1982–1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə içləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamışdır. 1982–1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakültəsində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır.
Əmiraslan İsgəndərov
Əmiraslan Əlixan oğlu İsgəndərov (1976) — Bakıda sələfi qrupunun rəhbəri. 1999-cu ildən 2003-cü ilə qədər o, Əfqanıstan təlim düşərgələrində iştirak edib və gənc qadın mücahidlərin fəaliyyətə cəlb edilməsini həyata keçirib. Həbs olunduğu zaman trotil, qumbara və detonatorlar ələ keçirilib. Milli Təhlükəsizlik Nazirliyi mətbuata açıqlamasında İsgəndərovun "anti-Azərbaycan kampaniyası apardığını" iddia edib. Qurumun açıqlamlarına görə o etnik azlıqların nümayəndələri arasında kin və Azərbaycana nifrət aşılayırdı. O ölkə ərazisində "Camaat" və ya ordu yaratmaq cəhdində ittiham edilirdi . Qapalı keçirilən prosesdən sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsi İsgəndərov və qruplaşmasının daha 5 iştirakçısı — Əlirza Məcid oğlu Babayev (1965-ci il təvəllüdlü), Zaur Əliyeviç Əliyev (1984-cü il təvəllüdlü), Abdulla Məhəmmədoviç Məhəmmədov (1986-cı il təvəllüdlü), Sumqayıt şəhəri Hidayət Pirivey (d. 1971) və Rizvan Əbdülqədirov. İsgəndərov və Babayevin hər biri 28.214.2.1 maddəsi ilə qanunsuz partlayıcı maddə və döyüş sursatı saxlama maddəsi ilə 14 il, Abdulla və Əlivey isə 228.2.1 maddəsi ilə 5 il, Abdulqədirov isə 228.1 maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Əmiraslan Xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Əmiraslan xan Avşar
Doktor Əmiraslan xan Avşar Qasımlı - Doktor Əmiraslan xan Avşar Qasımlı (Canməhəmməd oğlu), 1919-cu ildə Marağada dünyaya gəlibdir..O, İranda ibtidai təhsil almışdır, təhsilin davam etmək üçün xaricə getmişdi.Almaniya, Avstriya və İsveçrədə təhsil alandan sonra, doktorluqun almışdır.1947-ci ildə İrana qayıdıb və bir müddət xarici işlər nazirliyində işlədi.Sonra bir müddətdə Haaqada İran səfirliyinin üçüncü katibi idi. Sonra İrana gəldi və 1949-cu ildə Məhəmməd Saidin qızı ilə evləndi. Bu evlilik ilə önemli işlərə nail oldu.1956-cı ildə,XIX Milli Məclisinin seçkiləri zamanı, Marağa şəhərindən nümayəndə oldu.Milli Məclisin XX dövründə, yenədə Marağanın nümayəndəsi idi. 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu. 1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın Amerikada ki səfiri oldu. 1974-cü ildən, 4-il müddətində İranın Almaniyadaki səfiri oldu. 1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim başçısı idi.
Əmiraslan xan Dünbili
Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali. Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı.
Əmiraslan xan Məcdüddövlə
Əmiraslan xan Məhəmmədqasım xan oğlu Məcdüddövlə — İranın dövlət xadimi, Fətəli şah Qacarın kürəkəni. Məhəmmədqasım xanın dördüncü oğlu Əmiraslan xan Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Əmidülmülk və Məcdüddövlə ləqəblərini daşıyırdı. Əmiraslan xan Təbriz şəhərində şahzadə Məhəmməd mirzənin sarayında pişxidmətbaşı vəzifəsində çalışırdı. 1847-ci ildə şahzadə Nasirəddin mirzə Bəhmən mirzənin yerinə Azərbaycan valisi təyin edilir. Əmiraslan xan şahzadənin sarayında eşikağasıbaşı olur. Əmiraslan xan Məcdüddövlə Babın zühuru zamanı Zəncan əyalətinin valisi idi. Molla Məhəmmədəli Zəncani də bu əyalətdə qiyam qaldırdı. Tehrandan əmr gəldi ki, Molla Qurbanəlini qandallayıb, paytaxta göndərsin.
Əmiraslan xan Xoyski.
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Əmiraslan xan Qırxlı-Avşar
Əmiraslan xan Qırxlı-Avşar (1738-1748) — Azərbaycan hakimi , Əfşarlar sülaləsi dönəmində sərkərdə, ordu generalı. Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idi və ona xidmət etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə Azərbaycana sərdar (ordu generalı) təyin etmişdi. Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib, şahlıq eşqinə düşdü. İran şahlıq taxtının iddiaçılarında şübhə doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, İmam Rza adından sikkə kəsdirməyə başladı. Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi.
Abdulla Əmiraslanov
Abdulla Əmiraslanov — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Əmiraslanov Abdulla İslam oğlu 13 avqust 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbini, 1981-ci ildə Tibilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Abdulla Əmiraslanov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1993-cü ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılmışdır. Rəssam 1971-ci ildən bu günə kimi beynəlxalq və respublika sərgilərində iştirak edib və diplomlara layiq görülmüşdür. Abdulla Əmiraslanov 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Azərbaycanlı rəssamın "Aşıq Ələsgər" qrafik əsəri sərginin diplomuna və pul mükafatına layiq görülüb.
Amin Əmiraslanov
Elgün Əmiraslanov
Emin Əmiraslanov
Emin Əmiraslanov (14 sentyabr 1982, Bakı) — azərbaycanlı futbolçu. müdafiəçi mövqeyində çıxış edir. == Klub karyerası == Azərbaycan Premyer Liqasında Şahdağ Quba FK, Bakı FK və Gənclərbirliyi klublarında oynamışdır. 2008/09 mövsümündə Salyanın Muğan FK şərəfini qorumuşdur. 2011-ci ildən isə Azərbaycanın 1-ci liqasında oynayır.
Etibar Əmiraslanov
Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. == Həyatı == 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. 1980-ci ildə SSRİ Hərbi Desant Hissəsi tərkibində Əfqanistana müharibəyə gedib. 1981-ci ildə Əfqan mücahedləri tərəfindən həbs olunub və 6 ay həbsxanada qalıb. Türkiyənin Boz Qurdları tərəfindən azad olunub. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi.
Möhbalı Əmiraslanov
Möhbalı Firudin bəy oğlu Əmiraslanov (1902, Balahəsənli, Zəngəzur qəzası – 15 may 1984, Bakı) — Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı, podpolkovnik. Möhbalı Firudin bəy oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girir və 1924-cü ildə Bakıya gələrək texnikumun axşam şöbəsinə daxil olur və gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Moskva Polad İnstitutuna təhsilini davam etdirməyə göndərilir. 1931-ci ildə o, Leninqrada göndərirlir və 1934–1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1939-cu ildə toxuculuq sənayesi naziri təyin edilir və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir. 1942-ci ildə müharibəyə gedir. Döyüşlərdə iştirak edən M. Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır.
Nuru Əmiraslanovun yaşayış evi
Nuru Əmiraslanovun yaşayış evi — 1907-ci ildə Nuru Əmiraslanovun sifarişi ilə İosif Ploşkonun layihəsi üzrə Bakıda keçmiş Naberejnaya İmperatora Aleksandra II, 65, indiki Neftçilər prospekti, 65 ünvanında tikilmiş bina. Bina İosif Ploşkonun Bakıda layihələndirdiyi ilk iş sayılır. Arxiv materiallarına görə İosif Ploşko Bakıdakı ilk sifarişi 1907–1908-ci illərdə, Sahil küçəsi, 65-də yaşayış binasının tikintisi üçün Bakı varlılarının tanınmış ailələrindən olan Nuru Əmiraslanovdan alıb. Ev Bayıl təpəsinin yamacında əsas şəhər magistralının strukturunda mühüm şəhərsalma mövqeyinə malik və geniş həyəti olan perimetral tikintidən ibarətdir. Evin fasadında daşın yüngülcə yonulması ilə üfüqi və şaquli bölgülər nəzərə çarpır. Ploşko nisbətən sadə fasad yaratmış və klassik formalara və üsullara hörmətlə yanaşmışdır. Fasadın kompozisiyasında iki element — girişin intibah portalının effektiv motivləri və onun həcm elementlərinin incə modelləşdirilməsi və onun tərəfindən memarlıq klassikasına öz bədii münasibətinin həll edildiyi ön giriş qapısı əsas yer tutur. Portal bütün Asiya memarlıq məktəblərinin eyni mənbədən əks etdikləri ioniya orderli qoşa sütunla ifadə olunmuşdur.
Pərviz Əmiraslanov
Qəmər Əmiraslanova
Qəmər İskəndər bəy qızı Əmiraslanova (1893-?) — əməkdar həkim. Qəmər İskəndər bəy qızı Əmiraslanova 1893-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1915-ci ildə Tiflis qadın gimnaziyasını bitirmişdir. 1918-ci ildə Moskva 1-ci diş həkimliyi məktəbini tamamlamışdır. 1932-1933-cü illərdə təhsilini Azərbaycan Tibb İnetitutunda davam etdirmişdir. İnstitututun daxili xəstəliklər propedevtikası kafedrasında dosent işləmişdir. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Qəmər Əmiraslanova "Böyük Vətən Müharibəsi dövründə rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Qəmər Əmiraslanova İskəndər İskəndərovla ailə qurmuşdu. Gülarə adlı qızı vardı.
Tahir Əmiraslanov
Tahir Əmiraslanov (14 mart 1958, Qovlar, Tovuz rayonu) — Əməkdar mədəniyyət işçisi (21. aprel 2016), Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru (1991–2022), "Kulina" jurnalının baş redaktoru. Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirmişdir. 1975–1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləmişir. 1976–1978-ci illərdə Tahir Əmiraslanov orduda tank komandiri olmuşdur. 1978–1979-cu ildə Leninqradda Tikintidə bənna işləmış, 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi oldu. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən — 1980-ci ildə onun "Çay Azərbaycan mətbəxində" adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü. Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmışdir.
Zahid Əmiraslanov
İmaməddin Əmiraslanov
İmaməddin Əmiraslanov (20 yanvar 1948) — Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri (2016). 1948-ci ildə Qubada anadan olmuşdur. 1. Mamedov Kh.S., Amiraslanov I.R., Musayev F.N., Movsumov E.M. The synthesis and x-ray analysis complexes of Ni(II), Ca(II), Cu(II), Zn(II), with benzoic and monothibenzoic acids. Dokl. AN Azerb. Republic., 1977, V.32, N.4, p.31. 2. Musayev F.N., Movsumov E.M., Mamedov Kh.S., Amiraslanov I.R. The crystal and molecular structure of bis-pyridine-bis (monothiobenzoate) Nickel (II). Zh.
Əmiraslanlı
Əmiraslanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əmiraslanlı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Emir kəndindən çıxmış cinaboy nəslindən olan Əmiraslan adlı şəxs salmışdır. Oykonim Əmiraslan (şəxs adı) və -lı (mənsubluq bildirir) komponentlərindən düzəlib, "Əmiraslana məxsus kənd" mənasındadır. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 619 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmiraslanov
Əmiraslanov — Azərbaycanda daha çox işlədilən soyad. Azər Əmiraslanov — Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri. Əhliman Əmiraslanov — cərrah–onkoloq, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü. Əli Əmiraslanov — geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü. Tapdıq Əmiraslanov — Əməkdar müəllim. Tahir Əmiraslanov — Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru . Möhbalı Əmiraslanov — Azərbaycan SSR Nazirlər Sovetinin 1-ci müavini (1951–1954) Sərdar Əmiraslanov — Azərbaycan respublikasının fəxri mədəniyyət işçisi Fərid Əmiraslanov — Mədəniyyət sahəsi üzrə tədqiqatçı, Musiqiçi, Müəllim, araşdırmaçı Jurnalist Emin Əmiraslanov — futbolçu.
Mahir Əmiraslanov
Mahir Əmiraslanov (12 may 1997, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2019-cu il Avropa Oyunlarının qalibi. == Karyerası == Mahir Əmiraslanov 2013-cü ildə Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatını bürünc, Serbiyada isə yeniyetmələr arasında Dünya Çempionatını gümüş medallarla başa vurdu. Bir il sonra, 2014-cü ildə Mahir Əmiraslanov yeniyetmələr arasında Avropa Çempionatını beşinci pillədə başa vursa da, yeniyetmələr arasında Dünya Çempionatında növbəti dəfə gümüş medalın sahibi oldu. 2015-ci ilin avqustunda Mahir Əmiraslanov Braziliyada gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Sentyabrda Las-Veqas şəhərində Dünya Çempionatlarında debüt edən Mahir Əmiraslanov noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini də bürünc medalla başa vurdu. 2016-cı il ərzində Mahir Əmiraslanov İstanbul şəhərində Yaşar Doğu Turnirini və Buxarest şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medallarına sahib oldu. Həmin mövsüm də Mahir Əmiraslanov həm də Latviyada Avropa Çempionatını beşinci pillədə başa vurdu. Mahir Əmiraslanov 2017-ci ildə Rusiyada Əli Əliyev Turnirinin qalibi oldu, İstanbul şəhərində Yaşar Doğu Turnirini gümüş medalla, Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin və Rusiyada V. Semenov Turnirinin isə bürünc medallarına sahib oldu. Həmin ilin mayında Mahir Əmiraslanov həm də IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Mahir Əmiraslanov apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu, iyunda isə Belarusda Avropa Oyunlarının qalibi oldu.

əmiraslan sözünün leksik mənası və izahı

"əmiraslan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmiraslan nədir? #əmiraslan sözünün mənası #əmiraslan nə deməkdir? #əmiraslan sözünün izahı #əmiraslan sözünün yazılışı #əmiraslan necə yazılır? #əmiraslan sözünün düzgün yazılışı #əmiraslan leksik mənası #əmiraslan sözünün sinonimi #əmiraslan sözünün yaxın mənalı sözlər #əmiraslan sözünün əks mənası #əmiraslan sözünün etimologiyası #əmiraslan sözünün orfoqrafiyası #əmiraslan rusca #əmiraslan inglisça #əmiraslan fransızca #əmiraslan sözünün istifadəsi #sözlük