əmmamə sözü azərbaycan dilində

əmmamə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əmmamə • 92.4242%
  • Əmmamə • 6.0606%
  • ƏMMAMƏ • 1.5152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2010 ••••••• 0.09
2011 •••••••••••••••••• 0.26
2013 •••••••••••••••••••• 0.29
2016 •••••••••••• 0.17
2018 •••••••••••••••••••• 0.30

əmmamə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bəzi Şərq ölkələrində: sarınmış uzun ağ parça, yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı; çalma. // Axundların və başqa ruhanilərin başlarına qoyduqları bu cür sarğı. Elə ki tək qaldılar, Koroğlu abanı, əmmaməni çıxardıb bir tərəfə tulladı. “Koroğlu”. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. M.F.Axundzadə. Qoydun əmmamə başına, dandın həqiqəti; Alati-həcvü məsxərə qıldın şəriəti. Ə.Qəmküsar.

    Azərbaycan dilinin izahlı lüğəti / əmmamə

əmmamə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ƏMMAMƏ (ruhanilərin başlarına sarıdıqları sarğı, çalma) Seyid tərlədiyindən onun əmmaməsini başqa birisi əlində saxlamışdı (M.S.Ordubadi); ÇALMA “Bir ağ fil; bir de çalması ağ”; qoca hindli surətində (R.Rza); DƏSTAR (köhn.) Qafqazda nə müsəlman dəxi muxtar olacaqdır; Başında nə dəstar, nə əfsar olacaqdır (Ə.Nəzmi); SARIQ Vur sazı döşünə, ey aşıq! Qalmamış nə aba, nə qəba, nə sarıq (M.Müşfiq).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əmmamə

əmmamə sözünün rus dilinə tərcüməsi

əmmamə sözünün inglis dilinə tərcüməsi

əmmamə sözünün fransız dilinə tərcüməsi

əmmamə sözünün ləzgi dilinə tərcüməsi

əmmamə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Sarınmış uzun parça yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı, çalma. (“Koroğlu” dastanının lüğəti) Koroğlu bazardan aldığı ağ rəngli molla köynək-tumanını paltarlarının üstündən geydi. Başına ağ əmmamə qoyub bir əba da çiyninə saldı. (Paris nüsxəsi, 4-cü məclis)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. ruhanilərin başlarına sarıdıqları sarğı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əmmamə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmmamə nədir? #əmmamə sözünün mənası #əmmamə nə deməkdir? #əmmamə sözünün izahı #əmmamə sözünün yazılışı #əmmamə necə yazılır? #əmmamə sözünün düzgün yazılışı #əmmamə leksik mənası #əmmamə sözünün sinonimi #əmmamə sözünün yaxın mənalı sözlər #əmmamə sözünün əks mənası #əmmamə sözünün etimologiyası #əmmamə sözünün orfoqrafiyası #əmmamə rusca #əmmamə inglisça #əmmamə fransızca #əmmamə sözünün istifadəsi #sözlük