əməkdaşı-ABŞ-ın sözü azərbaycan dilində

əməkdaşı-ABŞ-ın

Yazılış

  • əməkdaşı-ABŞ-ın • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ-ın qurucuları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas Bani ataları təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
ABŞ-ın əraziləri
ABŞ-nin əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər. Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşkil" bir hökumətin varlığına görə təsnif edilir.Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir. Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerliləri (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir dənədən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi nəticədə ştatlığa çevrildilər. Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr oldular. ABŞ-nin bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk və Alyaska Ərazisi və Havay Ərazisi sonuncu olmuşdu.
ABŞ-ın ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
ABŞ-ın ştatı
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
ABŞ-ın Azərbaycandakı səfirləri
ABŞ-nin Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992–1993-cü illərdə işləyib. İkinci səfir Riçard Kozlariç Azərbaycanda 1994–1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997–2000-ci illərdə işləyib. Sonrakı səfirlər bunlar olub: Ross Vilson (2000–2003), Rino Harniş (2003–2006), Enn Dörsi (2006–2009). 2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-nin Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-nin ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
ABŞ-ın Somali səfirliyi
ABŞ-nin Somali səfirliyi — ABŞ-nin Somalidə yerləşən əsas diplomatik nümayəndəliyidir. == Tarixi == 1991-ci ildə Somalidə gedən vətəndaş müharibəsi səbəbindən səfirlik fəaliyyətini dayandırmışdır. Yalnız 24 il sonra - 2015-ci ildə fəaliyyətini bərpa etmişdir. Yeni səfir Katherine Simonds Dhanani seçilmişdir.
ABŞ-ın Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
ABŞ-ın ada əraziləri
Federal Torpaqlar (ing. Insular areas, hər. təcrid olunmuş ərazilər) — ABŞ-nin federal torpaqlarına ölkənin heç bir ştatına və federal ərazisinə tabe olmayan adaları daxildir. Palmira atollu — hazırda birləşdirilmiş yeganə ərazidir, yəni Birləşmiş Ştatların ayrılmaz hissəsidir. Palmira atollunun xüsusi statusu heç bir şəkildə yeri və əhəmiyyəti ilə əlaqəli deyil, atollun dövlət statusu aldığı 1959-cu ilə qədər Havay ərazisinin bir hissəsi olması səbəbindən yaranan qanuni bir hadisədir (lakin atollun tərkibindən çıxması ilə). Birləşdirilməmiş ərazilər konsepsiyasının özü, 1901-ci ildə İspaniya ilə müharibədən sonra 1898-ci ildə ABŞ-nin tərkibinə daxil olan adaların statusu haqqında Ali Məhkəmənin bir sıra qərarlarına qədər rəsmi olaraq mövcud deyildi. Buna görə, Konqresin bu presedentdən əvvəl təşkil etdiyi bütün ərazilər, Havay Bölgəsi də daxil olmaqla (1898-ci ildə təşkil edilmiş) avtomatik olaraq birləşdirilmiş sayılırdı. Amerika Birləşmiş Ştatlarının özünü və ya bir hissəsini birləşdirilmiş ərazidən təsisata çevirərək hər hansı bir ərazi üzərində suverenlikdən imtina etməsi üçün bir qanuni mexanizm mövcud deyil və bu səbəbdən 1901-ci ilə qədər birləşdirilmiş Havay Ərazisinin bir hissəsi olan Palmyra Atoll, 1959-cu ildən sonra öz statusunu qorudu. inzibati olaraq Havaydan ayrıldı. Federal vergi ödəməmələrinə və prezident seçkilərində iştirak edə bilməmələrinə baxmayaraq bir sıra ada ərazilərinin sakinləri ABŞ vətəndaşı sayılır.
ABŞ-ın bani ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas Bani ataları təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
ABŞ-ın ilk universiteti
ABŞ-nin ilk universiteti — ABŞ-də ilk universiteti müəyyən edən hüquqi norma və ya qəbul edilmiş fikir yoxdur. Həmçinin ölkədə "universitet" və "kollec" anlayışları çox yaxındır və burada "universitet" anlayışı tədricən formalaşıb.
ABŞ-ın inzibati bölgüsü
Ştat - Amerika Birləşmiş Ştatlarının inzibati ərazi bölgüsündə ən yüksək statusa malik subyekt. Ölkə 50 ştatdan ibarətdir və hər bir ştat ABŞ bayrağında bir ulduzla təmsil olunur. == Haqqında == Amerika Birləşmiş Ştatları 3141 rayondan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado, Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu Cersi, Nyu-Hempşir, Nyu Meksiko, Nyu-York, Ohayo, Oklahoma, Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod-Aylend, Şimali Dakota, Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür.
ABŞ-ın iqtisadi tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
ABŞ-ın müstəqillik günü
Müstəqillik günü (ing. Independence Day)— ABŞ-də hər il iyulun 4-də keçirilən milli bayram. Müstəqillik Günü azad və müstəqil ölkə kimi ABŞ-nin doğum günü hesab olunur. Əksər amerikalılar bu bayramı sadəcə tarixinə görə - "4 iyul bayramı" adlandırırlar. Bayram şənliyi atəşfəşanlıq, paradlar, manqallar, karnavallar, yarmarkalar, pikniklər, konsertlər, beysbol oyunları, ailə toplantıları, siyasətçilərin çıxışları və mərasimləri və ABŞ-də digər ənənəvi ictimai və özəl tədbirlərlə müşayiət olunur. Müstəqillik günü ABŞ-də əsas milli bayramdır. == Tarixi == Müstəqillik günü 1776-cı il iyulun 4-də ABŞ elan edildiyi gün ilə əlaqədardır.
ABŞ-ın qanunvericilik sistemi
ABŞ-nin qanunvericilik sistemi — ABŞ Konqresi və ştatların qanunverici orqanları. == ABŞ Konqresi == ABŞ Konstitusiyasında əsaslandırılan qanunverici hakimiyyət haqqında aşağıdakıları göstərmək vacibdir. Əvvəla, ABŞ-də qanunverici hakimiyyəti ABŞ-nin Konqresi və ştatların qanunverici yığıncaqları həyata keçirir. ABŞ-nin Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası Nümayəndələr Palatasının üzvlərinin sayı 1913-cü ildə verilmiş qanunla müəyyənləşib və hələ də dəyişməz qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500 min seçicinin təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınmasının nəticəsi ilə Nümayəndələr Palatasında yerlər ştatlar arasında bölüşdürülür. Nümayəndələr Palatasının üzvləri 2 il müddətinə seçilirlər və seçkilərdən sonrakı ilin yanvarından onların səlahiyyət müddəti hesablanır. Öz növbəsində hər 2 ildən bir Nümayəndələr Palatasının heyəti yeniləşdirilir, bu fasilə ilə hər çağırışın –bütün Konqresin müddəti ölçülür. Hər bir ştatda əhali Senata senatorları seçirlər, hər bir ştat Senatda 2 nümayəndə ilə təmsil olunub. Senatın tərkibinə 100 senator daxildir, hər bir senator öz ştatında 6 illiyə seçilir. Onun senatorluq müddəti seçkilərdən sonrakı ilin yanvarından hesablanır.
ABŞ-ın təcridçilik siyasəti
== Ümumi məlumat == Təcridçilik, Amerikanın uzun müddət Avropa ittifaqlarına və müharibələrə qoşulma mövzusundakı istəksizliyini ifadə edir. Təcridçilər, Amerikanın dünya üzərindəki dünyagörüşünün Avropa cəmiyyətlərinin baxış bucaqlarından fərqli olduğunu və Amerikanın müharibə xaricində başqa yollarla azadlıq və demokratiya səbəbini inkişaf etdirə biləcəyini müdafiə etdi. Amerikanın təcrid siyasəti dünya səhnəsini buraxmaq demək deyildir. Təcridçilər ABŞ-nin bir dünya oyunçusu olması və xüsusilə Qərb Yarımkürəsində torpaq, ideoloji və iqtisadi maraqlarının daha da irəli aparılması fikrindən xoşlanmadılar. == Müstəmləkə dövrü == Təcridçilərin perspektivi müstəmləkə günlərinə əsaslanır. Koloniyalar, dini zülm, iqtisadi parçalanma və müharibənin olduğu Avropadan qaçan bir çox insan tərəfindən dolduruldu. Onların yeni vətəni keçmiş yollardan daha yaxşı şeylər etmək üçün bir yer kimi görüldü. Avropadan gələn səfər məsafəsi və sərtliyi, Yeni Dünyanın Köhnə Yoldan uzaq olduğunu vurğuladı. İstiqlaliyyət müharibəsi əsnasında Fransa ilə ittifaq izləməsinə baxmayaraq, təcrid siyasətinin kökləri, müstəqillikdən çox əvvəl quruldu. Tomas Peyn, kölgəli ittifaqlar üçün çox sayda arqument təqdim edən “Common Sense”(Sağlam düşüncə) adlı əsərində təcridçi düşüncələri aydınlatdı.
ABŞ-ın təhsil sistemi
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
ABŞ-ın viza siyasəti
Amerika Birləşmiş Ştatlarının viza siyasəti əcnəbilərin Amerika Birləşmiş Ştatlarına səyahət etmələri, daxil olmaları və burada qalmalarını qanunla tənzimləyən tələblərdir. ABŞ-yə ziyarət edən şəxslər Visa imtina Proqramı ölkələrindən olmadıqları təqdirdə ABŞ diplomatik missiyalarının birindən viza əldə etməlidirlər. Eyni qaydalar ABŞ-nin bütün əyalətlərinə, Kolumbiya Dairəsinə, Puerto Riko və ABŞ Virgin Adalarına, həmçinin əlavə imtiyazlarla Guam və Şimali Mariana Adalarına səyahət etmək üçün tətbiq edilir. Oxşar, lakin ayrı qaydalar Amerika Samoası üçün də tətbiq olunur. == Viza siyasəti xəritəsi == == Viza azadlığı == === Visa Waiver Program === 2021-ci il tarixindən etibarən 39 ölkə ABŞ hökuməti tərəfindən Vizadan İmtina Proqramına (VWP) daxil olmaq üçün seçilmişdir. Vətəndaşlarının qısa müddətli səyahətləri üçün ABŞ vizasına ehtiyacları olmasada, lakin hava və ya dəniz yolu ilə gəldikdə elektron icazə (ESTA) almaları tələb olunur. Ziyarətçilər 90 günədək ABŞ-də qala bilərlər. Bura Kanada, Meksika, Bermuda və ya ABŞ-dən keçməsi halları olduqda Karib dənizindəki adalar da daxildir.
ABŞ-ın baş hakimi
ABŞ-ın xarici siyasəti
Amerika Birləşmiş Ştatlarının xarici siyasəti — ABŞ-ın digər ölkələrə münasibətdə istifadə etdiyi xarici siyasət məqsədləri və metodlarının məcmusu. Xarici siyasət prezident tərəfindən müəyyən edilir və Dövlət katibinin başçılıq etdiyi Dövlət Departamenti tərəfindən həyata keçirilir. Rəsmi olaraq xarici siyasət doktrinası ABŞ vətəndaşlarının və beynəlxalq ictimaiyyətin xeyrinə daha təhlükəsiz, demokratik və firavan dünyanın təmin edilməsi maraqlarına əsaslanır. ABŞ dünyada ən inkişaf etmiş diplomatik nümayəndəliklər şəbəkəsinə malik olmaqla beynəlxalq münasibətlərdə son dərəcə mühüm rol oynayır. ABŞ Birləşmiş Millətlər Təşkilatının və Şimali Atlantika alyansının qurucu üzvü və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. == Tarixi == Artıq Birinci Dünya müharibəsi illərində ABŞ dünya siyasi arenasında lider mövqe tutmaq üçün səylər göstərirdi. 1914-1917-ci illərdə ABŞ-ın neytrallıq siyasəti yeritməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərmişdi. 1920-ci illərdə ABŞ Latın Amerikasında siyasi ekspansiya uğrunda mübarizə aparmış, bir sıra torpaqları satın almış və öz şirkətləri vasitəsilə kreditlər vermişdi. Bu regionun bəzi ölkələrində ABŞ bilavasitə maliyyə və gömrüklərə nəzarət etmiş, bəzi hallarda varlığını ordu ilə dəstəkləmişdi. İkinci Dünya müharibəsindən ərəfəsində təcridçilik doktrinası ABŞ-ın hakim elitası arasında çox populyar idi.
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu
== Tarixi == "Gəlin ilk əvvəl ən yaxşını qorumaq cəhdindən — gələcək nəslin taleyini həll edən azadlıq mübarizəsindən başlayaq. Sülh və ədalət naminə, gəlin elə dünyaya gedək ki, orada insanlar öz talelərini müəyyən etməkdə azaddırlar. Azadlıq bəxti gətirən çox az adamın nailiyyəti yox, bütün insanların ümumi beynəlxalq hüququ olmalıdır". ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun rəsmi saytında qurumun yaranma tarixi haqda məlumat Amerikanın 40-cı prezidenti Ronald Reyqanın 1982-ci ildə Britaniya parlamentindəki çıxışı zamanı dediyi bu sözlərlə başlayır. Çünki Respublikaçılar İnstitutunun yaranmasına da bu çıxış səbəb olub. R. Reyqan həmin çıxışıyla ABŞ-nin dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparanlara dəstək kursunu elan edib və 1983-cü ildə ABŞ Konqresi Reyqanın çağırışına cavab verib: dünyada demokratiyanı dəstəkləmək haqda qərar qəbul edilib. Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Demokratiyaya Milli Yardım Fondu (NED), Beynəlxalq Özəl Müəssisələr Mərkəzi (CİPE) və Amerika Beynəlxalq Əmək Həmrəyliyi Mərkəzi (ACİLS) kimi qurumlara həvalə olunub. Respublikaçılar İnstitutu demokratiyanı ilk olaraq Latın Amerikasına yaymaq məqsədilə yaradılıb. Təşkilatın ilk ofisləri 1984-cü ildə Boliviya, Kolumbiya, Qrenada, Qvatemala və Portuqaliyada açılıb. "Soyuq müharibə"nin sonlarına doğru Respublikaçılar İnstitutu dünyada azadlıq və demokratiyanın dəstəklənməsi istiqamətində araşdırmalarını artırmağa başlayıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (ing. United States Agency for International Development; USAID) — ABŞ hökumətinin xarici yardım təşkilatı. == Tarix == USAID-in tarixi İkinci dünya müharibəsindən sonra Avropanın yenidən qurulmasına dair Marşal planından və prezident Trumen administrasiyasının Dördüncü Bənd Proqramından başlamışdır. 4 sentyabr 1961-ci ildə ABŞ Konqresinin qəbul etdiyi Xarici Yardım Aktına əsasən iqtisadi yardım proqramlarını idarə etmək üçün agentliyin yaradılmasını nəzərdə tuturdu. Həmin akta müvafiq olaraq 3 noyabr 1961-ci ildə prezident Con Kennedi USAID-in təsisi haqqında sənəd imzalamışdır. 2005-ci ildə USAID təmsilçiləri təxribatçı fəaliyyətə görə Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAID nümayəndələrinin fəaliyyətini dayandırıblar. == Əsas diqqəti == USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. Proqramları kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. ABŞ-nin əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir.
ABŞ-ın Hərbi Dəniz Akademiyası
ABŞ-nin Hərbi Dəniz Akademiyası — dünyanın ən nüfuzlu hərbi təhsil ocaqlarından biri. Hərbi dəniz məktəbi kimi 1845-ci ildə təşkil edilmiş, beş il sonra isə Hərbi Dəniz Akademiyasına çevrilmişdir. Akademiyada təhsil müddəti 4 ildir. 1976-cı ildən etibarən akademiyaya qadınlar da qəbul edilir. Akademiya şəhərciyinin sahəsi 338 akrdır. Burada 4 min kursant təhsil alır.
ABŞ-ın birinci xanımlarının siyahısı
ABŞ-nin birinci xanımı — Ağ Evin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini ABŞ prezidentinin xanımı yerinə yetirir, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Ənənəyə görə, Ağ Evin sahibəsi öz işinin yerinə yetirilməsi müddətində heç bir əmək fəaliyyəti icra etmir. Onların vəzifələri dairəsinə, həm də Ağ Evin mərasimləri haqqında qayğılar da daxildir. Birinci xanımın öz xidmət ştatı var, bura — Ağ Evin ümumi katibi, işçilərin ştatının rəhbərləri, mətbuat katibi, baş floristi və baş aşbazlar daxildir. Birinci xanımın ofisi prezident ofisinin qoludur. == ABŞ-nin birinci xanımlarının siyahısı == ao.
ABŞ-ın ibtidai icma quruluşu
ABŞ-nin tarixi Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
ABŞ-ın Tarixi Yerlərin Milli Reyestri
ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri (ing. National Register of Historic Places) — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir. "Milli Tarixi Abidə" (ing. National Historic Landmark) statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir. Reyestr 1966-cı ildən bəri aparılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#əməkdaşı-abş-ın nədir? #əməkdaşı-abş-ın sözünün mənası #əməkdaşı-abş-ın nə deməkdir? #əməkdaşı-abş-ın sözünün izahı #əməkdaşı-abş-ın sözünün yazılışı #əməkdaşı-abş-ın necə yazılır? #əməkdaşı-abş-ın sözünün düzgün yazılışı #əməkdaşı-abş-ın leksik mənası #əməkdaşı-abş-ın sözünün sinonimi #əməkdaşı-abş-ın sözünün yaxın mənalı sözlər #əməkdaşı-abş-ın sözünün əks mənası #əməkdaşı-abş-ın sözünün etimologiyası #əməkdaşı-abş-ın sözünün orfoqrafiyası #əməkdaşı-abş-ın rusca #əməkdaşı-abş-ın inglisça #əməkdaşı-abş-ın fransızca #əməkdaşı-abş-ın sözünün istifadəsi #sözlük