əməkçi sözü azərbaycan dilində

əməkçi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əməkçi • 87.7427%
  • Əməkçi • 12.0146%
  • ƏMƏKÇİ • 0.2427%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albaniya Əməkçi Gənclər İttifaqı
Albaniya Əməkçi Gənclər İttifaqı (alb. Bashkimi i Rinisë së Punës së Shqipërisë) — Albaniya Əmək Partiyasının gənclər təşkilatı. 1949-cu ildə təşkil edilmişdir. Kommunist Albaniyada əsas siyasi təşkilatlar olmuşdur və Demokratik Cəbhənin bir hissəsi idi. İttifaqın yaşı on beşdən iyirmi beşə qədər olan 200 mindən çox üzvü var idi. İttifaqı bütün pioner təşkilatlarına nəzarət etmək, gənclər arasında partiya direktivlərini yerinə yetirmək, xüsusi təsərrüfat layihələri üzərində işləmək üçün əmək dəstələrini səfərbər etmək vəzifəsi daşıyırdı. Partiya və ya dövlət aparatında karyera qurmaq istəyənlər üçün ittifaqa üzvlük ilkin şərt idi.
Afrika Əməkçilərinin Konqresi
Afrika Əməkçilərinin Konqresi (ing. African Workers' Congress) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin 1965-ci ildə Keniya Əmək Federasiyası ilə birləşməsi nəticəsində Keniya Həmkarlar İttifaqları Mərkəzi yaranmışdır. == Həmçinin bax == Keniya Əmək Federasiyası Keniya Həmkarlar İttifaqları Mərkəzi == Mənbə == Afaq HÜSEYNOVA. Keniya Həmkarlar İttifaqları Mərkəzi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 06.07.2013.
Braziliya Əməkçilərinin Mərkəzi
Braziliya Əməkçilərinin Mərkəzi (port. Central Única dos Trabalhadores) — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. == Tarixi == Mərkəz 1983-cü ildə 5 min qadın və kişinin iştirak etdiyi etiraz aksiyasındın sonra yaranıb. Həmin tətildə iştirak edənlər Braziliyada baş alıb gedən qanun pozuntularına qarşı çıxmışdılar. Etiraz aksiyasından sonra konqres keçirilir və 28 avqustda təşkilatın yaranması təsdiq olunur. Mərkəzi bəzən Braziliya işçi qrupunun mübarizə aləti kimi də adlandırırlar. 1985-ci il mərkəzin tarixində ən çətin il kimi yadda qalıb. Çünki həmin dövr Braziliyada daxili siyasi qarşıdurmalar və vətəndaş müharibəsi baş qaldırmışdı. Belə halda cəmiyyəti vahid şəkildə əldə saxlamaq və insanlar arasında demokratiyanı tənzimləmək çox çətin idi.
Finlandiya Əməkçilərinin Konfederasiyası
Finlandiya Əməkçilərinin Konfederasiyası (fin Toimihenkilökeskusjärjestö, isv. Tjänstemannacentralorganisationen) — Finlandiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Helsinki şəhərində yerləşir. == Tarixi == Konfederasiyanın iki yaranma tarixi var:Birinci dəfə 1946-cı ildə yaranıb. Təşkilat uzun illər fəaliyyət göstərsə də, bir o qədər də nüfuza sahib ola bilməyib və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyəti həm də İkinci dünya müharibəsindən sonra ölkədə iqtisadi, siyasi və sosial sahələrdə yaşanan çətinliklərlə əlaqələndirirdilər.İkinci dəfə isə 1993-cü ildə bir qrup Finlandiya əməkçisi bir araya gələrək təşkilatı yenidən yaradıblar. == Tərkibi == İlk dövrdə Konfederasiyaya yalnız qeyri-formal iqtisadiyyatda çalışanlar və muzdlu işçilər üzv idi. Zaman keçdikcə bir-birinin ardınca digər sektorlarda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları da konfederasiyanın tabeçiliyinə keçirlər. Hazırda 650 min üzvü olan və 18 təşkilatı özündə cəmləşdirən təşkilat ölkədə fəaliyyət göstərən üç ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatından biridir. Konfederasiyanın sıralarında qadınlar çoxluq təşkil edir.
Əməkçilərin Müstəqil Federasiyası
Əməkçilərin Müstəqil Federasiyası (ing. Federation of Free Workers) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Manila şəhərində yerləşir. == Tarixi == === İlkin dövr === XX əsrin ortalarında Filippində hüquqlarının müdafiə olunmasına ehtiyac duyan bir qrup gənc idealist ölkənin əmək qanunvericiliyi əsasında öz hüquqlarını qorumaq üçün birləşir. Səbəbsiz işdən ixtisar olunma, əməkhaqqının yaşayış minimumuna cavab verməməsi, sosial təminatın mövcud olmaması, iş yerlərində ayrı-seçkiliyin hökm sürməsi işçiləri onları müdafiə edə biləcək bir qüvvənin yaradılmasına gətirib çıxardır. Nəticədə 19 iyun 1950-ci ildə Əməkçilərin Müstəqil Federasiyası fəaliyyətə başlayır. Qurumun ilk prezidenti vəzifəsinə Ramon Maqsaysay seçilir. === Mövcud vəziyyəti === Hazırda ƏMF Filippinin ən iri təşkilatlarından biridir. Federasiya aparılan üçtərəfli danışıqlarda aktiv və aparıcı rol oynayır. Sosial və əmək dialoqlarının gedişində prinsipial mövqe tutur, ölkə həmkarlar ittifaqını milli, regional və beynəlxalq səviyyədə təmsil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.72 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •• 0.67
2005 •••••• 2.02
2006 •••••• 2.03
2007 ••••••••• 3.17
2008 •••••••• 2.68
2009 •••••••••••••••••••• 7.20
2010 •••••••• 2.54
2011 •••••••••••• 4.12
2012 ••••• 1.55
2013 ••••• 1.60
2014 ••••• 1.54
2015 ••••••••••••••••••• 6.80
2016 ••••••••••• 3.64
2017 •••• 1.30
2018 •• 0.60
2019 ••••••••••• 3.89
2020 ••• 0.80

əməkçi sözünün leksik mənası və izahı

  • 1 sif. Öz əlinin zəhməti ilə dolanan, öz əməyi ilə yaşayan, zəhmətkeş. Əməkçi bəşəriyyət. – Haydı, əməkçi qız, gəl məni dinlə. M.Müşfiq. Əməkçi insanlar daim qardaşdır; Bir məslək uğrunda onlar sirdaşdır. Z.Xəlil. // İs. mənasında. Kənd və şəhər əməkçiləri. – [Almaz:] Yoldaşlar, bizim çalışdığımız kəndin əməkçiləri üçündür. C.Cabbarlı. Hər bir zaman əməkçilər çəkdi cəfamı. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / əməkçi

əməkçi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ƏMƏKÇİ (öz əməyi ilə dolanan) Oldu döyüşlərin yaxın köməkçiləri; Böyük Vətən hərbində Bakı əməkçiləri (S.Rüstəm); ZƏHMƏTKEŞ Bununla belə o, zəhmətkeş adam idi (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əməkçi

əməkçi sözünün antonimləri (əks mənalı sözlər)

əməkçi sözünün rus dilinə tərcüməsi

əməkçi sözünün inglis dilinə tərcüməsi

əməkçi sözünün fransız dilinə tərcüməsi

əməkçi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. кӀвалахзавай, вичин зегьметдалди кьил хуьзвай (яшамиш жезвай), зегьметкеш; 2. сущ. кӀвалахдар, зегьметчи, зегьметкеш.

    Azərbaycanca-ləzgicə lüğəti / əməkçi

"əməkçi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əməkçi nədir? #əməkçi sözünün mənası #əməkçi nə deməkdir? #əməkçi sözünün izahı #əməkçi sözünün yazılışı #əməkçi necə yazılır? #əməkçi sözünün düzgün yazılışı #əməkçi leksik mənası #əməkçi sözünün sinonimi #əməkçi sözünün yaxın mənalı sözlər #əməkçi sözünün əks mənası #əməkçi sözünün etimologiyası #əməkçi sözünün orfoqrafiyası #əməkçi rusca #əməkçi inglisça #əməkçi fransızca #əməkçi sözünün istifadəsi #sözlük