* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Sözün əsli əbəköməkcidir.Əbə - göbək nənəsidir, köməc isə dərman otunun adıdır. Uşağı tutan qadın həmin otla göbəyi müalicə edib. Adı da buradandır. Göbəkotu da deyirlər. Göy qurşağı yerinə də əbəm qurşağı (nənə qurşağı) deyilən vaxtlar olub. Qaqauz dilində əməköməci yerinə qul Fatma (Fatma gülü) deyirlər. Fatma elə “göbək nənəsi” deməkdir. Əbəm (əbə) sözü “göbək nənəsi” (akuşerka) mənasında cənub dialektlərində (Masallı və s.) indi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əməköməci