ən-Naxçıvani sözü azərbaycan dilində

ən-Naxçıvani

Yazılış

  • ən-Naxçıvani • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naxçıvani
Naxçıvani — təxəllüs.Sinonimi Nəşəvi Bu təxəllüsü olan tanınmışlarNəcməddin Naxçıvani - XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. İbrahim Zeynalabdin oğlu Naxçıvani Kəmaləddin Naxçıvani Əcəmi Naxçıvani - XII əsr Azərbaycan memar Əmirəddin Məsud Naxçıvani - XII əsr Azərbaycan memar Hinduşah Naxçıvani - XIII əsr tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi Əkmələddin Naxçıvani - XIII əsr həkimi. Əhməd Naxçıvani - XIII əsr Azərbaycan memar Nemətullah Naxçıvani Molla Məhəmməd Naxçıvani Böyük xan Naxçıvani Əli Əkbər Naxçıvani Əli Naxçıvani Behiyyə Naxçıvani Movlana Naxçıvaninin qızılbaş olaraq məşhur olan tayfanın əhvalı risaləsi. Yazılış tarixi m. 1505.
Behiyyə Naxçıvani
Behiyyə Naxçıvani (24 fevral 1948, İran) — Uqandada böyüyən və Birləşmiş Krallıq və ABŞ-də təhsil alan İranlı Bəhai dinin ardıcılı olan yazıçıdır. İndi dərs dediyi Fransada yaşayır.Belçikada Avropa və Amerika ədəbiyyatını tədris etmiş, sonradan Fransaya getmişdir. 2007-ci ildə Behiyyə Naxçıvani Lyej Universitetindən fəxri doktorluq dərəcəsi qəbul etmişdir. Onun kitabları dünyanın bir çox dillərə tərcümə olunmuşdur. == Həyatı == 1948-ci ildə İranda dünyaya gəlmiş, Uqandada böyümüş və Böyük Britaniyada təhsil almışdır. == Ailəsi == Behiyyə Naxçıvaninin atası Əli Naxçıvani dünyaca məşhur Bəhailərdən biridir. Əli Naxçıvanı 1919-cu ildə Şüvəlanda anadan olmuşdur. O anadan olan ərəfədə atası Əli Əkbər Naxçıvani vəfat etmişdir. Bundan sonra fələstinli Bəhai olan anası onu Fələstinə gətirmiş və o, burada təhsil almışdır. 1951-ci ildə isə, yəni Behiyyə dünyaya gəldikdən 3 il sonra Bəhailiyi yaymaq üçün Uqandaya getmişdir.
Böyükxan Naxçıvani
Böyükxan Naxçıvani və ya Böyükxan Naxçıvanlı (doğum adı: Nəzərəli xan Abbasqulu xan oğlu Naxçıvanlı; 2 aprel 1871, Naxçıvan – 1942, Təbriz) — Naxçıvan teatrının təşkilatçılarından biri. Böyükxan Naxçıvani Naxçıvan teatrın uzun müddət baş rolları oynamışdır. Böyükxan sonralar köçüb Təbrizə getmiş, orada "Şirü Xurşid" cəmiyyətində işləmiş və şəhərin teatr həyatında fəal iştirak etmişdir.
Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. == Həyatı == Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur. İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur.
Həsən Naxçıvani
Həsən Naxçıvani (tam adı: Şeyx Həsən Səlahəddin Naxçıvani Bulqari;1206, Naxçıvan – 1298, Təbriz) — alim və mütəfəkkir == Həyatı == Həsən Naxçıvani 1206-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Geniş biliyə malik şəxsiyyət olmuşdur. 15 yaşında ikən atasını itirmiş, ailəsi ilə birlikdə Xoy şəhərinə köçmüşdür. Atası Xacə Ömər bəzi məlumatlara görə varlı tacir, bəzi məlumatlara görə isə irfan əhli idi. Onun məzarının Cənubi Azərbaycanda, Xoy şəhəri kənarında olduğunu yazırlar. 23 yaşında monqollarun Xoya hücumu zamanı əsir düşən Həsən ömrünün yeddi ilini qürbətdə əsarətdə keçirib. Monqollar onu Volqa çayının şimalında yerləşən torpaqlara – Bulğar ölkəsinə aparıblar. O, doqquz il (bəzi məlumatlara görə hətta 30 il) bulğarların arasında yaşayır. Bulğarlar türk əsilli qədim Bulğar xanlığının varisləri idi. Şeyx Həsən bulğarların arasında uzun müddət yaşadığı üçün "Bulğari" kimi tanınıb.
Kamaləddin Naxçıvani
Kamaləddin Naxçıvani (azərb. ‎Əbu-L Fədail Məhəmməd ibn Əbu-L Fədail ən-Naxçıvani}}) — məşhur həkim, sufi. == Həyatı == 13-cü əsrdə yaşayıb. Tibb sahəsində, xüsusilə müayinə və müalicə üzrə zəngin biliyi ilə fərqlənirdi. Azərbaycanın Əhər şəhərində dövrünün məşhur sufi filosofu şeyx Qütbəddin əl-Əhərinin yanında təhsil almış və ixtisasını təkmilləşdirmişdir. Kamaləddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvati 1260-ci ildə Əhərdə onunla birlikdə xidmətdə olduğunu,Qütbəddin əl-Əhərinin zaviyəsində yaşadığını qeyd etmişdir. İbn əl Fuvati Kamaləddin Naxçıvaninin həkimlik qabiliyyəti ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirmişdir.
Mühyiəddin Naxçıvani
Mühyiəddin Naxçıvani (tam adı: Əbu Abdulla Məhəmməd ibn Abdullah ibn Əhməd ən-Naxçıvani) — fəqih (hüquqşünas; XIII əsr-XIV əsrlər). == Həyatı == Əsli Tusdandır. Yaxın adamlarına bağlı və onların bütün işlərinə yardımçı olmuşdur.Mühyiəddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl-Fəvati 1305-1306-cı ildə onu Arranda gördüyünü, şəfiilərlə yaxınlığını xüsusi qeyd etmişdir. Şeyxlər nəslinə mənsub idi. Naxçıvanda əsaslı mövqeyə və var-dövlətə malik olmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. -333-334.
Məhəmməd Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. == Həyatı == Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur. İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur.
Naxçıvani (Xocalı)
Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rasmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır.Kəndin adı XVIII əsrin ortalarına aid mənbədə Yuxarı Qarabağın Çelabert nahiyəsində Naxçıvanik kimidir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Naxçıvanlı kəndinin əhalisinin sayı 211 nəfər təşkil edirdi.
Nemətullah Naxçıvani
Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani; 1452, Naxçıvan – 1514, Türkiyə) — Mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır. == Həyatı == Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır. 1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür. Sultan Bəyazidin zamanında (1481-1512) Anadoluya getmiş, Karaman vilayətinin Akşehir şəhərində yaşamış, şöhrət tapmışdır. Akşehirlilər arasında Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Akşehirdə uzun illər elmə xidmət etmiş və çox sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
Nəcməddin Naxçıvani
Nəcməddin Naxçıvani (Naxçıvan – 1253) — XIII əsrdə yaşamış Azərbaycan mütəfəkkiri. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır. == Həyatı == Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani təhsilini Naxçıvan şəhərində alıb, elmin bir sıra sahələrini mükəmmməl öyrənib.Orta əsr mənbələrində Nəcməddin Naxçıvaninin həyatı və dünyagörüşünə dair son dərəcə qısa, lakin mühüm məlumat verilib, İbn əl-İbrinin "Dövlətlərin müxtəsər tarixi" ("Müxtəsər tarix əd-düvəl") kitabını bu baxımdan qiymətli mənbə hesab edilir. Nəsirəddin Tusinin şagirdlərindən olmuş Qriqori Əbül-Fərəc İbn əl-İbri Nəcməddin Naxçıvanini böyük fəzilət sahibi, dəqiq elmlərin dərin bilicisi olduğunu yazmışdır. İbn əl-İbri mütəfəkkirin öz vətənində fəlsəfə ilə məşğul olduğunu, ölkələri səyahətə çıxdığını, axırda Kiçik Asiyaya daxil olaraq, böyük mənsəblər tutduğunu göstərmişdir. Müəyyən səbəblər üzündən o, buradan Suriyaya getməli olmuşdur.Nəcməddin Naxçıvani Hələb şəhərində ömrünün son çağlarında guşənişin olmuş, evdən heç yerə çıxmır, dostları ona baş çəkirmiş. Filosofun 1253-cü ildən sonra vəfat etdiyini yazırlar.Məzarı Suriyanın Hələb şəhərindədir. == Yaradıcılığı == Nəcməddin Naxçıvaninin elmi və fəlsəfi yaradıcılığı orta əsr müəllifləri tərəfindən yüksək qiymətləndirilib.Nəcməddin Naxçıvani İbn Sinanın çoxcildlik "əl-Qanun" və "Göstərişlər və təlimatlar" əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Həmin şərhlərdə o, hətta böyük alimi bir çox məsələlərdə tənqid də etmişdir. "Nəqd qəvaid-ül-işarat və kəşf təmvih əş-Şifa və ən - Nicat" (""Göstərişlər"dəki qaydaların pozulması və "Şifa" və "Nicat" üzərindən pərdələrin götürülməsi") adı altında toplanmış bu şərhlər orta əsrlərdə filosof və alimlər arasında şöhrət tapmışdı.
Nəsrəddin Naxçıvani
Nəsrəddin Naxçıvani (v. 1288) — Qutluğşah ibn Səncər ibn Abdulla əs-Sahibi ən-Naxçıvani (V-1288) — alim, filosof, müşrif, dövlət xadimi. == Həyatı == Görkəmli alimlər ailəsinin nümayəndəsidir. Məşhur ərəb alimi və biblioqrafı ibn ibn əl- Fuvatinin məlumatına görə Nəsrəddin Naxçıvani 1277-ci ildə Vasit mahalında sədr müavini təyin olunub. 1286-ci ildə İraqa müşrif ( vilayət müfəttişi ) təyi olunub. Burada itaətsizlik göstərərək 1288-ci ildə vəzifəsindən kənarlaşdırılmışdır. 1288-ci ildə İraq müşrifi Sədədövlət Məsud əl-Yəhudi əl-Məşiri tərəfindən öldürülmüşdür. Salman əl Farsi ziyarətgahında məqbərədə dəfn olunub. Fəlsəfəyə dair qiymətli əsəri miras qalmışdır. Mənbələrin verdiyi məlumata görə Nəsrəddin Naxçıvani Vasit mahalında Cəfər çayı sahilindəki əl-Məmun şəhərçiyində mədrəsə və Mədaində ribat (qonaq evi,karvansara) tikdirmişdir.
Osman Naxçıvani
Osman Salman oğlu Naxçıvani — (?-?) rəssam-nəqqaş. Orta əsrlərdə yaşayıb-yaratmış Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Bədii metal ustası kimi incə naxışlı zərif mis qablar hazırlamaqla tanınmışdır. Ona məxsus nəfis Naxçıvan bürünc dolçası Beyləqandan tapılmışdır. Parisin məşhur Luvr muzeyində mühafizə olunur. Hündürlüyü 22 sm olan orijinal formalı həmin dolça oyma naxışlarla, gümüşlə işlənərək təsvirlərlə bəzə- dilmiş, üzərində düzəldilmə tarixi (1190) və ustamn adı həkk edilmişdir.
Seyfəddövlə Naxçıvani
Seyfəddövlə Naxçıvani (tam adı:Əmir Mahmud ibn Səncər ibn Abdullah ən-Naxçıvani) — dövlət xadimi == Həyatı == Tanınmış alimlər ailəsinə mənsub mənsub olub,Elxanilər dövründə (XIII əsr-XIV əsrlər) dövlət vəzifələrində çalışmışdır. Sahib divan Cüveyninin oğlu Bəhaəddin Cüveyni tərəfindən Kaşan şəhərinə hakim göndərilmiş, qardaşı Hinduşah Naxçıvanini 1275-ci ildə öz naibi təyin etmişdir.Naxçıvanin Hindişah və onun oğlu Məhəmməd Naxçıvanilərin inkişafında, elmə yiyələnmələrində mövqeyi yüksək olmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-437. ISBN 5-8066-1468-9.
Səncər Naxçıvani
Səncər Naxçıvani (tam adı: Səncər ibn Abdullah) — elm,mədəniyyət və dövlət idarəçiliyində fərqlənən görkəmli şəxsiyyətlər yetirmiş ailə başçısı == Həyatı == Oğlanları Nəsirəddin Qutluğşah, Fəxrəddin Hinduşah, İzəddin Dövlətşah, Hüsaməddin Toğanşah, nəvəsi Məhəmməd inb Hinduşah, nəticəsi Kamaləddin ibn Məhəmməd elmin müxtəlif sahələrində tanınmış, dövlət idarəsinin ayrı-ayrı sahələrində çalışmışdır. Övladları görkəmli alim, dövlət xadimi Əlaəddin Ətaməlik Cüveyninin şərəfinə "əs- Sahibi" (dövlət aparatında yüksək vəzifə tutan şəxs) nisbəsi qəbul etmişdir. Orta əsrlərdə Sahib ləqəbi isə dövlət aparatında işləyən yüksək vəzifəli şəxslərə verilirdi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-437-438. ISBN 5-8066-1468-9.
İzzəddin Naxçıvani
İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan – 1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı. == Həyatı == Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır. === Vəfatı === 1300-cu ildə vəfat edib.
Əcəmi Naxçıvani
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. == Həyatı və yaradıcılığı == XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır.
Əhməd Naxçıvani
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani — orta əsr Azərbaycan memarı. Naxçıvan-Marağa memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Əhməd Naxçıvaninin dövrümüzə iki əsəri gəlib çatmışdır. Onlardan biri "Nüşabə qalası" kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə, Qudi xatunun şərəfinə inşa edilmiş, Qarabağlar türbə kompleksidir (XIV əsrin 30 – cu illəri). Qarabağlar türbəsinin şimal tərəfindəki baştağın tünd bənövşəyi rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını yazmışdır. Binanın kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi, həndəsi və yarımhəndəsi quruluşu. Çoxrəngli kaşı ornamentlərin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə edilməsi Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvidir. Ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənən Axsadan baba türbəsinin (Bərdə şəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir.
Əkmələddin Naxçıvani
Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib (ö. 1302–ci ildən sonra) — XIII əsr həkimi. == Həyatı == Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar. Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.
Əli Naxçıvani
Əli Naxçıvani (19 sentyabr 1919, Bakı – 11 oktyabr 2019) — tanınmış bəhai, 1963–2003-cü illərdə Bəhai dininin əsas idarəedici mərkəzi olan Ümumdünya Ədalət Evində Ali Orqanın üzvü kimi fəaliyyət göstərmişdir. Əli Naxçıvani hər beş ildən bir keçirilən beynəlxalq səviyyəli seçkilərdə seçilərək, ümumilikdə səkkiz dönəm Ali Orqana üzv seçilmişdir. Ədalət Evinin üzvü kimi o 40 il xidmət etmişdir. 2003-cü ildə, 84 yaşında, Ümumdünya Ədalət Evinin razılığı ilə üzvlükdən istefa verib. == Həyatı == Əli Naxçıvani Bakının Şüvəlan kəndində 1919-cu ildə Bəhai ailəsində anadan olmuşdur. Əli Naxçıvaninin doğum tarixinin 1919-cu il olması həmin dövrdə ölkədəki qeyri-stabil ictimai, siyasi vəziyyət səbəbindən tam dəqiqləşdirilə bilməmişdir. Atası Mirzə Əli Əkbər Naxçıvani Əli doğulan zaman dünyasını dəyişmişdi. Fələstində yaşayan bəhai ailənin övladı olan anası, ərinin ölümündən sonra böyük oğlu Cəlal və kiçik oğlu Əli ilə birlikdə Fələstinə köçmüşdür. 1922-ci ildə Bəhai dinin mərkəzlərindən olan Hayfa şəhərinə köçən ailə burada yaşamağa başlayır. Əli Naxçıvani Hayfada olduğu dönəmdə Bəhai dinin ruhani və inzibati qaydaları ilə daha yaxından tanış olmaq imkanı qazanmışdır.
Ən-Nasir
Əl-Nasir Lidinallah (6 avqust 1158 – 5 oktyabr 1225) — 1180-ci ildən 1225-ci ilədək hakimiyyətdə olan 34-cü Abbasi xəlifəsidir. Onun ləqəbinin mənası Allahın dinini müdafiə edən deməkdir. Digər Abbasi xəlifələrindən fərqli olaraq əl-Nasir hakimiyyətini hərbi yolla möhkəmləndirmədi. Xəlifə hakimiyyətini möhkəmləndirmək və müharibələr aparmaq özünü qədim Abbasi hakimləri kimi aparırdı. Bu yolla də rahatlıqla Abbasilərin keçmiş torpaqlarına hərbi yürüşləri qanuniləşdirirdi və ona aid olmayan torpaqları iqta kimi paylayırdı. Hakimiyyəti dövründə müxtəlif aralıqlarla Abbasi xilafətinin sərhədləri Mesopatamiyanın dərinliklərinə və İranın cənub sərhədlərinə qədər uzanmışdı.47 illik hakimiyyəti dövründə dövləti möhkəmləndirmək üçün korrupsiya halları ilə mübarizə aparmış, Bağdadda sülhü bərqərar edə bilmişdi. Ən-Nasir sonuncu ən güclü Abbasi xəlifəsi sayılır. Dövründə Bağdadda mədrəsələr açılmışdır. Lakin öz dövlətinin möhkəmlənməsi və digər hakimlərin zəifləməsi üçün monqolları Azərbaycan və Xarəzm hökmdarları üzərinə hücuma dəvət etmişdir. == Hakimiyyəti == Ən-Nasir xəlifə əl-Müstədinin türk qızı Zümrüddən olan oğlu idi.
Ən-Nur
Ən-Nur (ər. النور) — Allahın adlarından biri. Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Ən-Nəfi
Ən-Nəfi (ər. النافع) — Allahın adlarından biri.
Böyük xan Naxçıvani
Naxçıvani Böyük xan (2 fevral 1871, Naxçıvan - ?) - teatr xadimi, aktyor və rejissor. == Həyatı == XX əsrin əvvəllərində Naxçıvan teatrında rejissor və aktyor olmuşdur. 1919-cu ildə bu teatrın Təbrizə qastrol səfərini təşkil etmiş və böyük uğur qazanmışdır. Sonralar Cənubi Azərbaycanda fəaliyyət göstərmiş, Təbriz teatrının əsasını qoymuşdur. "Molla Nəsrəddin" jurnalının Təbrizdə nəşr edildiyi dövr də Cəlil Məmmədquluzadənin yaxın məsləhətçilərindən olmuş, onun "Ölülər" tragikomediyasının Təbriz tamaşasında Kefli İskəndər rolunu oynamışdır.
Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu – 1927, Naxçıvan rayonu, Naxçıvan MSSR) — şair. == Həyatı == İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir. == Fəaliyyəti == Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#ən-naxçıvani nədir? #ən-naxçıvani sözünün mənası #ən-naxçıvani nə deməkdir? #ən-naxçıvani sözünün izahı #ən-naxçıvani sözünün yazılışı #ən-naxçıvani necə yazılır? #ən-naxçıvani sözünün düzgün yazılışı #ən-naxçıvani leksik mənası #ən-naxçıvani sözünün sinonimi #ən-naxçıvani sözünün yaxın mənalı sözlər #ən-naxçıvani sözünün əks mənası #ən-naxçıvani sözünün etimologiyası #ən-naxçıvani sözünün orfoqrafiyası #ən-naxçıvani rusca #ən-naxçıvani inglisça #ən-naxçıvani fransızca #ən-naxçıvani sözünün istifadəsi #sözlük