Ən-Nəcəf sözü azərbaycan dilində

Ən-Nəcəf

Yazılış

  • Ən-Nəcəf • 74.0741%
  • ən-Nəcəf • 25.9259%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəcəf
Nəcəf (ərəb. النجف‎) — İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir. Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə Həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük günbəz tikilmiş və qala (Məşhəddi-Əli) ucaldılmışdır. Nəcəf şiələrin böyük fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir. Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.
Aşıq Nəcəf
Aşıq Nəcəf Daşkəndli
Nəcəf (el)
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Nəcəf Hüseynov
Nəcəf Hüseynov (aşıq) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. Nəcəf Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nəcəf Həsənov
Nəcəf Həsənov – (20 sentyabr 1976; Güznüt, Naxçıvan MSSR - 8 sentyabr 1996; Qanlıgöl, Naxçıvan MSSR) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Nəcəf Hüseyn oğlu Həsənov 1976-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Babək rayon Güznüt kəndində anadan olub. 1982 ci ildə Çeşməbasar kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1993-cü ildə orta məktəbi bitirib. Güznüt kənd orta məktəbi Şəhid Nəcəf Həsənovun adını daşıyır. == Xidmət illəri == Nəcəf Həsənov 8 sentyabr 1996-cı ildə Cəbhədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən təxribatı nəticəsində şəhid olmuşdur.
Nəcəf Murquzov
Nəcəf İsmayıl oğlu Murquzov — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Gəncə Dövlət Pedaqoji İnstitutunun "Riyaziyyatın tədrisi metodikası" kafedrasının müdiri (1978–1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisasında respublikanın qərb bölgəsi üzrə ilk professor olmuşdur. Gəncə şəhəri üzrə Gənc riyaziyyatçılar məktəbinin ilk yaradıcılarından biri olmuş və həmin məktəbin rəhbəri kimi uzun müddət fəaliyyət göstərmişdir. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və digər medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür. Mirzəli Murquzovun qardaşıdır. == Həyatı və elmi-pedaqoji fəaliyyəti == Nəcəf İsmayıl oğlu Murquzov 1930-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd məktəbini bitirmişdir. 1949-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.1954–1959-cu illərdə Zaqatala rayonunun Muxax kənd orta məktəbində, Gəncə şəhərindəki 8 nömrəli məktəbdə müəllim işləmişdir. Şəhər 19 saylı internat məktəbində müəllim, 5 nömrəli internat məktəbində (Gəncə) təlim-tərbiyə işləri üzrə direktor müavini (1962–1971) vəzifələrində çalışmışdır. Gəncə dövlət Pedaqoji İnstitutunun Riyaziyyatın tədrisi metodikası kafedrasında müəllim (1971–1976), baş müəllim (1976–1978) və kafedra müdiri (1978–1995) vəzifələrində çalışmışdır.
Nəcəf Müseyibli
Nəcəf Müseyibli — Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix elmləri doktoru, professor. == Həyatı == Müseyibli Nəcəf Ələsgər oğlu 1964-cü il avqustun 2-də Naxçıvan MR-nın Sədərək kəndində doğulub. 1 №-li Sədərək orta məktəbini bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1983–1985-ci illərdə hərbi xidmətdə olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyir. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (mövzu: "Azərbaycanın qayaüstü işarə və damğaları (Qobustan və Gəmiqaya abidələrinin materialları əsasında)"), 2016-cı ildə isə elmlər doktoru dissertasiyasını (mövzu: "Ön Asiya-Qafqaz xalkolitində Leylatəpə mədəniyyəti") müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 oktyabr 2019-cu il tarixli qərarı ilə "Arxeologiya" ixtisası üzrə professor elmi adını almışdır. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
Nəcəf Nəcəfov
Nəcəf Nəcəfov (jurnalist) — Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri. Nəcəf Nəcəfov (seleksiyaçı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu. == Həyatı == Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur. 19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı.
Nəcəf Qəhrəmanov
Nəcəf Qəhrəmanov (tam adı: Nəcəf Tofiq oğlu Qəhrəmanov; 25 yanvar 1946, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Qəhrəmanov Nəcəf Tofiq oğlu 25 yanvar 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Bakı şəhərinin 189 saylı orta məktəbini, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini «Plastik kütlələrin emalı texnologiyası» ixtisası üzrə bitirərək Ümumittifaq Elmi-Tədqiqat «Olefinlər» institutunun polimer emalı laboratoriyasına işə qəbul olunmuşdur. N.T.Qəhrəmanov həmin institutda «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə əyani aspiranturada təhsil almış və 1975-ci ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. Dissertasiyada polietilenə heterogen şəraitdə calaq olunmuş poliakrilonitrilin sopolimerləşmə mexanizmi göstərilmişdir. İlk dəfə olaraq, calaq sopolimerləşmə prosesi polietilenin müxtəlif molekul kütləsi olan monomolekulyar fraksiyalar üzərində aparılmışdır. 1983-1989-cu illərdə “Kompozisiya materiallarının kimyəvi modifikasiyası” sektoruna, 1989-1994-ci illərdə isə “Polimerlərin kimyəvi modifikasiyası” laboratoriyasına rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Orta təzyiqli polietilenin quruluş və xassələri haqqında dəqiq məlumat almaq məqsədilə ilk dəfə olaraq polietilenin ifrat dar fraksiyası səviyyəsində (molekul kütləsi 3000-dən 1.000.000 qədər) nümunələrin tərkibi, quruluşu, fiziki-kimyəvi və fiziki-mexaniki xassələri tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq polietilenin quruluş və xassələri arasında qarşılıqlı əlaqənin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və alınan nəticələrin ətraflı nəzəri təsviri vermişdir. N.T.Qəhrəmanov tərəfindən oksidləşmənin və UB-şualanmanın polimerlərin qocalma prosesinə təsiri istiqamətində aparılmış elmi-tədqiqat işləri nətiəsində sübut edilmişdir ki, qocalma prosesi polimerlərin molekul kütləsinin paylanmasına böyük təsir göstərir və kövrəkliyin artmasına səbəb olur.
Nəcəf Rasim
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. == Həyatı == Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. === Təhsili === İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. == Yaradıcılığı == 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəcəf Talıbov
Nəcəf Musa oğlu Talıbov (16 dekabr 1956, Qazax) — Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı. == Həyatı == Nəcəf Talıbov 1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur. Əslən rayonun Ağköynək kəndindəndir. 1974-cü ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra 1978-1980-ci illərdə hərbi xidmət etmişdir. 1990-1994-cü illərdə Qazax rayonunun müdafiəsində hərbi əməliyyatlarda iştirak etmişdir. == Fəaliyyəti == Xalq təsərrüfatının müxtəlif sahələrində baş mühasib və dövlət idarəetmə orqanlarında məsul vəzifələrdə çalışmışdır (1980-1999). 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
Nəcəf mühafazası
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Nəcəf mühafəzası
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Nəcəf mühafəzəsi
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Nəcəf Şikarov
Nəcəf Şikar oğlu Şikarov (24 yanvar 1985; Şamaxı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992–1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam orta məktəbində, 1999–2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002–2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. == Həyatı == Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Rövşən Nəcəf
Rövşən Çingiz oğlu Nəcəf (9 aprel 1982, Bakı) – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (fevral–iyul 2022), Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini (2020–2021), Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini (2020–2021), 3-cü dərəcəli dövlət müşaviri, Neftçidə Müşahidə Şurasının sədri. == Həyatı və təhsili == Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirmişdir. 2007–2008-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlamışdır. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == 2001-ci il – Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində çalışıb. 2003–2007-ci illər – Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb. 2008–2009-cu illər – SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009–2010-cu illər – İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
İlqar Nəcəf
İlqar Nəcəf (2 mart 1975, Ararat rayonu) — Azərbaycan kinorejissoru, kinossenarist. == Həyatı == İlqar Nəcəf 2 mart 1975-ci ildə Ermənistan SSR-in Ararat rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən oranı tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993–1997). 2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq "Avanti" layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. 2005-ci ildə "Buta Film" kino şirkətini təsis edib.. Ailəlidir. 4 övladı var.
Əkbər Nəcəf
Əkbər Nəcəf (1975) — tarixçi, tədqiqatçı, tərcüməçi. == Həyatı == Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonu Astanlı kənd orta məktəbini 1992-ci ildə bitirdikdən sonra 1993-cü ildə Türkiyənin Ankara Universiteti Türk Dili fakültəsindən, 2008-ci ildə isə Türkiyənin Mərmərə Universiteti (İstanbul) Tarix fakultəsindən məzun olmuşdur. Hazırda AMAA (Azərbaycan Milli Araşdırmalar Assosasiyası) tarih araşdırmalarına rəhbərlik edir. == Elmi əsərləri == Xəzər ötəsi türkmənləri (türk dilində). İstanbul 2004, Kaknüs nəşriyyatı; Qaraxanlılar (türk dilində). İstanbul 2005, Selenge nəşriyyatı; Şah İsmail Xətai Külliyatı (türk dilində). İstanbul 2006, Kaknüs nəşriyyatı (Babek Cavanşirlə birlikdə); Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər). Bakı 2010 (Azərbaycan dilində); İnanc yaddaşı (Köklər və tarixlər), Bakı, Qanun-İzmedia, 2013. Hun minilliyi (b.e.ə IV - b.e.
Aşıq Nəcəf Ağkilsəli
Aşıq Nəcəf (1900, Ağkilsə, Yeni Bəyazid qəzası – 1968, Ağkilsə, Basarkeçər rayonu) — Göyçə aşığı == Həyatı == Aşıq Nəcəf 1900-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Nəcəf məşhur Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur. Nəcəf 7–8 yaşına çatanda atası onu kəndlərində olan mollaxanaya qoyur. Burada yazı-pozu öyrənən Nəcəf saza böyük maraq göstərirdi. O, əmisinin evində keçirilən saz-söz məclislərinin daimi iştirakçısı olur. Nəcəf 17 yaşına çatanda, atası vəfat edir, ailənin bütün qayğıları onun üzərinə düşür. Erməni-müsəlman münaqişəsi ilə əlaqədar ailəsi ilə Kəlbəcərə köçür. 1921-ci ilə qədər orada yaşayır, sonra doğma yurduna qayıdır. Bir müddət sonra aşıqlıq etmək həvəsinə düşür. Xüsusi bir ustad aşığa qulluq etməsə də, Nəcəf bu sənətə yiyələndi və xalq arasında bir aşıq kimi tanındı.
Aşıq Nəcəf Daşkəndli
Aşıq Nəcəf (1876, Daşkənd, Yeni Bəyazid qəzası – 5 fevral 1919, Göyçə mahalı, Yeni Bəyazid qəzası) — Ustad aşıq, şair. Aşıq Ələsgərin şəyirdi. == Həyatı == Nəcəf Allahverdi oğlu 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, cüsəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış. Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Dədə Ələsgərin ən çox sevdiyi şəyirdlərindən biri olmuşdur. Onun səsi Aşıq Əsədin səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.
Aşıq Nəcəf Əlimərdanlı
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdurAşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur. Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
Nəcəf Hüseynov (əsgər)
Nəcəf İlqar oğlu Hüseynov (30 sentyabr 1992, Arıqıran, Gədəbəy rayonu – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəcəf Hüseynov 1992-ci il sentyabrın 30-da Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Nəcəf Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nəcəf Hüseynov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəcəf Nəcəfov (II)
Nəcəf Abbas oğlu Nəcəfov (16 may 1930, Məsimli – 19 noyabr 2013, Bakı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis. == Həyatı == Nəcəf Nəcəfov 16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır. 1971–2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir. Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur. Qala qoyununun bərpası və çoxaldılması (1971–1975-ci illər) Qala qoyunu bazasında ("Güzdək" və "Qobu" qoyunçuluq təsərrüfatları) zərif, yarımzərif, yarımqabayunlu mələzlərin və qabayunlu ana qoyun və şişəklərin tipik məhsuldar "Qala" qoçlarla geriyə çarpazlaşdırılması və yarımqabayunlu, yağlı quyruq istiqamətində seleksiya-damazlıq işi aparmaq üçün tipik heyvanlar qrupu yaradıldı (1976–1980-ci illər); Yarımqabayunlu Qala-Abşeron cinsli qoyunların damazlıq təsərrüfatı yaradıldı (1984-cü ildə Abşeron rayonunun "Güzdək, 1987-ci ildə isə "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarında) Cinsin yaradılması sxemində nəzərdə tutulmuş işlər aparılmış, nəticələr tədqiq və təhlil edilmişdir. 1985–1990-cı illər üzrə "Güzdək" damazlıq təsərrüfatında Qala-Abşeron cinsli qoyunların perspektiv seleksiya-damazlıq planı təsdiq edildi. Müvəqqəti bonitirə təlimatı hazırlandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#ən-nəcəf nədir? #ən-nəcəf sözünün mənası #ən-nəcəf nə deməkdir? #ən-nəcəf sözünün izahı #ən-nəcəf sözünün yazılışı #ən-nəcəf necə yazılır? #ən-nəcəf sözünün düzgün yazılışı #ən-nəcəf leksik mənası #ən-nəcəf sözünün sinonimi #ən-nəcəf sözünün yaxın mənalı sözlər #ən-nəcəf sözünün əks mənası #ən-nəcəf sözünün etimologiyası #ən-nəcəf sözünün orfoqrafiyası #ən-nəcəf rusca #ən-nəcəf inglisça #ən-nəcəf fransızca #ən-nəcəf sözünün istifadəsi #sözlük