əncüməni sözü azərbaycan dilində

əncüməni

Yazılış

  • əncüməni • 62.5000%
  • Əncüməni • 37.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təbriz əncüməni
Bütün əncümənlər içində Təbriz əncüməni müstəsna yer tuturdu. Həm ilk əncümən olduğuna, həm də ən prinsipial olaraq, Məşrutəni sonacan müdafiə etdiyinə görə, Təbriz əncüməni xüsusi olaraq seçilirdi. Təbriz əncüməni bütün ölkə əncümənləri üçün örnək rolu oynayırdı. Təbriz əncümənində qəbul olunan qərarlar, onun təcrübəsi başqa əncümənlər tətəfindən dərhal öyrənilirdi və, imkan dairəsində, tətbiq edilirdi. Təbriz üsyanı (1908-1909) vaxtı, əyalət əncümənindən başqa, Təbrizdə başqa əncümənlər də vardı. Ən nüfuzlu əncümənlər bunlar idi: "Əncüməni-həqiqət","Əncüməni-qüdrət","Əncüməni-mücahid". "Əncüməni-həqiqət" Əmirxız məhəlləsində yerləşirdi və Səttarxanın orqanı idi. "Əncüməni-qüdrət" Xiyaban məhəlləsinin fədailərinin orqanı idi, ona Bağır xan başçılıq edirdi. "Əncüməni-mücahid" faktiki olaraq Təbrizin inqilabi mücahidlər klubu idi, ona Əli Müsyo başçılıq edirdi. == Qaynaq == Новая история Ирана.
Əncüməni-şüəra
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır: Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər. Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər. Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.

"əncüməni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əncüməni nədir? #əncüməni sözünün mənası #əncüməni nə deməkdir? #əncüməni sözünün izahı #əncüməni sözünün yazılışı #əncüməni necə yazılır? #əncüməni sözünün düzgün yazılışı #əncüməni leksik mənası #əncüməni sözünün sinonimi #əncüməni sözünün yaxın mənalı sözlər #əncüməni sözünün əks mənası #əncüməni sözünün etimologiyası #əncüməni sözünün orfoqrafiyası #əncüməni rusca #əncüməni inglisça #əncüməni fransızca #əncüməni sözünün istifadəsi #sözlük