Ənuşirəvan sözü azərbaycan dilində

Ənuşirəvan

Yazılış

  • Ənuşirəvan • 72.2222%
  • ƏnuşirəvaN • 11.1111%
  • ƏNUŞİRƏVAN • 11.1111%
  • ənuşirəvan • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər.
Ənuşirəvan İbrahimi
Ənuşirəvan İbrahimi — 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşı. Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may 1926-cı ildə Astara da anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün orada davam etdirib. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada təsis edilmiş Polis akademiyasında təhsil almağa başlayır. Düşmən qüvvələri qarşısında dayanmaq onlarla mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birgə gənc könüllülərdən ibarət "Babək" qrupunu təşkil edirlər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah rejimi tərəfindən hərəkatçılar eləcə də onların tərəfdarları olan minlərlə insan həbs edilir, güllələnir və ya pis havalı cənub rayonlarına sürgün edilirdilər. Məhz bu təqiblərdən qurtulmaq üçün 16 min nəfərə yaxın firqəçi Sovet Azərbaycanına mühacirət edir. Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir. Təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada "İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır.
I Xosrov Ənuşirəvan
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər dövləti – 579, Ktesifon, Sasanilər dövləti) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur. Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər.
Ənuşirəvan mirzə Qovanlı-Qacar
Ənuşirəvan mirzə Qovanlı-Qacar (d. 1833, Ərdəbil, Qacar imperiyası - ö. 1899, Təbriz, Qacar imperiyası) — Qacar şahzadəsi, diviziya generalı. Ziya əd-Dövlə və Əmir Tuman titullarına sahib olan Ənuşirəvan Mirzə həm siyasətçi olmuş, həm də qubernator vəzifələrində çalışmışdır. Ənuşirəvan Mirzə Qacar imperiyasının vəliəhdi olmuş Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu olmuşdur. Digər qardaşlarından fərqli olaraq, Azərbaycanda və ya Rusiya imperiyasında yox, Qacar torpaqlarında fəaliyyət göstərmişdir. Ənuşirəvan Mirzə 19 avqust 1833-cü il tarixində Ərdəbil bölgəsində dünyaya gəlmişdir. O, 23 oktyabr 1899-cu ildə Təbriz şəhərində apopleksiya və iflic xəstəlikləri nəticəsində vəfat etmişdir. Ənuşirəvan Abbas Mirzənin nəvəsi və şahzadə Bəhmən Mirzənin birinci oğludur. Bəhmən Mirzə Qacar Məhəmməd şah Qacar dövründə Azərbaycan vilayətinin valisi olmuşdur.

ənuşirəvan sözünün leksik mənası və izahı

"ənuşirəvan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ənuşirəvan nədir? #ənuşirəvan sözünün mənası #ənuşirəvan nə deməkdir? #ənuşirəvan sözünün izahı #ənuşirəvan sözünün yazılışı #ənuşirəvan necə yazılır? #ənuşirəvan sözünün düzgün yazılışı #ənuşirəvan leksik mənası #ənuşirəvan sözünün sinonimi #ənuşirəvan sözünün yaxın mənalı sözlər #ənuşirəvan sözünün əks mənası #ənuşirəvan sözünün etimologiyası #ənuşirəvan sözünün orfoqrafiyası #ənuşirəvan rusca #ənuşirəvan inglisça #ənuşirəvan fransızca #ənuşirəvan sözünün istifadəsi #sözlük