ərazisinin sözü azərbaycan dilində

ərazisinin

Yazılış

  • ərazisinin • 98.1041%
  • Ərazisinin • 1.8379%
  • ƏRAZİSİNİN • 0.0580%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan ərazisinin tektonik quruluşu
Azərbaycan Respublikası ərazisinin tektonik quruluşunun mürəkkəbliyi alp geotektonik mərhələsində Ərəbistan və Skif mikrotavalarının bir-birinə doğru hərəkəti və onların toqquşması ilə əlaqədar olaraq yaranmışdır. == Ərazinin əsas tektonik vahidləri == Ərazinin əsas tektonik vahidləri burada Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür, Ön Qafqaz, Cənubi və Orta Xəzər meqastrukturları ilə təmsil olunmuşdur. Böyük Qafqaz şimal-şərqdə Qusar-Dəvəçi kənar çökəkliyi ilə Siyəzən, cənubda Kür çökəkliyi ilə Alazan-Həftəran-Ələt, Kiçik Qafqaz isə həmin çökəkliklə Ön Kiçik Qafqaz tektonik çatları ilə sərhədlənir. Çatların çoxu ümumqafqaz (şimal-qərb–cənub-şərq), bir hissəsi köndələn (şimal-şərq–cənub-qərb), bəziləri isə meridional istiqamətdə uzanır və ərazini müxtəlif ölçülü bloklara ayırır. Ön Qafqaz çökəkliyi meqastrukturu Azərbaycan daxilində Qusar-Dəvəçi çökəkliyi ilə təmsil olunmuşdur. === Böyük Qafqaz meqastrukturu === Böyük Qafqaz meqastrukturuna, əsasən, mezozoy yaşlı və müxtəlif tərkibli süxurlardan təşkil olunmuş Təngi-Beşbarmaq, Sudur, Şahdağ-Xızı, Tufan, Zaqatala-Qovdağ və Vəndam tektonik zonaları daxildir. === Kür depressiyası === Kür depressiyası, əsasən, pliosen-dördüncü dövr terrigen-molass çöküntüləri ilə doldurulmuş Orta Kür, Aşağı Kür və Alazan-Həftəran vadisindən və Acınohur qırışıqlığından ibarətdir. Həmin çöküntülərin altında mezozoyun çökmə, vulkanogen-çökmə və vulkanogen süxurlarından təşkil olunmuş bir sıra gömülmüş tektonik strukturlar mövcuddur. === Kiçik Qafqaz meqastrukturu === Kiçik Qafqaz meqastrukturu ümumqafqaz istiqamətli Lök-Qarabağ, Göyçə-Həkəri, Misxana-Qafan və Orta Araz struktur-formasiya zonalarını təşkil edən Şəmkir, Murovdağ, Ağdam, Qarabağ, Dərəkənd, Laçın, Köhnətağlar, Qafan, Zəngəzur, Şərur antiklinal və Qazax, Daşkəsən, Ağcakənd, Ağdərə, Torağay, Xocavənd, Sarıbaba, Naxçıvan, Ordubad sinklinal quruluşlu strukturlardan təşkil olunmuşdur. Meqastrukturun əsas xüsusiyyətlərindən biri burada okean tipli Yer qabığının (ofiolit kompleksi süxurları) mövcudluğudur.
Azərbaycan ərazisinin dərinlik quruluşu
Geoloji qırılma — yerdəyişmədən və ya qırılma səthi boyunca süxurların yerdəyişməsi ilə süxurların davamlılığının pozulmasıdır. Ə. Ş. Şixalibəyli Qafqazın dərinlik qırılmalarını yerləşmə və inkişaf etmə vaxtına görə kənar, qaymalarası, sərhəd tiplri kimi təsnif etmişdir. Bu qırılmaların bir çoxu geofiziki məlumatların əsasında aşkarlanmış və əksəriyyətləri geoloji məlumatlarla təsdiqlənmişdir. == Mahaçqala-Krasnovodsk (Ortaxəzər) dərinlik qırılma zonaları == Qravitasiya məlumatlarına əsasən müəyyən olunmuşdur. Qafqazönündən Xəzərin akvatoriyası boyu qravitasiya anomaliyası qeyd olunmuşdur. Bu anomaliyalar Tırnauz-Xəzər-Türkmənistan qırılmalırı boyu yerləşmişlər. == Siyəzən qırılması == Şimal-şərqdə Böyük Qafqazın şimal intensiv qırışıqlıq qanadında Usuxçay boyu Şahdağ-Xızı sinklinorisinin və Tengi-Beşbarmaq antiklinorisinin şimal-qərb qanadı boyu qırılmalar keçir ki, onu ədəbiyyatda Qazmaqrız və Siyəzən üstəgəlməsi də adlandırırlar. == Başqafqaz dərinlik qırılması == Böyük Qafqazın oxu boyu dərinlik qırılmalarının iri zonası keçir. Bu zona boyu kristallik şistlərdən ibarət nüvə cənub yamacının aşağı yura yaşlı şistlərlə tektonik təmas yaradır. Yəni Qafqazın özülü kəskin yerdəyişməyə məruz qalmışdır.
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi — Avstraliyanın daxili hissəsinin avropalı müstəmləkəçilərə açılması. Bu, 1788–1900-cü illəri əhatə edən bir dövrdə baş vermişdir. == Tarixi == 1813–1817-ci illərdəki ekspedisiyalar nəticəsində Böyük Suayırıcı silsiləsinə keçilmiş, ondan qərbdəki düzənliklər kəşf olunmuşdur. İngilis səyyahları Çarlz Stört (1829–1830), Tomas Mitçell (1835–1836), Corc Qrey (1837–1839) Avstraliya çay sistemlərini və s. tədqiq etmişdir. 1840-cı ildə Polşa səyyahı Pol Edmund Stşeletski Avstraliya Alp dağlarını keçmiş və Avstraliyanın ən yüksək zirvəsi olan Kostyuşko dağını kəşf etmişdir. Avstraliyanın mərkəzi səhra rayonlarında Stört (1844–1846), Oqastes Qreqori (1855–1856 və 1858) və başqaları tədqiqat aparmışdır. 1860-cı ildə ingilis Robert Berk, ilk dəfə olaraq, Avstraliya materikini Adelaidadan Karpentariya körfəzinədək keçmişdir. 1862-ci ildə Con Stüart Mərkəzi Avstraliyada tədqiqat aparmışdır. Qərbi Avstraliyanın daxili səhra rayonlarını Con Forrest (1869, 1870, 1874), Ernest Cayls (1872–1873, 1875–1876), Piter Uorberton (1873), D. Lindsey (1801), L. Uels (1896), Devid Karnegi (1896) tədqiq etmişlər.
Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması
Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması — Azərbaycanın fiziki-coğrafi cəhətdən rayonlaşdırılması. == Ümumi məlumat == Azərbaycanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir. Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Orta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi vilayətə və 19 fiziki-coğrafi rayona bölünür. Azərbaycan Respublikası ərazisinin fiziki- coğrafi rayonlaşdırılması son 40-45 il ərzində bir sıra tədqiqatçılar (Şıxlinski, Zavriyev, 1949; Zavriyev, 1955; Gül, Müseyibov, 1958; Kərimov, 1959; Müseyibov, 1961; Qvozdetski, 1964; Müseyibov, Budaqov, Kərimov ,Şirinov 1965 və b.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 35.15 dəfə / 1 mln.
2002 ••••••••••••• 41.11
2003 •••••••••••••• 42.12
2004 ••••••••••••• 38.74
2005 •••••••• 24.29
2006 •••••••••••• 36.94
2007 •••••••••• 30.23
2008 ••••••••••• 32.16
2009 •••••••••••• 37.60
2010 •••••••• 25.42
2011 •••••••••• 29.34
2012 •••••••••• 29.77
2013 •••••• 16.34
2014 ••••••••••• 33.81
2015 •••••••••••• 37.77
2016 ••••••••••••• 40.26
2017 •••••••••••••••••••• 61.95
2018 •••••••••••••••••••• 64.13
2019 •••••••••••••• 42.70
2020 •••••••• 23.87

Oxşar sözlər

#ərazisinin nədir? #ərazisinin sözünün mənası #ərazisinin nə deməkdir? #ərazisinin sözünün izahı #ərazisinin sözünün yazılışı #ərazisinin necə yazılır? #ərazisinin sözünün düzgün yazılışı #ərazisinin leksik mənası #ərazisinin sözünün sinonimi #ərazisinin sözünün yaxın mənalı sözlər #ərazisinin sözünün əks mənası #ərazisinin sözünün etimologiyası #ərazisinin sözünün orfoqrafiyası #ərazisinin rusca #ərazisinin inglisça #ərazisinin fransızca #ərazisinin sözünün istifadəsi #sözlük