Ərkan sözü azərbaycan dilində

Ərkan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ərkan • 51.7857%
  • ərkan • 48.2143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. == Yaradılması == 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. == Fəaliyyəti == Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.45 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.97
2004 ••••••••••• 1.01
2006 ••••••• 0.68
2007 ••••••• 0.63
2008 ••• 0.24
2009 ••••• 0.48
2010 ••••••••••••••• 1.45
2011 ••• 0.26
2012 ••••• 0.43
2013 ••••• 0.44
2014 •••• 0.34
2017 •• 0.16
2019 ••• 0.28
2020 •• 0.13

ərkan sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “rükn” söz. cəmi] top. 1. Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. M.F.Axundzadə. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində İskəndər bəy dağlarda padşahlıq edirdi. Ə.Haqverdiyev. [Hacib:] Alp Arslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gələr. H.Cavid. 2. məc. dan. Ədəb qaydaları; rəsm, adət. Hər kəsin ərkanı var; Oduna gedənin örkəni. (Ata. sözü). Bu necə adətdir, necə ərkandır? M.P.Vaqif. Adam var ki, yol, ərkanı bəyənməz. Aşıq Abbas.

    Azərbaycan dilinin izahlı lüğəti / ərkan

ərkan sözünün sinonimləri (yaxın mənalı sözlər)

ərkan sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. устар. высокопоставленные государственные чиновники 2. см. ədəb-ərkan

    Azərbaycanca-rusca lüğət / ərkan

ərkan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “rükn” söz. cəmi] 1. чӀехи къуллугъдин девлетдин чиновникар, девлет идара ийизвай ксар (санал); 2. пер. рах. эдеб къайдаяр; адет.

    Azərbaycanca-ləzgicə lüğəti / ərkan

ərkan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

ər. rükn sözünün cəmi Ədəb qaydaları. (“Koroğlu” dastanının lüğəti) Çox vaxt ədəb-ərkan şəklində işlənir. Ədəb ilə, ərkan ilə, Telli gəlir qarşımıza. Mən qurbanam o dildara, Əcəb gəlir tuşumuza.            (“Koroğlunun Ərzurum səfəri”)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «rükn» c. 1) bir qrupun, cəmiyyətin dayağı olan şəxslər; 2) qaydalar, ayinlər; 3) t. təməl, özül. Ərkani-dövlət dövlətin ən məsul və ən böyük vəzifəli adamları; ərkani-hərb baş qərargah.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

ərkan kəsməx’: (Meğri) döymək, incitmək. – Prisdav bizə karrıca ərkan kəsdi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ərkan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərkan nədir? #ərkan sözünün mənası #ərkan nə deməkdir? #ərkan sözünün izahı #ərkan sözünün yazılışı #ərkan necə yazılır? #ərkan sözünün düzgün yazılışı #ərkan leksik mənası #ərkan sözünün sinonimi #ərkan sözünün yaxın mənalı sözlər #ərkan sözünün əks mənası #ərkan sözünün etimologiyası #ərkan sözünün orfoqrafiyası #ərkan rusca #ərkan inglisça #ərkan fransızca #ərkan sözünün istifadəsi #sözlük