* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 6.85 |
2003 | ••••••••••• | 3.54 |
2004 | • | 0.34 |
2009 | • | 0.16 |
2010 | • | 0.09 |
2012 | • | 0.09 |
2013 | ••• | 0.73 |
2016 | • | 0.17 |
2017 | • | 0.16 |
2020 | • | 0.27 |
1 is. [ər.] köhn. 1. En, genişlik (tul müqabili). 2. coğr. köhn. En dairəsinin köhnə coğrafiya kitablarındakı adı.
Azərbaycan dilinin izahlı lüğəti / ərz2 is. [ər.] 1. Yer (səma müqabili). Ərzü səmadə yoxdur bir zərrə səndən ayru. Nəsimi. Sanki ərz kürəsi vulkanları, zəlzələləri, daşqınları ilə ölmədə idi. H.Nəzərli. □ Ərzdən-səmaya qədər köhn. – Yer ilə göy qədər. Dünənki gün də gün idi, bu gün də bir gündür; Vəli təfavütü var ərzdənsəmayə qədər. S.Ə.Şirvani. 2. Dünya, Yer üzü. Ərzin bu gözəl feyzinə son yox. M.Müşfiq. Ərzin iqbalını bizik düşünən. M.Rahim. // köhn. Məmləkət, ölkə, diyar.
Azərbaycan dilinin izahlı lüğəti / ərz3 is. [ər.] 1. klas. Təqdim etmə, önünə qoyma, göstərmə; izhar. □ Ərz etmək (qılmaq) – təqdim etmək. Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin; Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Füzuli. 2. köhn. dan. Söylənilən, nəzərdə tutulan fikir, söz, mətləb. Ərzimi başa düşmədin. Ərzimə mültəfit ol. Ərzimə qulaq ver.□ Ərz etmək (eləmək) – bildirmək, anlatmaq, məlum etmək, ifadə etmək. Əhvalatı ərz etdi. – [Həsən bəy:] Xeyr, Məşədi İbad, ərz eylədim ki, çirkindir. Ü.Hacıbəyov. Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb birbaşa öz xozeyninin yanına gəldi və başına gələn qəziyyəni ərz etdi. S.M.Qənizadə. [Məşədi Qədir:] Bəli, ərz eləyirəm, yatmışıq, heç şeydən xəbərimiz yoxdur. T.Ş.Simurq. Ərz olsun… – məlum edirəm ki, nəzərinizə çatdırıram ki… (hörmətlə müraciət). Ərz olsun, məlaikələr padşahının qızı bir birə olub, Qəmərin qoynuna girdi, onu sancdı. (Nağıl). Ərz olunmaq – deyilmək, anladılmaq, məlum edilmək, ifadə olunmaq. 3. Acizanə şikayət, xahiş, rica. Ərzim var. Ərzimə qulaq as. – Mixək əkdim mərzə mən; Bağlamadım dərzə mən; Bivəfa yar əlindən; Kimə gedim ərzə mən? (Bayatı). Bizdən həqqə ərzlər yetirdin; Həqdən bizə müjdələr gətirdin. Füzuli. [Dilmanc:] …Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ərz1 ƏRZ I is. [ ər. ] Yer, torpaq. Ərzi qan içində yox; Azad və xoşbəxt görək (Ə.Cəmil). ƏRZ II is. [ ər. ] Anlatma, şikayət etmə, dərdini söyləmə; xahiş, istək. Hansı bir doktora ərz etdim onun illətini; Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə! (M.Ə.Sabir).
Azərbaycan dilinin omonimlər lüğəti / ərz2 1 сущ. устар. Земля: 1. планета. Ərz öz məhvəri üstündə fırlanır Земля вращается вокруг своей оси 2. поверхность земли, суша. Ərzi gəzmək (dolanmaq) исходить всю землю (весь свет) ◊ küreyiərz земной шар; ərzdən səmaya qədər от земли до неба 2 сущ. 1. заявление, изъявление, высказывание, сообщение 2. жалоба, просьба. Ərzim budur ki, … просьба моя в том, что … ◊ ərz etmək (qılmaq) заявлять, заявить, сообщать, сообщить, высказывать, высказать; ərz etməliyəm ki, … должен сказать, что …; ərz etdiyim kimi как я (уже) говорил; ərz olsun ki, … да будет вам известно, что …
Azərbaycanca-rusca lüğət / ərz1 I. i. 1. (yer) earth; terra; küreyi- ~ (terrestrial) globe; 2. (dünya) the world II. i. (bəyanat) statement; word; (xahiş) request; ~ etmək to state (d.), to declare (d.), to say* (d.), to tell* (d.)
Azərbaycanca-ingiliscə lüğət / ərz1 is. 1) terre f ; küreyi-~ globe m terrestre ; monde m, univers m ; 2) demande f ; ~ etmək déclarer vt, proclamer vt, ~ olunmaq être déclaré, -e (və ya proclamé, -e)
Azərbaycanca-fransızca lüğət / ərz1 [ər.] сущ. 1. ччил (“цав” акси); // ərzdən-səmaya qədər куьгьн. ччилни-цав кьван; 2. дуьнья, ччилин винел пад (ччин); // куьгьн. уьлкве, мемлекат.
Azərbaycanca-ləzgicə lüğəti / ərz2 [ər.] сущ. 1. клас. такьдим авун, вилик тун, къалурун; лугьун; // ərz etmək (qılmaq) такьдим авун; 2. куьгьн. рах. лагьай, назарда кьунвай фикир, гаф, метлеб; // ərz etmək (eləmək) лугьун, рахун, чирун, малумрун; 3. ажузвилелди ийидай шикаят, хагьиш.
Azərbaycanca-ləzgicə lüğəti / ərz3 [ər.] сущ. куьгьн. 1. гъяркьуьвал, фирягьвал, гегьеншвал; 2. геогр. экватордилай меридиандал кьван авай (дережайралди къалурнавай) мензилдин куьгьне тӀвар.
Azərbaycanca-ləzgicə lüğəti / ərzƏRZ1 ə. 1) Yer kürəsi; 2) ölkə, diyar; 3) torpaq. ƏRZ2 ə. 1) böyük vəzifəli adama bir şeyi bildirmə; 2) özündən böyüyə demə, söyləmə; 3) şikayət etmə, dərdini söyləmə. Ərzi-hal xahişnamə, ərizə. ƏRZ3 ə. 1) en, genişlik; 2) coğrafiyada: en dairəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti