Ərətna sözü azərbaycan dilində

Ərətna

Yazılış

  • Ərətna • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərətna bəyliyi
Ərətna bəyliyi — Anadolu bəyliyi == Tarixi == Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra, onun hakimiyyəti altındakı yerlər Elxanlılar dövlətinin əlinə keçmiş və Elxani valiləri tərəfindən idarə edəlməyə başlanmışdı. Bunlardan birisi də Ərətna bəy idi. Cəfər bəy oğlu Ərətna (Türküstan ağzında Ertene), Elxani idarəsindəki bir çox bənzərləri kimi Uyğur türklərindəndi və Elxanlı hökmdarı tərəfindən Anadolunun bütün valiliyinə gətirilmişdi. Ancaq bir müddət sonra Elxani hökmdarı Əbu Səid Bahadır xanın vəfatı ilə başlayan taxt çəkişmələri üzərinə, 1344-cü ildə müstəgilliyini elan edərək Sultan adını almış, Ələddin ünvanıyla öz adına pul çixartmiş və təqribən bütün Orta Anadolu ilə Doğu Anadolunun önəmli bir bölümünə hakim olmuştur. Dövlətin paytaxti başlangıcda Sivas ikən, daha sonra Kayseri olmuş və dövlət yıxılıncaya qədər də belə davam etmişdir. Sultan Ərətna bəy Uyğur və Ərətnalılar dövləti üzərinə ən ciddi və aydınladıcı çalışmalar yapanlardan biri olan Prof. Dr. Kamal Gödenin də incəliklə vurgulayaraq araşdırmaçıların diqqətinə çatdırdığı kimi: "Anadolu kimi türkmən bəylərinin yer yer istiqlallarını elan etməyə hazırlandıqları bir əyalətdə bir Uyğur türkü olan Emir Eratnanın başarılı olması nə dərəcə mümkün olmuş, nə dərəcə Anadolu Türk insanı Eratnaya itaət etmiş və nə dərəcə də Türkmən Bəyləri üzərində nüfuz qurabilmişdir?" Gərçi Kamal Göde, öz soruşduğu bu suala son dərəcə açıqlayıcı cavablar verir amma, Türk dünyasının nüfuzlu tarix bilginlərindən Zəki Velidi Togandan yapılacak qısa bir alıntının da bu mövzuda olduqca açıqlayıcı olacağı düşünülə bilir: "Əmir Ərətna, ...valiyi umumilər arasında ən parlaq şəxsiyətdir. Özü uyğur olduğu kimi, ətrafında da uyğurları toplamışdı. Məhəmməd Ibn Əli Şəbankarə onun haqqında: ‘Əmir Ərətna, Əbu Səid Bahadur xanın yarlığıyla Rum vilayətləri idarəsinə məmur təyin edilmişdi.
Sultan Ərətna bəy Uyğur
Sultan Əlaəddin Ərətna bəy Cəfər bəy oğlu Uyğur (1344-1352)—Ərətna bəyliyinin qurucusu və sultanı. == Həyatı == Çalisqanligi, ədaləti və qabiliyəti sayəsində diqqət çəkən Ərətna bəy, Anadoluda oldugu sirada bacısını Elxanlı Rum valisi Əmir Teymurtaş Çobanlı (1314-1327) ilə evləndirərək onunla qohum oldu. Bu sayədə O, Əbu Səid Bahadir xanin birinci dərəcədəki əmirləri arasina girməyi bacardi. Teymurtaşin yardimçisi olaraq fəaliyyət göstərən Ərətna bəy, eyni zamanda Anadolu xalqi üzərində yaxşı nüfuz qurmağa və özünü sevdirməyə çalisirdı. O, Anadoludaki xalqla yaxşı davranır, hər kəslə adalətlə müamilə edirdi. Monqollarin Anadolu valisi Əmir Teymurtaş Çobanlı isə istilaçi və yayilmaçi bir hərəkət içərisində olub, burada müstaqil bir dövlət qurmaq və istiklalini elan etmək düsüncəsində idi. Anadolu bəylərini ortadan qaldirmaq için mücadələyə girisən Teymurtaş, Ərətna və Sungur aga kimi elxanli əmirlərinə qarsi da cəbhə almisdi. Teymurtaşin bu davranişi sonucunda Ərətna bəy və Sungur aga Qaraman ölkəsinə qaçmisdilar. Ancaq bu sirada elxanlilarin mərkəzində Əbu Səid Bahadir xan ilə Əmir Çobanin arasi açilmis və sonucunda da Əmir Çoban öldürülmüsdü. Atasinin ortadan qaldirildigini ögrənən Anadolu valise Əmir Teymurtaş, siranin ona da gələcəyini düsünərək, Anadolunu qaynı Ərətnaya biraxaraq Misirə qaçdi (1328).
Məhəmməd bəy Ərətnalı
Sultan Qiyasəddin Məhəmməd bəy Ərətna bəy oğlu Uyğur (1352-1354) — Ərətna bəyliyinin ikinci sultanı. == Həyatı == Əlaaddin Ərətna bəyin ölümündən sonra, bəyliyin irəli gələn əmirlərinin ittifaqiyla kiçik oglu Məhəmməd bəy hökmdar oldu. Qiyasəddin ünvaniyla bəyliiin başina keçən Məhəmməd bəy, bilxassə vəziri Xoca Əlişahin taəhrikiylə böyük qardaşı Cəfər bəyi həbs etdirdi. Vəzir Xoca Əli, Məhəmməd bəyin hələ çox kiçik yaşda olmasindan da istifadə edərək deövlət idarəsində söz sahibi olmağa başladi. Ayrica Ərətnanin ölümünü fürsət bilən türkman tayfaları üsyan etdikləri kimi, cənubda Zülqədəroğulları da Ərətna bəyliyi əleyhinə sinirlarini genişlətməyə başlamişdilar. Buna rəgmən Zülqədər bəyi Qaraca bəy, Məmlüklülərlə apardigi mücadilədə məğlub olunca Qiyasəddin Məhəmməd bəyə iltica etmək zorunda qaldi. Ancaq Məmlük sultanından çəkinən Məhəmməd bəy, sultanın istəyi üzərinə Qaraca bəyi Hələbe göndərdi. Oradan Misirə götürülən Zülqədər əmiri Qaraca bəy, orda edam edildi. Bu sirada Məmlüklülərin Malatya valisi, Ərətna bəyliyi və Zülqədəroğullari torpaqlarina hücuma keçirdilər. Buna görə Qiyasəddin Məhəmməd bəy ilə Zülqədərlər birləşərək Malatya valisi üzərinə yürüdülər ve onu məglub edərək ortadan qaldirdilar.

Oxşar sözlər

#ərətna nədir? #ərətna sözünün mənası #ərətna nə deməkdir? #ərətna sözünün izahı #ərətna sözünün yazılışı #ərətna necə yazılır? #ərətna sözünün düzgün yazılışı #ərətna leksik mənası #ərətna sözünün sinonimi #ərətna sözünün yaxın mənalı sözlər #ərətna sözünün əks mənası #ərətna sözünün etimologiyası #ərətna sözünün orfoqrafiyası #ərətna rusca #ərətna inglisça #ərətna fransızca #ərətna sözünün istifadəsi #sözlük