ərəz sözü azərbaycan dilində

ərəz

Yazılış

  • ərəz • 77.7778%
  • Ərəz • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərəzin
Ərəzin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Tarixi == Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur. XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir. Kənd Azərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi. == Etimologiyası == Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur.
Ərəzin nekropolu
Ərəzin nekropolu — Culfa rayonunda eyniadlı kənddən şimal-şərqdə, Ərəzin–Camaldın avtomobil yolunun solunda orta əsrlərə aid arxeoloji abidə. Hündür təpənin üstündədir. Arxeoloji axtarışlar zamanı qəbirlərin şərq istiqamətinə yönəldiyi müəyyənləşdirilmişdir. Qəbirlərin üzərinə dördkünc formalı yonulmamış sal daşlar qoyulmuşdur, baş daşılar saxlanmamışdır. Ərəzin nekropolunun 15–19 əsrlərə aid olması ehtimal edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 114.
Ərəzin yaşayış yeri
Ərəzin yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda eyniadlı kənddən qərbdə, Naxçıvan-Ərəfsə avtomobil yolunun sağ tərəfində orta əsrlərə aid yaşayış yeri. "Ərəzin" toponimi e.ə. IX əsrin 20 illərinə dair urartuluların mixi yazılı abidələrində xatırlanır. Urartuluların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə qeyd edilir. Bəzi tədqiqatçılar "Arsini" toponiminin indiki Ərəzin olduğu fikrini irəli sürürlər. Yaşayış yerinin ərazisi şimal-şərqində və cənub-qərbdə quru çay vadisi ilə məhdudlaşır. 1989-cu ildə aparılmış tikinti işləri zamanı aşkar olunan abidənin bir hissəsi dağılmışdır. Yaşayış yerinin mərkəzi hissəsi 360 m² sahədə qismən salamat qalmışdır. 1991-ci ildə aparılmış kəşfiyyat xarakterli tədqiqat işləri nəticəsində yerüstü materiallar (əmək alətlərinin qırıqları, çəhrayı rəngli şirli və şirsiz saxsı qab parçaları, bişmiş kərpic, istehsalat tullantıları və s.) aşkar olunmuşdur. Abidənin bu hissəsində mədəni təbəqə 2 metr qalınlığın da saxlanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

ərəz sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – fəlsəfi terminologiyaya aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini təşkil edənə cövhər, ona əlavə olunanlara isə ərəz deyilirdi. Müasir fəlsəfi dildə bu sözün əvəzində aksidensiya ifadəsindən istifadə olunur. Şeyin zatında mövcud olan, lakin onun mahiyyətindən kənarda qalan hər şey ərəzdir. Ərəzlərin müstəqil var ola bilmə xarakterinə malik deyil, çünki ərəzlər cövhərlərin təbiətinə əlavə olunduqda varlıq əldə edirlər. Misal üçün, taxta şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə bərabərdirlər, onları cövhərlərdən ayrı düşünmək mümkün deyil. Bu ərəzlərə lazım ərəz deyilir. Əşyanın mahiyyətindən fərqlənən və xarakterik olaraq, onlardan ayrıla bilən ərəzlərə isə fərqlənən ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün lazım ərəz olduğu halda, geyimi, tipi, yaxud hərəkəti, sükunəti fərqlənən ərəzdir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əslində olmayıb sonradan əmələ gələn; 2) cismin mahiyyət və məzmunundan başqa, digər xüsusiyyətləri // forma; 3) təsadüfi hadisə; 4) əlamət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"ərəz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərəz nədir? #ərəz sözünün mənası #ərəz nə deməkdir? #ərəz sözünün izahı #ərəz sözünün yazılışı #ərəz necə yazılır? #ərəz sözünün düzgün yazılışı #ərəz leksik mənası #ərəz sözünün sinonimi #ərəz sözünün yaxın mənalı sözlər #ərəz sözünün əks mənası #ərəz sözünün etimologiyası #ərəz sözünün orfoqrafiyası #ərəz rusca #ərəz inglisça #ərəz fransızca #ərəz sözünün istifadəsi #sözlük