Əsad sözü azərbaycan dilində

Əsad

Yazılış

  • Əsad • 95.3488%
  • əsad • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mehmed Əsad Əfəndi
Mehmed Əsad Əfəndi (1847, Konstantinopol – 1931, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Ulema Sicil Dosyaları, nr. 521. BA, Sadrazamlar Dosyası, nr. 60, 62. İlmiyye Salnâmesi, s. 633–635. Danişmend, Kronoloji2, V, 161. Sadık Albayrak, Son Devir Osmanlı Uleması, İstanbul 1980, III, 205–206. Takvîm-i Vekāyi‘, nr.
Vassafzadə Əsad Əfəndi
Vassafzadə Əsad Əfəndi (1685, Konstantinopol, Osmanlı imperiyası – 9 avqust 1753, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. Atası Abdullah Əfəndi Sultan Osman səltənətində şeyxülislam olmuşdur. Dürüst və boyun əyməz biri olan Əsad Əfəndi əsəbi xarakteri səbəbilə xalq arasında Hindi Molla olaraq anılmışdır. Sufizmə meyilli olduğu və xəttat olaraq Katibzadə Rəfi Əfəndidən icazət aldığı bilinir. == Həyatı == 1707-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Abdullah Əfəndi Sultan Osman səltənətində şeyxülislam olmuşdur. Təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu və bir çox mədrəsələrdə dərslər verdi. Ardından 1750-ci ildə Qalata qazılığına təyin olundu və bir neçə il sonra xidmət müddətinin tamamlanması səbəbilə vəzifədən alındı. Atası Abdullah Əfəndinin 1755-ci ildə şeyxülislamlığa gətirilməsinin ardından öncə Ədirnə, qısa müddət sonra isə Məkkə qazılığına təyin edildi. Ancaq atası 6 ay sonra yaşlılığı səbəb göstərilərək vəzifədən alındı və Bursaya sürgün olundu.
Əbuishaqzadə Əsad Əfəndi
Əbuishaqzadə Əsad Əfəndi (oktyabr 1685, Konstantinopol – 10 avqust 1753, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur. == Həyatı == 1685-ci ilin oktyabrında İstanbulda dünyaya gəldi. Sultan Əhməd dönəminin şeyxülislamlarından Əbu İshaq İsmayıl Əfəndinin oğlu və Sultan Mahmud dönəminin şeyxülislamlarından İshaq Əfəndinin isə kiçik qardaşı olan Əsad Əfəndi öncə atasının, daha sonra isə dövrün digər mühüm alimlərinin yanında təhsilinə başladı. Hələ 10 yaşında olmasına baxmayaraq şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi tərəfindən məzun edildi. 25 yaşında ikən 1710-cu ildə müdərris olaraq fəaliyyətə başladı. Xüsusilə atasının və Yenişəhərli Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində pillə-pillə yüksələrək İstanbulun müxtəlif mədrəsələrində dərs deməyə davam etdi. Məkkə-Mədinə müfəttişliyi və fətva əminliyi əzifələrini də yürütməyə başlayan Əsad Əfəndi ardından Saloniki qazısı olaraq təyinat aldı. 1733-cü ildə Mədinə, ertəsi il isə Məkkə qazılığına gətirildi. 1736-cı ildə Rusiya və Avstriya ilə başlayan müharibələr əsnasında Məkkədən geri çağrılaraq Anadolu qazəsgəri təyin olundu və ordu qazısı olaraq səfərə göndərildi (14 mart 1737).
Əhməd Əsad Paşa
Əhməd Əsad Paşa (1828, Xios – 1875, İzmir, Aydın vilayəti) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə — ümumlikdə 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Mehmed Əsad Saffət Paşa
Mehmed Əsad Saffət Paşa (1814, Konstantinopol – 1883, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Mehmed Esat Safvet Paşa Osmanlı hökumətində müxtəlif nazirliklərdə vəzifə yerinə yetirmiş və II. O, Əbdülhəmid dövründə 4 iyun 1878-ci il və 4 dekabr 1878-ci il tarixləri arasında altı ay böyük vəzirlik etmiş Osmanlı dövlət xadimidir. O, Tənzimat dövrünün ən mühüm simalarından biridir. O, “Hürriyyət” qəzetinin yaradıcısı Sedat Simavinin babasıdır. == Həyatı == Atası Sürmənə tayfasından Mehmet Hulusi Ağa olan Mehmed Esad Safvet Paşa 1814-cü ildə İstanbulda anadan olmuşdur. Təhsilinə məhəllə məktəblərində başlamış, Bəyazid mədrəsəsində davam etmişdir. O, 1831-ci ildə 17 yaşında ikən Divan-ı Humayun qələminə girərək məmur kimi fəaliyyətə başlamışdır. Burada onun ilkin adına ənənəyə uyğun olaraq Safvet təxəllüsü verilmişdir. O, tarixə vicdanlı və dəyərli dövlət xadimi kimi düşüb. Hazırcavab xasiyyəti var.
Salehzadə Əhməd Əsad Əfəndi
Salehzadə Əhməd Əsad Əfəndi (6 sentyabr 1740, Konstantinopol – 23 dekabr 1814, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Saleh Əfəndi və qardaşı Mehmed Əmin Əfəndi də özü kimi şeyxülislam olmuşdur. == Həyatı == 6 sentyabr 1740-cı ildə İstanbulda dünyaya gələn Əhməd Əsad Əfəndi III Mustafanın şeyxülislamlarından Mehmed Saleh Əfəndinin oğlu, I Əbdülhəmidin şeyxülislamlarından Mehmed Əmin Əfəndinin qardaşıdır. Dağıstanlı İbrahim Əfəndi, Seyid Əbdülhəlim Əfəndi və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1755-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1770-ci ildə İzmir qazılığına, 1778-ci ildə isə Bursa qazılığına təyin edildi. 1782-ci ildə payə olaraq Məkkə qazılığını aldı. 1787-ci ildə İstanbul qazısı olmuş, bir il sonra Anadolu başqazılığına gətirilsə də, bu vəzifəsini 1790-cı ildə icra etməyə başlamışdır. 1791-ci ildə vəzifə müddətini tamamladı və bir müddət dövlət vəzifələrindən uzaq qaldı. Bu müddət ərzində Sultan Səlimin hazırlıq gördüyü islahat və reformasiya siyasətini dəstəkləyən proqramlar hazırladı. İslahat hərəkatının ən güclü dəstəkçilərindən olan Əsad Əfəndinin hazırladığı proqram daha çox hərbi sahədəki yeniliklərə əsaslanırdı.Əsad Əfəndi 1794 və 1798-ci illərdə — toplam 2 il boyunca Rumeli başqazısı olaraq fəaliyyət göstərdi.
Xocasadəttinzadə Mehmed Əsad Əfəndi
Xocasadəttinzadə Mehmed Əsad Əfəndi (14 iyun 1570, Konstantinopol – 22 may 1625, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. II Osmanın qaynatasıdır. == Həyatı == Atası III Mehmed dönəmində şeyxülislam olmuş Xoca Sadəttin Əfəndidir. Uşaqlığından bəri atasından və Molla Tofiq Gilanidən dərslər almış, daha sonra Süleymaniyyə mədrəsəsində təyin olunmuşdur. 1596-cı ildə Ədirnə qazısı, ardından Anadolu başqazısı seçilmişdir. Atasının şeyxülislamlığı dönəmində İstanbul qazısı kimi fəaliyyət göstərmişdir. Böyük qardaşı Xocasadəttinzadə Mehmed Çələbi Əfəndinin şeyxülislam olması ilə Anadolu başqazılığına geri qaytarılsa da, qardaşının vəfatı ilə bu vəzifəsindən azad edildi. Ardından həccə getdi və qayıtdıqdan sonra Rumeli başqazısı seçildi. Qardaşının vəfatının ardından onun yerinə şeyxülislam seçildi. Bu vəzifədə ikən önəmli siyasi hadisələr baş verdi.
Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, Konstantinopol – 17 yanvar 1899, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Ali el-Murtazâ, İlâveli Mecmûa-i Cedîde, İstanbul 1326–29, s. 4, 9–10, ayrıca bk. tür.yer. İlmiyye Salnâmesi, s. 609–612. Sicill-i Osmânî, I, 344. Abdurrahman Şeref, Târih Musâhabeleri (İstanbul 1339) (haz. Enver Koray), Ankara 1985, s. 249–250.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2010 ••••••• 0.36
2011 •••• 0.17
2012 •• 0.09
2013 •••••• 0.29
2015 •••• 0.17
2016 •••••••••••••••••••• 1.04
2020 ••• 0.13

Oxşar sözlər

#əsad nədir? #əsad sözünün mənası #əsad nə deməkdir? #əsad sözünün izahı #əsad sözünün yazılışı #əsad necə yazılır? #əsad sözünün düzgün yazılışı #əsad leksik mənası #əsad sözünün sinonimi #əsad sözünün yaxın mənalı sözlər #əsad sözünün əks mənası #əsad sözünün etimologiyası #əsad sözünün orfoqrafiyası #əsad rusca #əsad inglisça #əsad fransızca #əsad sözünün istifadəsi #sözlük