əsirgəmək sözü azərbaycan dilində

əsirgəmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əsirgəmək • 82.3529%
  • Əsirgəmək • 8.8235%
  • ƏSİRGƏMƏK • 8.8235%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21

əsirgəmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək. [Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!… C.Cabbarlı. [Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid. 2. Qıymamaq, qıyıb verməmək, heyfi gəlmək, xəsislik etmək, qızırqamaq. Şeylərini çox əsirgəyir. – Dağlar sənin ilə həmdəm olmaya; Əsirgərsən indi qarı da məndən. Qurbani. [Xudayar bəy:] Bax, ey qazı ağa, … mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyim. C.Məmmədquluzadə. Camaatdan ötrü, doğrudan, Qurbanqulu heç bir şeyin əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. T.Ş.Simurq. // Qənaət etmək, qənaətlə işlətmək.

    Azərbaycan dilinin izahlı lüğəti / əsirgəmək

əsirgəmək sözünün etimologiyası

  • 1 Mənbələrdə əs sözü “xeyirxah”, əssiz kəlməsi isə “xəsis” kimi açıq­lanıb. Əsirgə “qıymamaq” kimi şərh olunub. -irgə adlardan feil düzəldir (yad-ırğa-maq). Əsirgə də bu qəlib üzrə əmələ gəlib və “əs” in olmamağı (xeyirxahlığın ol­ma­mağı) mənasını əks etdirir. İndi söz qıymamaq, xəsislik etmək mənalarında işlədilir. Tatar dilində az sözündən az-sı-maq feili əmələ gəlib onlarda az-sı-n-ır-qa (az hesab et) sözü də var. Əsirgə feili azsınırqa kəlməsinin dəyişmiş forması da ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / əsirgəmək

əsirgəmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

əsirgəmək sözünün rus dilinə tərcüməsi

  • 1 отказывать, жалеть, скупиться

    Azərbaycanca-rusca lüğət / əsirgəmək
  • 2 глаг. 1. щадить, пощадить (проявив милосердие, не погубить) 2. kimdən nəyi жалеть, пожалеть что (не пожелать дать что-л. кому-л. или сделать что-л. для кого-л.). Bunu məndən əsirgəmə не жалей этого для меня, canımı da əsirgəmərəm и жизни не пожалею; canlarını əsirgəmədən не щадя (не жалея) жизни, güclərini əsirgəmədən (yorulmadan) не щадя (не жалея) сил

    Azərbaycanca-rusca lüğət / əsirgəmək

əsirgəmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (verməmək) to refuse (d. to smb.), to deny (d. to smb.); köməyi(ni) ~ to deny (one’s) assistance (to); 2. (qıymamaq) to grudge (d.), to begrudge (d.); bir kəsə yediyi çörəyi də ~ to grudge smb. the very food he eats

    Azərbaycanca-ingiliscə lüğət / əsirgəmək

əsirgəmək sözünün fransız dilinə tərcüməsi

əsirgəmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. регьим атана хуьн, хуьн, нафакьадиз къачун; 2. къимиш тавун, гьайиф атун, къимишна тагун, гуз гъил татун, мискьивал авун; // мадара авун, мадаравилелди кӀвалахарун.

    Azərbaycanca-ləzgicə lüğəti / əsirgəmək

əsirgəmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#əsirgəmək nədir? #əsirgəmək sözünün mənası #əsirgəmək nə deməkdir? #əsirgəmək sözünün izahı #əsirgəmək sözünün yazılışı #əsirgəmək necə yazılır? #əsirgəmək sözünün düzgün yazılışı #əsirgəmək leksik mənası #əsirgəmək sözünün sinonimi #əsirgəmək sözünün yaxın mənalı sözlər #əsirgəmək sözünün əks mənası #əsirgəmək sözünün etimologiyası #əsirgəmək sözünün orfoqrafiyası #əsirgəmək rusca #əsirgəmək inglisça #əsirgəmək fransızca #əsirgəmək sözünün istifadəsi #sözlük