* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax birinci. Əvvəlinci sıra. Əvvəlinci övlad. Əvvəlinci yeri tutmaq. Əvvəlinci rolları oynamaq. – [Nazlı:] Doğrudur, bir neçə adam bilir ki, Yusif ilə sən əvvəlinci dəfə görüşməyirsən. N.Nərimanov. Birdən uzunboylu müsafir, əlində bir çamadan vaqonların birisindən aşağı düşüb, əvvəlinci klas tərəfə qədəm qoydu. S.M.Qənizadə. [İskəndər bəy:] …O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxt olar. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / əvvəlinci1 ƏVVƏLİNCİ Əvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur (M.F.Axundzadə); BİRİNCİ Birinci məclis vaqe olur şəhərin hakimi Həzrət Əşrəfin idarəsində (C.Məmmədquluzadə); İLK Pambıq yığımının ilk günü tamam bir bayrama çevrilmişdi (İ.Əfəndiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / əvvəlinci1 ƏVVƏLİNCİ – AXIRINCI Doğrudur, bir neçə adam bilir ki, Yusif ilən sən əvvəlinci dəfə görüşməyirsən (N.Nərimanov); Başa salmadın məni ki, niyə bu axırıncı görüşümüzdür və nə səbəbdən ayrılmalıyıq (Anar).
Azərbaycan dilinin antonimlər lüğəti / əvvəlinci2 прил. первый: 1. начальный, первоначальный. Əvvəlinci təəssürat первое впечатление, əvvəlinci günlər первые дни, əvvəlinci səhifələr первые страницы, əvvəlinci dəfə первый раз 2. передовой, ведущий. Əvvəlinci yerlər первые места ◊ əvvəlinci və axırıncı dəfə в первый и в последний раз
Azərbaycanca-rusca lüğət / əvvəlinci