* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Hərəkətdə olan bir şeyin hərəkətini saxlamaq, dayandırmaq, durdurmaq. Gedən adamı əyləndirmək. – Qərəz, Gülpəri gilabısatanı əyləndirib evə qayıdar və: – Ay ana, tez ol, gəl, gilabısatan qapıdadır, – deyərdi. H.Sarabski. [Səlim] kəndlərinin bərabərinə çatanda maşını əyləndirdi, sərnişinlər ona kömək etdi, onu yük maşınından düşürtdülər. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / əyləndirmək2 f. Əyləncə ilə məşğul etmək, başını qarışdırmaq, şənləndirmək, ürəyini açmaq. Uşaqları cürbəcür oyunlarla əyləndirmək. Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq. [Həsən:] …Rəşid əfəndi gəldi də sizi əyləndirir. H.Nəzərli. // Oynatmaq, əyləncə etmək. Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. [Tutu:] Bir zaman məni də bu cür yağlı dillərlə əyləndirirdin. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / əyləndirmək1 Sözün bir mənası “fırlamaq”dır, Quba dialektində aylanmaq kimi işlədilir. İndi “başını qatmaq” (uşağı əyləndirmək) anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əyləndirmək1 I ƏYLƏNDİRMƏK (əyləncə ilə məşğul etmək) [Qəndab:] Heç kəs meni saymayanda o Məzahir, pəncərəmin ağzını kəsir, məni əyləndirirdi (B.Bayramov); ƏYLƏTMƏK Əylətmədin qəlbin əziz qonağın; Ölüncə sinəmdən çəkilməz dağın (Molla Cümə). II əyləndirmək bax dayandırmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / əyləndirmək2 1 глаг. останавливать, остановить. Maşını əyləndirmək остановить машину, adamları əyləndirmək остановить людей 2 глаг. забавлять, развлекать, развлечь. Uşaqları əyləndirmək развлекать детей, qonaqları əyləndirmək развлекать гостей, tamaşaçıları əyləndirmək развлекать зрителей
Azərbaycanca-rusca lüğət / əyləndirmək1 f. 1. to entertain (d.), to amuse (d.); 2. (məşğul etmək) to divert (d.), to indulge (d. with); O öz mahnısı ilə məclisi əyləndirdi He / She indulged the company with his / her song
Azərbaycanca-ingiliscə lüğət / əyləndirmək1 гл. 1. къугъунралди машгъул авун, кьил акадарун, кьарай гъун, рикӀ аладарун, рикӀ шадарун; алдахарун, мачхуларун; 2. къверигарун, къверигдай алат авун.
Azərbaycanca-ləzgicə lüğəti / əyləndirmək