B-splayn əyriləri
Baza splayn əyriləri (ingl. B-Spline) dayaq nöqtələri poliqonundan keçən, aproksimasiya olunmuş əyridir (şəkil 1). B-splayn əyriləri lokal təyin olunurlar. Ona görə də, polinomun dərəcəsi nöqtələrin sayından asılı deyil. Polinomlar hissə-hissə rekkurent teoreminin köməyi ilə hesablanırlar. Bezye əyrisi Baza–splayn-əyrisinin xüsusi halı kimi baxılır.
Bir çox üstün cəhətlərinə görə Baza-splayn-əyrisi müasir CAD sistemlərində əyrilərin və səthlərin təsvirində standart üsul kimi tətbiq olunur.Əyrinin riyazi təsviri belədir:
X
(
t
)
=
∑
i
=
0
n
P
i
N
k
i
(
t
)
{\displaystyle X(t)=\sum _{i=0}^{n}\;P_{i}\,N^{k}{i}(t)}
.
Burada i indeksi N(t) funksiyasının başladığı düyün nöqtələrini göstərir. K B-splaynının dərəcəsi və N(t) splaynının yerləşdiyi intervalların sayını ifadə edir. Polinomun dərəcəsi p=k-1 kimi hesablanır.