* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Əziyyət, üzüntü, işgəncə. Toy-bayramdır bu dünyanın əzabı; Ağlı olan ona gətirər tabı. M.P.Vaqif. [Nuriyyə:] Əvvəl günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. İ.Əfəndiyev. Əzaba, zəhmətə qatlaşmayaraq; Biz şəkilə baxıb şəkil çəkirik. B.Vahabzadə. □ Əzab çəkmək – əziyyət çəkmək, sıxıntı çəkmək, dərd çəkmək, möhnət çəkmək. [Əsgər:] …İstəyirəm qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Ü.Hacıbəyov. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. Əzab görmək – 1) bax əzab çəkmək; 2) cəzalandırılmaq. Əzab vermək (etmək) – əziyyət vermək, cəfa vermək, sıxıntı vermək, işgəncə vermək, incitmək. Təklifi-cənnət eyləmə kuyində könlümə; Çün cənnət əhlidir, nə verirsən əzab ona? Füzuli. [Sitarə:] Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? C.Cabbarlı. Sanki tale [Vahidə] əzab verir, bütün düşünülməmiş işlərinin hayıfını çıxırdı. İ.Hüseynov. Əzaba salmaq – əzaba, əziyyətə düşməsinə səbəb olmaq. Salıbdır könlümü zülfün əzaba. Q.Zakir. Cəhənnəm əzabı – çox böyük əzab, əziyyət. [Tükəzban:] Fəhlələr yenə cəhənnəm əzabından qurtulmadılar. M.Hüseyn. 2. Şiddətli mənəvi sıxıntı, əziyyət, ürək acısı. Vicdan əzabı. – Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / əzab2 ə. işgəncə, əziyyət. Əzabi-əlim böyük dərd.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əzab1 Ərəb mənşəlidir, əziyyət sözü ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əzab2 ƏZAB (ruhi üzüntü keçirmə) İztirablar, əzablar açarıdır arzunun.. (B.Vahabzadə); BİDAD Dul övrətə bidad elə, eytamə xəyanət; Xof etmə əcəldən (M.Ə.Sabir); BOYUNDURUQ (məc.) Qaçmaq bacarmayanlar hamısı orada-burada boyunduruq altında qırılırlar (Ə.Haqverdiyev); ƏZA Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür (C.Cabbarlı); ƏZAB-ƏZİYYƏT [Vəliş:] Sizin yolunuzda nə qədər əzab-əziyyət çəksəm, heyfsilənməyəcəyəm (Ə.Vəliyev); ƏZİYYƏT, ZİLLƏT Cahangir ağa: Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış (S.S.Axundov); İŞGƏNCƏ, İZTİRAB Süzdü Ağa Nazim qızı gözaltı; İztirab, işgəncə, əzab, həyəcan (Ə.Kürçaylı); MƏŞƏQQƏT Çünki, fəlakət və məşəqqətlərlə əldə etdiyi ixtisas sayəsində o, fəlakətlərə birdəfəlik vida etmiş olduğuna əmin idi (A.Şaiq); MÖHNƏT, CÖVR, CƏFA Doğrusu zillətindən, cövründən, möhnətindən; Əzabından, cəfandan, qəmindən, həsrətindən; Şikayətlər etmişəm, ey afət, günahkaram (M.Rahim); ZƏLALƏT (kl.əd.) Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur (N.Nərimanov); ZÜLM Bilxassə qadına qarşı olan zülmün həddi-hüdudu yox idi (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / əzab1 ƏZAB – ZÖVQ Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? (C.Cabbarlı); Onun bədii zövqünü korlayan mahnılardan yüksək xalq musiqisinə doğru geniş bir yol açacağam (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / əzab2 сущ. мука, мучение, страдание. Əzab vermək kimə мучать, мучить, подвергать мучениям кого, əzab çəkmək мучиться, страдать, терпеть муки, терзаться, əzab çəkdirmək kimə причинять мучения, страдания кому, əzabdan qurtarmaq избавиться от мук, əzablara məruz qalmaq подвергаться мучениям, пыткам, əzaba salmaq kimi подвергать мучениям кого, əzabını çəkmək kimin, nəyin переживать за кого, за что; vicdan əzabı угрызения совести, cəhənnəm əzabı адские муки (муки ада). Cəhənnəm əzabı çəkmək испытывать, испытать муки ада; təklik əzabı страдания одиночества, ruhi əzab душевные страдания
Azərbaycanca-rusca lüğət / əzab1 i. 1. torture, torment, anguish, agony; 2. (kəskin ağrı) pang, throe; 3. (sıxıntı) oppression; ruhi ~ mental anguish; anguish of mind; twinge; rack; aclıq ~ı the stings / pangs of hunger; vicdan ~ı remorse; twinge of conscience; qısqanclıq ~ı pangs / torments of jealousy; müharibə ~ları throes of war; ölüm ~ı mortal agony; cəhənnəm ~ı pangs of hell; dözülməz ~ torments of Tantalus; ~ vermək; 1) (cismən, ruhən) to torture (d.), to torment (d.), to put* to torture (d.), to put* on the rack (d.); 2) (ağrıtmaq) to hurt*; 3) (işgəncə vermək) to put* on the rack; özünə ~ vermək to torment oneself, to be* in torment / torture; ~ verən (adam) tormentor / tormenter, torturer, (qız, qadın) tormentress; ~ çəkmək (cismən, ruhən) to suffer torments / anguish (from), to be* tortured (with); (dözülməz ağrıdan) to suffer throe, to undergo* agony; (istidən) to feel* oppressed with heat; (sıxıntı çəkmək) to be* oppressed; vicdan ~ı çəkmək to suffer pangs of remorse, to be* stung by remorse; to feel* remorse; ~a dözmək / qatlaşmaq to bear* anguish / sufferings / torments; ~a salmaq (özünü) to torment oneself (over), to take* pains (over); (başqasını) to put* smb. in suffer / throe, to inflict anguish (to)
Azərbaycanca-ingiliscə lüğət / əzab1 is. 1) supplice m, tourment m, torture f, martyre m ; 2) douleur f aiguë
Azərbaycanca-fransızca lüğət / əzab1 [ər.] сущ. азаб, азият; рикӀин азаб, рикӀин тӀал; vicdan əzabı виждандин азаб; əzab çəkmək азаб чӀугун, азабар акун, азият чӀугун, дерт чӀугун; əzab vermək (etmək) азаб гун, азият гун (авун), жафа гун, инжиклу авун; əzaba salmaq азабдик кутун, азабдик (азиятдик) акатуниз себеб хьун; cəhənnəm əzabı жегьеннемдин азаб, гзаф чӀехи азаб (азият).
Azərbaycanca-ləzgicə lüğəti / əzab