* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf. [fars. əz və ər. qəza] Qəzadan, təsadüfən, gözlənilmədən, birdən. [Səttar] üz çevirib bir biyabana daban aldı. Əzqəza Xunkar xanımın bunu axtaran adamları da bu düzlə gedirdilər. (Nağıl). Əzqəza Gülbadamın səsini kəndin kənarından bir adam eşidib səslənər: – Ay adam, kimsən? N.Nərimanov.
Azərbaycan dilinin izahlı lüğəti / əzqəza2 ƏZQƏZA’ f. və ə. qəzadan, gözlənilmədən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əzqəza