əzəmətli sözü azərbaycan dilində

əzəmətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əzəmətli • 89.1971%
  • Əzəmətli • 10.6768%
  • ƏZƏMƏTLİ • 0.1261%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əzəmətli gövdəyarpaq
Əzəmətli gövdəyarpaq (lat. Caulophyllum robustum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin gövdəyarpaq cinsinə aid bitki növü.
Əzəmətli vaxsızçiçək

əzəmətli sözünün leksik mənası və izahı

  • 1 sif. Böyük, möhtəşəm. Əzəmətli qala. Əzəmətli dağlar. – Ta o dərəcəyə kimi ki, hətta İstanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qadağan etmişdi. C.Məmmədquluzadə. Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur. M.Hüseyn. Misirli özü çəkdi; Qədim Memfis şəhərinin; Əzəmətli səddini. O.Sarıvəlli. // Dəbdəbəli, təmtəraqlı, möhtəşəm, calallı. Vaxtı ilə bir qismi miskin və fəqir, bir qismi də möhtəşəm və əzəmətli qəbirlərdən bir əsər və əlamət qalmamışdı. S.Hüseyn. Böyük, əzəmətli bir saray çilçıraq içərisində yanırdı. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / əzəmətli

əzəmətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 böyük — möhtəşəm — dəbdəbəli — təmtəraqlı — cəlal

    Azərbaycan dilinin sinonimlər lüğəti / əzəmətli
  • 2 ƏZƏMƏTLİ Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur (M.Hüseyn); BÖYÜK Həmin insanlar; böyük binalar diqqətlə bax! (S.Vurğun); MƏĞRUR [Attal:] Hər yerə at sürdü bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya (A.Şaiq); MONUMENTAL Küçənin böyük bir hissəsini tutmuş çoxmərtəbəli və çoxguşəli monumental bir binaya yaxınlaşdıqda mən yoldaşları sevindirirəm (M.İbrahimov); MÖHTƏŞƏM Onun Moskvanın geniş küçələri, qədim binaları, Kreml hasarları, yenə əvvəlki kimi möhtəşəmdir (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əzəmətli

əzəmətli sözünün rus dilinə tərcüməsi

  • 1 величественный, величавый, грандиозный, монументальный

    Azərbaycanca-rusca lüğət / əzəmətli
  • 2 прил. 1. величественный, величавый. Əzəmətli vəzifələr величественные задачи, əzəmətli müvəffəqiyyətlər величественные достижения, əzəmətli perspektivlər величественные перспективы, əzəmətli quruculuq planı план величественных совершений, inkişafın əzəmətli proqramı величественная программа развития, əzəmətli abidə величественный памятник, əzəmətli binalar величественные здания, əzəmətli dağlar величавые горы, təbiətin əzəmətli gözəlliyi величественная красота природы, əzəmətli surət величественный образ, əzəmətli görünmək показаться величественным 2. могущественный, могучий. Əzəmətli Vətənimiz наша могучая Родина, əzəmətli səs могучий голос 3. торжественный. Əzəmətli sükut торжественная тишина, əzəmətli an торжественная минута, торжественный миг, əzəmətli səslə danışmaq говорить торжественным голосом

    Azərbaycanca-rusca lüğət / əzəmətli

əzəmətli sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. sublime, stately; great, grand; grandiose; majestic; 2. (möhtəşəm) magnificent; mighty; 3. (vüqarlı) lofty; ~ ağaclar stately trees; ~ görkəm stately appearance

    Azərbaycanca-ingiliscə lüğət / əzəmətli

əzəmətli sözünün fransız dilinə tərcüməsi

əzəmətli sözünün ləzgi dilinə tərcüməsi

"əzəmətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əzəmətli nədir? #əzəmətli sözünün mənası #əzəmətli nə deməkdir? #əzəmətli sözünün izahı #əzəmətli sözünün yazılışı #əzəmətli necə yazılır? #əzəmətli sözünün düzgün yazılışı #əzəmətli leksik mənası #əzəmətli sözünün sinonimi #əzəmətli sözünün yaxın mənalı sözlər #əzəmətli sözünün əks mənası #əzəmətli sözünün etimologiyası #əzəmətli sözünün orfoqrafiyası #əzəmətli rusca #əzəmətli inglisça #əzəmətli fransızca #əzəmətli sözünün istifadəsi #sözlük