* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “şəxs” söz. cəmi] köhn. Şəxslər, adamlar. Əşxas fərmayişi əmələ gətirdilər. M.F.Axundzadə. Xərc edir bir para əşxas pulun bayramdə; Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə. M.Ə.Sabir. Bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur. N.Vəzirov. Əşxasi-hökumət hamı heyran olur olsa; Hər qüvvətin üstündə də bir qüvvət olarmış! Ə.Nəzmi. □ Əşxasi-məclis – bax əhli-məclis (“əhl”də).
Azərbaycan dilinin izahlı lüğəti / əşxas2 ə. «şəxs» c. şəxslər, adamlar. Əşxasi-məclis məclisdə iştirak edənlər.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əşxas