əşya sözü azərbaycan dilində

əşya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əşya • 98.8539%
  • Əşya • 1.0394%
  • əŞya • 0.0533%
  • ƏŞYA • 0.0533%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əşya
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Əşya (hüquq)
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Əşya masası
Əşya surəti
Əşya surəti- Bədii əsərdə qeyri-insani varlıqların (ev, məişət avadanlığı və s.) əlamətlərinin ümumiləşmiş şəkildə verilməsinə əşya surəti deyilir. == Haqqında == Əşya surəti, hər şeydən əvvəl bədii əsərin əsas oobyektinə- insan həyatında onunla əlaqədar hadisələrə tabe edilir. "Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli genbol bir imarət idi. Bundan başqa, evin baş tərəfində üç, balaca otaqdan ibarət qədim bir tikili vardı. Bu Hüseynqulu ağanın babsından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu". Əşya surəti oxucuya əsərdəki əsas surətlərin həyat tərzini, zövqünü, marağını, başqalarına münasibətini, eləcə də müxtəlif dövrlərdə adamların yaşayış tərzini öyrənməyə, dərk etməyə imkan verir. Heyvan surəti, bədii əsərdə əşya surətlərindən başqa heyvan surətləri də verilir.Məsələn Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində Şəbdiz,Gülgün, "Koroğlu" dastanında Qırat, Dürat, "Məlikməmməd" nağılında Zümrüd quşu, "Ağ atlı oğlan" nağılında aslan , quş, at, "Qaçaq Nəbi" dastanında Boz at, A.Şaiqin "Köç" hekayəsində Qızıl it və s. Azərbaycan ədəbiyyatında heyvan surətlərinin səciyyəvi nümunələridir.
Çoxistifadəçili əşya yönümlü
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi - Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Əşyaların interneti
Əşyaların interneti (İoT) — fiziki cihazların, maşınların, məişət cizahlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış elektronikalar, proqram təminatları, senorlar və qəbul edicələrlə bu əşyaların biri — birinə bağlanması və verilənləri ötürməsidir. Əşyaların birbaşa kompüter sistemlərinə çıxışı effektivliyin artmasına, yeni iqtisadi üstünlüklərin yaranmasına və insan əməyinə qənaətə gətirib çıxarır.Əşyaların İnterneti cihazlarının sayı 2017-ci ildə 31% artaraq 8.4 milyarda çatmış və 2020-ci ildə bu sayın 30 milyarda çatacağı gözlənilir. Əşyaların İnternetinin bazar dəyəri 2020-ci ildə 7.1 trilyon dollara çatacağı proqrnozlaşdırılır.Əşyaların İnterneti standart internetə çıxışı olan cihazlardan, belə ki, kompüter, notbuk, smart telefonlar və tabletlərdən əlavə digər ənənəvi "ağıllı olmayan" əşyaların və ya gündəlik əşyaların internetə çıxışını əhatə edir. Bu əşyaların içərisinə yerləşdirilmiş yeni texnologiyalar nəticəsində artıq onlar da internet üzərindən bir-birinə qarşılıqlı təsir edə bilər, o cümlədən bu əşyalar uzaqdan idarə edilə və ya monitor edilə bilər. == İstinadlar == == Ədəbiyyat == Acharjya, D.P.; Geetha, M.K., redaktorInternet of Things: Novel Advances and Envisioned Applications. Springer. 2017. 311. ISBN 9783319534725. Li, S.; Xu, L.D., redaktorSecuring the Internet of Things.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.83 dəfə / 1 mln.
2003 •• 1.97
2004 •••••• 8.09
2005 ••••• 6.75
2006 ••••• 6.76
2007 ••••• 6.98
2008 •• 2.44
2009 •••••••• 11.36
2010 •••••• 9.62
2011 •••••• 8.84
2012 •••••••• 11.70
2013 •••••••••• 15.46
2014 ••••••••• 14.24
2015 •••••• 8.85
2016 •••••• 8.50
2017 ••••••••• 13.82
2018 •••••••••••••••••••• 32.21
2019 ••••••••••••••••••• 30.18
2020 ••••••••••••••••••• 30.10

əşya sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “şey” söz. cəmi] 1. Şeylər. Ev əşyası. – Nişandan toya qədər qız evi qıza veriləsi cehiz əşyasını tədarük etməklə məşğul olur. R.Əfəndiyev. Məsmənin otağı ev əşyasından tamamilə boş imiş. S.Hüseyn. Səttarxan Tehrana köçdükdə ev əşyasını aparmamışdı. M.S.Ordubadi. [Qadir] bütün süslü-bəzəkli əşyasını bir boğçaya bağladı və hamamçıya tapşırdı. H.Sarabski. 2. fəls. Hiss orqanları tərəfindən qavranılan hər hansı bir konkret maddi hadisə, şey, obyekt. Əşya ilə onu ifadə edən söz arasında əlaqə. – [Divanə:] Məncə həm mahiyyəti-əşya bütün; Başqa rəng almaqdadır guya bu gün. H.Cavid. ◊ Əşyayi-dəlil hüq. – müttəhimin günahkar olub-olmadığını sübut edən hər hansı bir şey, maddi sübut. Məhkəməyə əşyayidəlil təqdim etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / əşya

əşya sözünün rus dilinə tərcüməsi

  • 1 вещи, предметы

    Azərbaycanca-rusca lüğət / əşya
  • 2 I сущ. 1. предмет: 1) всякое конкретное материальное явление, воспринимаемое органами чувств. Əşya bildirən sözlər слова, обозначающие предмет(ы) 2) вещи бытового обихода, трудовой деятельности и т.п. Ev əşyaları предметы домашнего обихода, məişət əşyaları бытовые предметы 2. вещь. Şəxsi əşyalar личные вещи, ev əşyalarını yerbəyer etmək разместить домашние вещи, nadir əşyalar редкие вещи, lazımsız əşyalar ненужные вещи, əşyaların saxlanması хранение вещей II прил. 1. предметный. Əşya yazısı предметное письмо, əşya üsulu пед., псих. предметный метод 2. вещевой. Əşya anbarı вещевой склад, əşya torbası вещевой мешок

    Azərbaycanca-rusca lüğət / əşya

əşya sözünün inglis dilinə tərcüməsi

əşya sözünün fransız dilinə tərcüməsi

əşya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “şey” söz. cəmi] сущ. 1. шейер, затӀар; ev əşyası кӀвалин шейер; 2. филос. гьисс авунин органри кьатӀудай гьи хьайитӀани са гьакъикъи авай затӀ, объект; ** əşyayi-dəlil юр. тахсир субут ийидай затӀ (делил).

    Azərbaycanca-ləzgicə lüğəti / əşya

əşya sözünün türk dilinə tərcüməsi

əşya sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ƏŞYA’ ə. «şey» c. 1) şeylər, predmetlər; 2) t. şey, predmet. Əşyayi-dəlil məhkəmədə müqəssirin günahkar olub-olmamasını sübut edən şey; maddi sübut.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əşya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əşya nədir? #əşya sözünün mənası #əşya nə deməkdir? #əşya sözünün izahı #əşya sözünün yazılışı #əşya necə yazılır? #əşya sözünün düzgün yazılışı #əşya leksik mənası #əşya sözünün sinonimi #əşya sözünün yaxın mənalı sözlər #əşya sözünün əks mənası #əşya sözünün etimologiyası #əşya sözünün orfoqrafiyası #əşya rusca #əşya inglisça #əşya fransızca #əşya sözünün istifadəsi #sözlük