Çinarlar
Çinarlar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Çinarlar Dəvəçi rayonunun Düz Bilici inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gumur kənd icmasına mənsub ailələr Çinarlar adlı yerdə əvvəlcə oba kimi salmış, sonralar isə daimi yaşayış məntəqəsinə çevirmişlər. Oykonim "çinar ağacı ilə zəngin" deməkdir.