Çində sözü azərbaycan dilində

Çində

Yazılış

  • Çində • 99.9734%
  • çində • 0.0266%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çində buddizm
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi. Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyğurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir.
Çində din
ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökumət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai yerlərdə təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq toplantılarında təmsil olunmaq və siyasi məsləhət şuralarında dövlət işlərinin bütün səviyyələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. Çin və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur. Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib.
Çində islam
İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular. 13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır.
Çində nəqliyyat
Çində nəqliyyat — Çin Xalq Respublikasındakı nəqliyyat sistemi və nəqliyyat növləri. Çin Xalq Respublikasında nəqliyyat şəbəkəsi qeyri-bərabər yerləşdirilmişdir. Ölkənin meridional və enlik magistralları şəbəkəsi hesab olunan başlıca nəqliyyat dəhlizləri karkası ölkənin şərqindəki və cənub-şərqindəki iqtisadi cəhətdən mənimsənilmiş ərazisinin böyük bir hissəsini əhatə edir. Çinin digər rayonlarında quru yolları nəqliyyat şəbəkəsi çox seyrəkdir və yaxud da ümumiyyətlə yoxdur. Ölkənin qərb, cənub-qərb və mərkəzi hissəsindəki dağlıq ərazi, şərq və cənub-şərq hissəsindəki girintili-çıxıntılı sahil xətti tunel və körpülərin tikintisini zəruri etmişdir. Çininin sürətli iqtisadi inkişafı həm ölkə daxilində, həm də transsərhəd nəql. axınının intensivləşməsinə, dəniz portları və aeroportlar şəbəkəsinin genişlənməsinə və modernləşdirilməsinə, su, avtomobil və dəmir yolu nəqliyyatı ilə yükdaşımaların konteynerləşməsinin genişlənməsinə səbəb olmuşdur. Bütün nəqliyyat növlərinin yük dövriyyəsi 10 141,9 milyard ton/km (2007), o cümlədən su nəqliyyatının (çay və dəniz nəqliyyatı daxil olmaqla) – 63,4%, dəmir yolu – 23,5%, avtomobil nəqliyyatı – 11,2%, boru nəql. – 1,8%, hava nəqliyyatı – 0,1%-dir. Bütün nəqliyyatı növlərinin sərnişin dövriyyəsi – 2159,3 mlrd.
Çində protestantlıq
Çində protestantlıq — Protestantlıq Çində XIX əsrdə yayılmışdır. 1842-ci ildən 1932-ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri yaranmışdır. 1900-cü il "Boksçular" üsyanından sonra protestant missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, xəstəxana və digər müəssisələr açmışdılar. Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin xalqının və vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb olurdular. 20-ci əsrin əvvəlində bir neçə uzaqgörən Çin liderləri ölkəsinə və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o dövrdə həyata keçirmək hələ mümkün deyildi. 1950-ci ilin yayında 40 görkəmli Çin xristianı "Yeni Çinin yaradılması üçün Çin xristianlarının etməli olduqları cəhdlər" deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də ruhani olmayanları öz kilsələrini təbliğ etməyə və maliyyə münasibətlərində dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu prinsiplər sonralar "üçqat müstəqillik" kimi məşhur olmuşdur.
Çində qadınlar
Çində qadınların həyatı, son Tzin sülasənin islahatları, Cümhuriyyət dövründəki dəyişikliklər, Çin Vətəndaş Müharibəsi və Çin Xalq Respublikasının yüksəlişi səbəbindən əhəmiyyətli dərəcədə dəyişildi. Qadınların azadlığına nail olmaq, ÇXR-nin başlanğıcından bəri Çin Kommunist Partiyasının gündəmindədir. Mao Zedong məşhur sitatda demişdir "Qadınlar səmanın yarısını tuturlar." 1995-ci ildə Çin Kommunist Partiyasının baş katibi Tsyan Tsemin gender bərabərliyini rəsmi dövlət siyasəti əsasında həyata keçirdi. Çin daha böyük gender bərabərliyini əldə etməkdə olduqca müvəffəq olsa da, qadınlar kişilərlə müqayisədə daha aşağı bir status almışdı. İnqilabdan əvvəl Çində ənənəvi evlilik fərdlər arasında deyil, ailələr arasında bir müqavilə idi. Gələcək bəy və gəlinin valideynləri, iki ailə arasındakı ittifaqa əsaslanaraq nikah qururdular. Həyat yoldaşı seçimi sevgi və cazibə deyil, ailə ehtiyaclarına və potensial həyat yoldaşının sosial-iqtisadi vəziyyətinə əsaslanırdı. Qadının rolu ərinin sosial vəziyyəti ilə bir qədər dəyişsə də, adətən onun əsas vəzifəsi soyadını davam etdirmək üçün bir oğul təmin etmək idi. Evlilik təşkili bir gəlin qiyməti, gəlinin ailəsinə veriləcək hədiyyələr və gəlinin ailəsindən yeni evində istifadə etmək üçün bəzən paltar, mebel və ya zinət əşyaları ilə danışıqları əhatə edirdi. Bir qadının evliliyi üçün pul təzminatı mübadiləsi, satın alma nikahlarında da istifadə edildi.
Çində rəqs
Çində rəqs, bir çox müasir və ənənəvi rəqs janrını özündə əks etdirən çox fərqli bir sənət növüdür. Rəqslər xalq rəqslərindən opera və balet teatrındakı tamaşalara aid bir sıra rəqsləri əhatə edir və xalq şənliklərində, mərasimlərdə və mərasimlərdə istifadə edilə bilər. Çində rəsmi olaraq tanınan 56 etnik qrup var və hər birinin öz xalq rəqsləri var. Ən məşhur Çin rəqslərinə əjdaha rəqsi və aslan rəqsi daxildir. Çində müxtəlif rəqs formaları mövcuddur ki, onların yaranma tarixləri olduqca qədimdir. Uzun qollu rəqslər kimi bəzi müasir Çin rəqsləri ən erkən dövrlərdə, təxminən Çjou sülaləsinin başlanğıcında qeydə alınmışdır. Erkən dövrün ən vacib rəqsləri Tzin sülaləsindən əvvəl səsləndirilən ritual və mərasimli Yayue idi, lakin bu günə qədər yalnız Konfutsi mərasimlərinin bir hissəsi olaraq ifa olunur. Altı sülalə dövründə (220–589) Çin rəqsləri və musiqisi Orta Asiya mədəniyyətindən güclü şəkildə təsirlənmişdir. Tan Sülaləsi dövründə rəqs sənəti zirvəyə çatdı, bu rəqslər çox müxtəlif idi və Orta Asiyadan gələn rəqslər özlərinə görə populyar idi. Bu dövrdə çox sayda rəqs qeydə alınmışdı, məsələn, Tan sülaləsinin genişmiqyaslı saray tamaşaları bura daxil idi.
Çində səhiyyə
Çində səhiyyə — Çin Xalq Respublikasındakı səhiyyə sistemi. 2006-cı ildə Çin Xalq Respublikasında əhalinin hər 100 min nəfərinə 155 həkim, 111 orta tibb işçisi, 2002-ci ildə isə 11 stomatoloq, 28 əczaçı, 3 mama düşürdü. Səhiyyəyə qoyulan xərc 2003-cü ildə ÜDM-in 4,7%-ni təşkil etmişdir. 2005-ci ildə bu göstərici büdcə hesabına 38%, özəl sektor hesabına 62% maliyyələşdirmədən ibarət idi. 1949-cu ildən etibarən Çin hökuməti əhalinin sağlamlığına böyük təsir göstərmişdir. Sağlamlıqla əlaqəli əsas parametrlər belədir: Mənbə: www.gapminder.org. Səhiyyə sisteminin hüquqi tənzimlənməsi ölkənin Konstitusiyası, şəhər qulluqçularının baza tibbi sığortası haqqında ÇXR Dövlət şurasının 1998-ci il tarixli qərarı; tibbi praktika haqqında 1999-cu il tarixli, əhali və ailə planlaşdırılması haqqında 2001-ci il tarixli, dərmanlar haqqında 2001-ci il tarixli, infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi haqqında 2004-cü il tarixli qanunlar; vərəmin profilaktikası, müalicəsi, nəzarəti üzrə tədbirlər haqqında 1991-ci il tarixli qərar və ənənəvi Çin təbabəti haqqında 2001-ci il tarixli Əsasnamə ilə həyata keçirilir. Ən çox yayılmış infeksiyalar bakterial diareya, əhalinin 10%-ində hepatit B, leptospiroz və malyariyadır. Bütün ölüm hadisələrinin 80%-nin səbəbi xroniki xəstəliklərdir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri 2005-ci ildə bədxassəli şişlər, serebrovaskulyar xəstəliklər, travmalar, ağ ciyər və ürəyin işemik xəstəlikləri olmuşdur.
Çində Yeni il
Çin Yeni ili — Çində təntənə ilə qeyd olunan bayram. Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Çində ali təhsil
Çində ali təhsil — Çin Xalq Respublikasının ali təhsil sistemi Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir. Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.
Çində kənd təsərrüfatı
Çində kənd təsərrüfatı — Çin Xalq Respublikasının məşğulluq, ixracat və milli gəlirə etdiyi faydaları ilə əhəmiyyətli bir sektordur. 1949-cu ildə Çinin ictimai istehsal və milli gəlir strukturunda kənd təsərrüfatının payına təxminən 70% düşürdü. İnqilabdan sonrakı inkişaf illərində kənd təsərrüfatının əhəmiyyəti nisbətən azalsa da, iqtisadiyyatın başlıca sahəsi kimi qalmaqdadır. O, 70%-lik göstərici ilə yüngül sənaye üçün xammalın əsas tədarükçüsüdür. Kənd təsərrüfatı məhsulu istehsalının ölçülərinə görə Çin dünyada nəhənglərdən hesab edilir. Kənd yerlərində məşğul əhalinin sayı 313 milyon nəfər, ailə üzvləri ilə birlikdə isə 850 milyon nəfər təşkil edir ki, bu da birlikdə götürülmüş Rusiya, Yaponiya, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksikadan 6 dəfə artıqdır. Əkin yerlərinin daimi çatışmazlığı kənd təsərrüfatının başlıca xüsusiyyətlərinə çevrilir. 320 milyon hektar şumlanmış sahədən 224 milyon istifadə oluna bilir. Eyni zamanda şumluq torpağın sahəsi təxminən 110 milyon hektar təşkil edir ki, bu da dünya şumluq torpağının 7 % i deməkdir. Çin təsnifatına görə torpağın yalnız 21%-i yüksək məhsuldardır.
Çində mədəni inqilab
Mədəni inqilab (Çində) – 1965-ci ildə Çin Xalq Respublikasında nümunəvi kommunizm cəmiyyəti yaratmaq məqsədilə Mao Tszedun məktəbliləri və tələbə gəncləri inqilabi zorakılığa çağırdı. Xunveybinlər (“qırmızı keşikçilər”) və tszyaofanlar (“qiyamçılar”) partiya komitələrini və nazirlikləri dağıdır, müəssisələri, ali məktəbləri, elmi və mədəni müəssisələri zəbt edirdilər. İri partiya işçiləri, yazıçılar, alimlər üzərində istehzalı “məhkəmələr” qururdular. Bütün bu hərəkətlər “mədəni inqilab” adını aldı. O, XX əsrin 60-cı illərində Qərbdə gənclər hərəkatlarının bir çox liderlərini ruhlandırmış və Mao Tszedunu sol radikal gənclərin pərəstişkarına, kumirinə çevirmişdi. Lakin Çinin özündə “mədəni inqilab” kütləvi zorakılıqlar və ümumi xaos yaratdı: həm iqtisadiyyatın, həm də elm və mədəniyyətin inkişafına ağır zərbə endirdi. 1967-ci ilin sonlarında Mao Tszedunun özünün göstərişi ilə ordu ölkədəki situasiyanı öz nəzarəti altına aldı.
Çində orta təhsil
Çində orta təhsil — Çin Xalq Respublikasında mövcud olan orta təhsil sistemi. Çində orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bu ölkədə orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür. Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur. 6 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul imtahanı verərək növbəti 3 ili akademik təmayüllü orta məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola bilərlər. Orta təhsilin yuxarı pilləsinə qəbul imtahanı ildə bir dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, siyasət və fiziki təhsil fənlərindən təşkil olunur.
Çində polad sənayesi
Çində polad sənayesi tikinti, infrastruktur və istehsal sənayesinin sürətli modernləşdirilməsi ilə idarə olunmuş və inkişaf etmişdir. Polad sənayesi iyirminci əsrin əvvəllərində və hər iki dünya müharibəsi dövründə kiçik bir sahədə yerləşdirilmişdi. Polad infrastrukturunun əksəriyyəti müharibələr zamanı məhv edildi və Sovet texnologiyalarından istifadə edildi. Çin, kommunist hakimiyyətinin ilk dövrlərində mərkəzi planlaşdırma üsullarından istifadə etmələsinə baxmayaraq, polad sənayesinin inkişafında qərb ölkələrindən geri qaldı. Çin, Den Syaopinin on dörd il əvvəl 1978-ci ildə həyata keçirdiyi kapitalist islahatlarından sonra sürətli iqtisadi sənayeləşmə dövrü keçirdi. Polad sənayesi istehsalını tədricən artırdı. Çinin illik xam polad istehsalı 1996-cı ildə 100 milyon ton idi. Çin 1999-cu ildə 123 milyon ton polad istehsal etdi. ÜTT-yə yüksəldikdən sonra avtomobil istehsalçıları, istehlakçı elektronika və inşaat materialları kimi istehsal sahələrinin artan tələbatı üçün istehsalını aqressiv şəkildə genişləndirdi. 2008-ci ilədək polad qiymətləri qalxdı və Çin dünyanın ən böyük üç polad istehsalçısı tərəfindən qiymət artımlarına könülsüz razılaşmalı oldu.
Çində qadın sağlamlığı
Çində qadın sağlamlığı Çin Xalq Respublikasındakı (ÇXR) qadınların sağlamlığından bəhs edir ki, bu da Çində kişilərin sağlamlığından bir çox cəhətdən fərqlənir. Ümumiyyətlə, sağlamlıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konstitusiyasında "xəstəlik və ya zəifliyin olmaması deyil, tam fiziki, zehni və sosial rifah vəziyyəti" olaraq təyin edilir. Çinli qadınların sağlamlığının vəziyyəti Çinin tarixi kontekstləri və son yeddi onillikdə iqtisadi inkişafı ilə əlaqədardır. Çində qadınların sağlamlığına dair tarixi bir perspektiv islahatlardan əvvəl (1949–1978) və islahatdan sonrakı dövrdə (1978-ci ildən bəri) qadınlar üçün səhiyyə siyasətlərini və nəticələrini araşdırmağı tələb edir. Ümumiyyətlə, Çində qadın sağlamlığı, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri əhəmiyyətli dərəcədə yaxşılaşd. Bununla birlikdə, gender bərabərsizliyi və Çin siyasi sisteminin mürəkkəbliyi ilə əlaqəli ənənəvi Çin ideologiyasına görə, qadın sağlamlığının reproduktiv sağlamlıq və HİV/ AİDS kimi bir çox aspektləri baxımından problemlər hələ də artmaqdadır. Çinin ÜTT-yə daxil olması iqtisadi inkişafını daha da həvəsləndirmək və bazar quruluşunu yaxşılaşdırmaq üçün qəbul edilsə də, ÜTT-yə qoşulmağın Çinin işçi qüvvəsini pisləşdirəcəyindən də narahat idi, çünki dövlət müəssisələrində həddindən artıq muzdlu işçi qüvvəsi "səmərəsiz" hesab edilə bilər. Çin qlobal bazara çıxdı. Üstəlik, aparılan araşdırmalar Çində işçi qüvvəsinin yalnız% 40-ı qadınlardan ibarət olduğunu göstərdi, lakin işdən çıxarılanların% 60-ı qadınlar idi ki, bu da qadınların kişilərə nisbətən bu təsirlərə qarşı daha həssas olduğunu göstərdi. 2008-ci ildə əldə edilmiş statistik göstəricilər kişilərin qadınlara nisbətən daha yüksək fiziki rifahdan istifadə etdiyini göstərmişdir.
Çində roman katolisizm
Katoliklik Çində VII əsrdən meydana gəlmişdir. 635-ci ildə Tan imperator u Taytszunun hakimiyyəti dövründə Şensi əyalətində nestorianlar kimi tanınan xristian təriqəti üzvləri peyda oldular. Onların yaratdıqları kilsə 200 ildən artıq tərəqqi etmiş, lakin sonra unudulmuşdur. 1245-ci ildə Çinə italyan və fransıq missionerləri gəlirlər. Onların təbliğ etdikləri dini çinlilər yeliven adlandırırdılar. Öz sələfi kimi o da bir müddətdən sonra itdi. 1582-ci ildə italiyalı yezuit Matteo Riççi Çinə gəlir. O, 1601-ci ildə Pekinə düşür. Onun Min imperatoru Şentszuna gətirdiyi hədiyyələr içində bir neçə zəngli saat da var idi. Tezliklə o, min sarayının mərasimlər naziri Syuy Quantsi ilə dost olur.
Çində vətəndaş müharibəsi
Çin vətəndaş müharibəsi (çin. 國共内戰) — Çin Respublikası qüvvələri ilə Çin kommunistləri arasında 1927-1950-ci illərdə (fasilələrlə) baş vermiş silahlı qarşıdurmalar seriyası. Müharibə 1927-ci ildə Şimal yürüşündən sonra, Çan Kayşinin rəhbərlik etdiyi Qomindanın sağ qanadının qərarı ilə Qomindan ilə ÇKP arasındakı ittifaqın pozulan zaman başladı. 1936-cı ilin dekabrında Qomindan generalları Çjan Syuelan və Yan Xuçen, "Sian insidenti" adlandırılan hadisə zamanı Çan Kayşini həbs etdi, hər iki tərəfin yapon işğalçılarına qarşı mübarizəyə diqqət yetirməsi üçün kommunistlərin atəşkəs təklifini qəbul etməsini məcbur etdi. Yaponiya üzərində qələbədən sonra vətəndaş müharibəsi yenidən canlandı. Çin-yapon müharibəsi (1937—1945) Непомнин О. Е. История Китая. XX век. — М.: Институт востоковедения РАН, 2011. — 722 с.
Çində teatr
Teatr sənəti Çin xalqının mənəvi həyatında teatr sənəti mühüm yer tutur. Çin musiqili teatrı (opera) ustalıqla yazılmış mətn və həyata keçirilmə texnikası ilə musiqi, oxuma, rəqs, akrobatika və hərb sənəti təmrinləri elementlərini özündə birləşdirir. Ənənəvi Çin operasında şərtilikdən geniş istifadə olunur, simvolika aktiv tətbiq edilir. Belə ki, məsələn, evə girmə və ya çıxma, pilləkənləri qalxma və ya enmə və s. xüsusi hərəkətlərlə təsvir edilir. Çin ənənəvi teatr formalarından ən mötəbəri Pekin operasıdır. Onun musiqisi, əsasən, zərb alətlərinin böyük emosional effekt yaratdığı orkestr musiqisidir. Əsas zərb alətləri qonq və barabanlardır. Həmçinin ağac və bambukdan hazırlanmış şıx-şıxlardan, simli alətdən (Pekin skripkası) də istifadə olunur. Çin üçün teatr sənətinin yeni forması, meydana gəlməsi 1906-cı ilə aid edilən danışıq dramıdır, hazırda bu incəsənət növü geniş yayılmışdır.
Çində turizm
Çin XXI əsrdə dünyada ən yüksək artım tempinə malik iri turizm xidməti bazarına çevrilmişdir. Çin ölkəyə gələn xarici turistlərin sayına görə (56 mln., 2015; 22,2 mln., 2006; 10,2 mln., 2000) dünyada 4-cü (Fransa, İspaniya və ABŞ-dən sonra) yeri tutur. Koreya Respublikasından (3,9 mln.), Yaponiya (3,8 mln.), Rusiya (2,4 mln.), ABŞ (1,7 mln.), Malayziya (0,9 mln.) və Sinqapurdan (0,8 mln.) gələnlərin sayı daha çoxdur. Çinə səfərlərin 60 %-ni işgüzar məqsədlərlə turizm təşkil edir. Çin statistikası Syanqan və Aomın xüsusi inzibati rayonlarından ölkənin kontinental hissəsinə səfər edən həmvətənlərini (98,3 mln., 2006), həmçinin Tayvan əyalətindən (4,4 mln. insan) olan müsafirləri də xarici turistlərə aid edir. 2010-cu ildə xarici turizmdən (Syanqan, Aomın və Tayvan sakinlərinin səfərləri də daxil olmaqla) əldə olunan gəlir təqribən 45 mlrd. dollar təşkil etmişdir (16,2 mlrd. dollar, 2000; 2,2 mlrd. dollar, 1990).
Çində təhsil
Çində təhsil — Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. Çin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. İlk Çin universitetinin əsası e.ə. 124-cü ildə qoyulmuşdu. Belə ki, həmin vaxt imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Bizim eranın 200-cü ilində isə Çin universitetində 3 min tələbə 7 il ərzində ali təhsil alırdı. Tay Tsunun hökmranlığı dövründə – 627–649-cu illərdə həyata keçirilən əsas dəyişikliklərdən biri imtahan sisteminin geniş miqyasda tətbiq edilməsi idi. Suy imtahanları artıq Kao Tsunun başçılığı altında yenidən qurulmuşdu. O, paytaxtdakı yüksək səviyyəli Suy sistemini canlandırmışdı.
Çində urbanizasiya
İslahat və açılış siyasətinin başlamasından sonra Çində urbanizasiya sürətlə artdı. 2020-ci ilədək ümumi əhalinin 60,6% -i şəhər yerlərində yaşayırdı ki, bu da 1978-ci ildəki 17,92%-dən dramatik bir artım idi. 2010-cu ilə qədər İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), hazırda Çində 15 meqapolis olduğunu təxmin edir. Şəhər əhalisi 1950–1965-ci illərdə təqribən 3–20% arasında artdı. Əhali 1958–1961-ci illərdə kütləvi sənayeləşmə səyləri ilə birlikdə 'böyük sıçrayış' yaşadı. 1965–1975-ci illərdəki Mədəni İnqilab illərində 'paslanma' nəticəsində şəhər əhalisinin artımı azaldı. 1962–1978-ci illərdə təqribən 18 milyon şəhər gəncinin kəndə köçdüyü təxmin edilir. Lakin, 1978-ci ilin sonunda islahatlara başlanıldıqdan sonra şəhər əhalisinin artımı sürətlənməyə başladı. Xarici investisiyaların axını şəhər əhalisinin artımına təkan verən kütləvi məşğulluq imkanları yaratdı. 1990-cı illərdə şəhər əhalisinin artımı yavaşlamağa başladı.
Çində xristianlıq
Xristianlıq Çinə hələ VII əsrdə daxil olmuşdur, onu yaymağa bütün avropalılar – portuqallardan tutmuş ingilislərəcən cəhd etmişlər – buna baxmayaraq, o, Çin hökumətinin müqavimətinə görə burada tam yayıla bilməmişdir. Hazırda bu dinin ardıcılları (katoliklər və protestantlar) Çində təxminən 4 mln. təşkil edir.
Çində zəlzələlər
Çində baş verən zəlzələlərin siyahısı
Çində çayçılıq
Çində çayçılıq — Çin Xalq Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay istehsalının həcminə görə Çin Xalq Respublikası dünya bazarında ən böyük istehsalçılardandır. Ölkə hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Çində çirklənmə
Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur. Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur. Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.
Çində Nüvə Test Bazası
Çin Nüvə Test Bazası və ya Çin Xalq Qurtuluş Ordusunun 21-ci Eksperimental Təlim Bazası (PLA 63650) ― Sintszyan-Uyğur Muxtar Rayonunun Bayingoleng Monqol Muxtar Prefekturasında, Heshuo bölgəsinin Nairenkeer qəsəbəsində, Lobnor gölününü qərbində yerləşən baza. Strateji güc kosmik sistemlər Birliyinin birbaşa dəstəyi altında araşdırma və sınaq vahididir. 1950-ci illərdə, atom bombaları və raketlərin inkişafı rəsmi olaraq başlanandan sonra, atom bombaları və raket bazalarının istehsalı da gündəmə gətirildi. Çin Xalq Respublikası Milli Müdafiə Naziri Peng təlimatları "Raket bazalarında, atom bombası sınağı sahəsindəki sahə problemləri" Xilian'a tapşırıldı, o, komandir idi. Rong Zen, birlikləri düzəltməkdən narahat idi və onları gizlilik üçün əlverişli olan sistemdən çəkmək yaxşı olduğunu düşündü. Raket bazasının inşası əsasən Çen Şizuya tapşırılmışdı və atom bombası poliqonunun yer seçimi əsasən Sovet mütəxəssislərinin rəhbərliyi altında idi. Mərkəzi Hərbi Komissiya nüvə silahı poliqonunun inşasını təyin etdikdən sonra Milli Müdafiə Nazirliyi sahə seçmə komitəsini təşkil etdi. Üzvlər arasında Çen Şizu, Jiang Ven, Tang Kai, Li Zhaobang, Çang Yong və Sai Feng var idi. Onlar və Abi Andreev və dörd Sovet mütəxəssisi birlikdə yer seçmə planını araşdırdı. Çen Şizuya, komitə üzvləri, Çin Xalq Respublikasının İkinci Maşın Sənayesi Nazirliyindən Guo Yinghui və dörd Sovet mütəxəssisi, atom bombası sınağını araşdırmaq üçün Dunhuangın qərbindəki Gansu bölgəsinə getdilər.
Çində daş oyma sənəti
Çində daş oyma sənəti müxtəlif mənşəli və rəngli bəzək daşlarının işlənməsi ilə əlaqəli zərgərlik növüdür. Sənətkarlar, işlənməsi asan olan taxta və gil üzərində uzun müddət işlədikdən sonra bəzək daşlarına diqqət yetirdilər. Daşdan və vulkanik şüşədən hazırlanan məhsullar işlənməsi çətin və uzun müddət tələb edirdi. Çində daş oyma sənətinin inkişafının başlanğıcı olaraq Eramızdan əvvəl 5-ci minillik qeyd edilir. Bu zaman, ritual baltalar və bıçaqlar yuvarlaq hissələrlə yəşimnən hazırlanmışdı və kənarlarına diqqətlə cilalanmış və itilənmiş bıçaqlar tutacaqa bərkidilməsi üçün dəliklər qazılmışdı. Çində Arxeoloji tapıntılar arasında eramızdan əvvəl IV–I minilliklərə aid yəşim məhsullarının nümunələri aşkar edilmişdir. Süd ağından parlaq yaşıl rəngə qədər fərqli bir rəngə sahib olan mineralın işlənməsi çətin idi və cilalanma qabiliyyəti ilə diqqəti cəlb edirdi. Həm düz yəşim lövhələr, həm də kiçik parçalar işlənirdi. Sərt (polad kimi), ağır xammalın işlənməsində xüsusi emal vasitələri istifadə edilirdi. Ancaq psixoloji cəhətdən hazır olan və bir parça üzərində aylarla işləyə bilən Çinin sənətkarları qiymətli daşlarla necə ustalıqla davranmağı öyrəndilər.
Çində iş prosesi autsorsinqi
Ticarət Nazirliyinin hesabatına görə 2016-cı ildə daxili və ixrac bazarları üçün İT və digər xarici xidmətlər də daxil olmaqla Çində iş prosesi autsorsinqi 1 trilyon yuanı (təqribən 145 milyard dollar) keçmidir. Autsorsinq sənayesi 2000-ci illərdə Çində kiçik miqyasdan başlayaraq sürətlə böyüdü.İT sənayesi məsləhətçisi olan IDC, 2006-cı ildə İT xidmətlərinin xarici qaynaqlanması illik 30% artarkən, bazar həcminin 2005-ci ilin sonunda 586 milyon dollar olduğunu təxmin etdi. İT xidmətlərinin əksəriyyəti daha sonra Yaponiyada cəmləşmiş dəniz müştəriləri olan yerli şirkətlərə təklif edildi. Xinhuaya görə 2016-cı ilədək "Bulud hesablamalar, böyük məlumatlar, əşyaların interneti və mobil İnternet" tərəfindən idarə olunan autsorsinq hər il təxminən 20% sürətlə böyüyürdü. 2015-ci ildə ixrac bazarlarına təqdim edilən autsorsinq xidmət mənbəyinin 87 milyard ABŞ dolları məbləğini İT ilə əlaqəli xidmətlər təşkil etmişdir. Çində yerləşən ən böyük İT autsorsinq şirkətlərinə ChinaSoft və Pactera daxildir. ABŞ-da yerləşən, lakin Çin mərkəzli ən böyük xarici şirkətlərdən biri VXI Globaldır. ChinaSoft isə Huawei tərəfindən dəstəklənir. Pactera, 2012-ci ildə iki sənaye lideri olan VanceInfo və HiSoftun birləşməsi ilə meydana gəldi.VXI Global, 2016-cı ildə özəl kapital şirkəti olan Carlyle Group tərəfindən təqribən 1 milyard ABŞ dollarına alınıb. Minlərlə rəsm əsərinin kütləvi istehsalı və ya xarici sənətkarların təlimatı əsasında orijinal əsərlərin icrası Çinə təhvil verilir.
Çində milli çay muzeyi
Çin Milli Çay Muzeyi (çin. 中国茶叶博物馆, Zhōngguó Cháyè Bówùguǎn) — Çinin Hançjou şəhərində çaydan formasında inşa olunmuş muzey. Çaydan formasında olan ən böyük abidə kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Muzey 1991-ci ildə yaradılmışdır. Muzeyin hündürlüyü 73.8 metrə, diametri 24 metrə, daxili ərazisinin ümumi sahəsi isə 5000 kv.m-ə çatır. Muzey binasının yaxınlığında fincan formasında olan daha bir bina yerləşir.
Çində qida təhlükəsizliyi
Dünyanın ən çox məskunlaşmış ölkəsi olan Çində qida təhlükəsizliyi əsasən kənd təsərrüfatına aiddir. Çinin əsas məhsulu alma və digər meyvə və tərəvəzlərə əlavə olaraq düyü, qarğıdalı, buğda, soya və pambıqdır. Çinin əsas heyvandarlıq məhsullarına donuz əti, mal əti, süd və yumurta daxildir. Çin hökuməti kənd təsərrüfatı istehsalı ilə yanaşı qida qablaşdırmasına, kimyəvi qatqıların istehsalı, dərman istehsalı və ticarətin tənzimlənməsinə nəzarət edir. Son illərdə Çin hökuməti, 2003-cü ildə Çin Dövlət Qida və Dərman İdarəsinin yaradılması ilə qida təhlükəsizliyi tənzimləməsini birləşdirməyə çalışdı. Məmurlar qida təhlükəsizliyi problemlərini həll etmək üçün artan ictimai və beynəlxalq təzyiqlərə məruz qalmışdılar. Çin Baş nazirinin müavini Li Keqiang, "Qida vacibdir və təhlükəsizlik birinci dərəcəli prioritet olmalıdır. Qida təhlükəsizliyi insanların həyatı və sağlamlığı, iqtisadi inkişaf və sosial harmoniya ilə yaxından əlaqəlidir" dedi. Dövlət Şurası nəzdində təxminən on hökumət idarəsi və nazirlik Çində qida təhlükəsizliyini izləyir. Bunlara Səhiyyə Nazirliyi, Dövlət Qida və Dərman İdarəsi və Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Ticarət Dövlət İdarəsi, Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş İdarəsi, Ticarət Nazirliyi, Elm Nazirliyi və Texnologiya və Milli Bəslənmə və Qida Təhlükəsizliyi İnstitutu.
Çində roman katolisızm
Çində su təchizatı və sanitariya
Çində su təchizatı və sanitariya — Çin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır. Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir.
Çində sürətli qatar
Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir. 2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir. Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır. Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur.

"çində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çində nədir? #çində sözünün mənası #çində nə deməkdir? #çində sözünün izahı #çində sözünün yazılışı #çində necə yazılır? #çində sözünün düzgün yazılışı #çində leksik mənası #çində sözünün sinonimi #çində sözünün yaxın mənalı sözlər #çində sözünün əks mənası #çində sözünün etimologiyası #çində sözünün orfoqrafiyası #çində rusca #çində inglisça #çində fransızca #çində sözünün istifadəsi #sözlük