* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət. 2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün). [Mirzə Qoşunəli:] İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get, çıx minarənin başına, oradan azan ver? Ə.Haqverdiyev. Qışın çilləsində isti sobanın, közərən buxarının qırağında oturan adam qızmar günləri fikrinə gətirib, damcılı bulağı xatırlayırdı. S.Rəhimov. □ Böyük çillə – qışın ilk 40 günü. Qışın böyük çilləsində qəzadan hava çox xoşdur. N.Vəzirov. Kiçik çillə – qışın böyük çillədən sonra gələn 20 günü. Kiçik çillənin çıxmağına on gün qalırdı. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / çillə2 f. 1) doğuşdan, toydan, ölümdən keçən qırx gün; 2) qışın böyük (40 gün) və kiçik (20 gün) çillədən ibarət ilk 60 günü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / çillə3 fars. çellə Yay-oxun kirişinə deyilir. (“Koroğlu” dastanının lüğəti) Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə yazır: Görünür, kiriş 40 sapdan (ipdən) eşilmiş olub (çillə 40 deməkdir). Yay-oxu çilləyə mindirib Dəmirçioğlunun başındakı almaya düz qırx ox atdı. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası / çillə4 fars. çellə 1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət. 2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün). Yalan olmaz mən fəqirin sözündə, Qışın çilləsində, bahar yazında. Əyləşdim viran Qarsın düzündə, Baş götürüb Qeysər deyə gedirəm. (“Qulam Kəmtər”) çillə2 fars. çellə Yay-oxun kirişi. Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə yazır: Görünür, kiriş 40 sapdan (ipdən) eşilmiş olub (çillə 40 deməkdir): Şahzadə Bəhrəm irəli yeridi. Oxunu çilləyə qoydu. Kəkliyə bir ox atdı. Bəhrəmin oxu da kəkliyə dəymədi... Acıqlı-acıqlı üçüncü oxunu çilləyə mindirib atdı. Bu ox da dəymədi. (“Şahzadə Bəhrəm”) * Nəzər salıb qara daşı dindirən, Hökm ilə ay ilə günü döndərən, On dörd oxu bir çilləyə mindirən, Kimin vardır kamandarı təkhatək? (“Şahzadə Əbülfəz”)
Azərbaycan dastanlarının leksikası / çillə1 Fars sözüdür və mənası “40” deməkdir, farsca əsli “çellə”dir. Yay-oxun kirişinə deyirlər. Görünür, 40 sapdan olurmuş. Uşaq anadan olandan 40 gün sonra onun çilləsini alırlar. Dekabrın 25-dən fevralın 5-ə qədər olan dövr (təxminən, 40 gün edir) böyük çillə hesab olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çillə1 1. дышло; 2. сорокадневный период (после родов, свадьбы, смерти и т.д.);
Azərbaycanca-rusca lüğət / çillə2 сущ. о периодах зимы (по лунному календарю): böyük çillə первые 40 дней зимы (начиная с 21 декабря), kiçik çillə – последующие 20 дней зимы (ll месяц зимы)
Azərbaycanca-rusca lüğət / çillə1 i. 1. period of sixty days of winter; kiçik ~ period of twenty days of winter; böyük ~ period of forty cold days of winter from the beginning 2. forty days after birth
Azərbaycanca-ingiliscə lüğət / çillə1 сущ. 1. чила, чла (хайидалай, мехъерилай ва я кьейидалай инихъ алатай яхцӀур къан вахт); 2. чиле (хъуьтӀуьн чӀехи ва гъвечӀи чиледикай ибарат тир сифте гьан кьве варз, 60 югъ); böyük çillə чӀехи чиле (хъуьтӀуьн сифтегьан 40 югъ); kiçik çillə гъвечӀи чиле (хъуьтӀуьн чӀехи чиледилай кьулухъ къведай 20 югъ).
Azərbaycanca-ləzgicə lüğəti / çillə