çöllər sözü azərbaycan dilində

çöllər

Yazılış

  • çöllər • 81.2500%
  • Çöllər • 17.7083%
  • ÇÖLLƏR • 1.0417%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Yarımsəhra və quru çöllər iqlimi
Yarımsəhra və quru çöllər iqlimi — əsasən Mərkəzi çöl vilayəti (dəniz səviyyəsindən 400 m hündürlüyə qədər), Samurçaydan Qızılağac körfəzinə qədər dəniz sahili zona, Naxçıvan MR-nın Arazboyu düzənliklərində yayılmışdır. Həmçinin Lənkəran vilayətində Qızyurdu zirvəsindən şimalda qapalı dağ çökəkliklərində ( dəniz səviyyəsindən 1000 m-dən yuxarıda ) də rast gəlinir. Bu iqlim zəif rütubətlənmə (illik yağıntı miqdarının mümkün buxarlanmanın 15-50%-ni təşkil edir) və əsasən isti qışı ilə səciyyələnir. 10º-dən yuxarı orta sutkalıq temperatur cəmi 4000º-dən çox olub , Kür-Araz ovalığında 4400-4700º təşkil edir. Respublikanın ovalıq-çöl və sahil zonalarında yay xüsusilə qızmar olur. Bunu demək kifayətdir ki, yay mövsümünün ayrı-ayrı günlərində havanın temperaturu tez-tez 36-40º-yə çatır, bəzən isə daha yuxarı olub, isti-quru küləklərin yerli tipləri ilə ( ağ yel, qara yel) bağlı çox qızmar və quru hava hökm sürür. Belə hava aydın, sakit, günəşli günlərdə yerli hava kütlələrinin həddindən artıq qızması və yenidən formalaşmasının nəticəsidir. Bundan başqa belə quru və qızmar hava həm də bizim əraziyə (ümumiyyətlə - Cənubi Qafqaz ölkələrinin ərazisinə) cənubdan tropik havanın daxil olması, cənub siklonlarının qərbdən şərqə - Aralıq dənizi - Qara dəniz - Şimali Qafqaz istiqamətində keçməsi, həm də əlverişli sinoptik şəraitdə qızmar və quru Orta Asiya havasının şərqdən Xəzər dənizi üzərindən ərazimizə daxil olmasının nəticəsidir. Beləliklə, bəzən yay aylarında Azərbaycan özündə Xəzərin şərq sahilindəki səhraların isti və qızmar nəfəsini hiss edir.
Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Qara dəniz-Xəzər çölləri
Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir. Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya uyğun gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənub Asiyanı işğal etmişdirlər. Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir. Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir. == Coğrafiya və ekologiya == Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.
Quru çöllərin torpaqları
Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır. === Şabalıdı torpaqlar === Bu torpaqlar ensiz zolaq şəklində Qara və Azov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır. ==== Qonur səhra-çöl torpaqları ==== Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır. == İqlimi == Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır.
Yelisey çölləri
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. == Mövqeyi == Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2007 •••••• 0.21
2008 ••••••• 0.24
2014 ••••• 0.17
2015 ••••• 0.17
2018 •••• 0.15
2019 •••• 0.14

"çöllər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çöllər nədir? #çöllər sözünün mənası #çöllər nə deməkdir? #çöllər sözünün izahı #çöllər sözünün yazılışı #çöllər necə yazılır? #çöllər sözünün düzgün yazılışı #çöllər leksik mənası #çöllər sözünün sinonimi #çöllər sözünün yaxın mənalı sözlər #çöllər sözünün əks mənası #çöllər sözünün etimologiyası #çöllər sözünün orfoqrafiyası #çöllər rusca #çöllər inglisça #çöllər fransızca #çöllər sözünün istifadəsi #sözlük