gözlər sözü azərbaycan dilində

gözlər

Yazılış

  • gözlər • 86.1301%
  • Gözlər • 13.5274%
  • GÖZLƏR • 0.3425%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gözlər
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gozləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur.İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncundən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır. Buna buynuz qişa deyilir.
Gözlər (tarixi termin)
Gözlər (nid. Geuzen, fr. Les Gueux) — Hollandiya inqilabının 1566-cı ildən Hollandiyada ispan ağalığına qarşı döyüşən iştirakçıları. Gözlərin böyük hissəsi dənizdə döyüşürdü və bu səbəbdən dəniz gözləri (nid. watergeuzen, fr. Gueux de mer) adı ilə tanınırlar. 1572-ci ildə dəniz gözləri tərəfindən Brillenin ələ keçirilməsi onların quruya çıxması üçün əlverişli meydan yaratdı və bunun nəticəsində şimaldakı Niderlandı ələ keçirərək burada Yeddi Birləşmiş Əyalət Respublikasını yaratdılar. Fəaliyyət göstərdikləri şəraitə və motivlərinə görə dəniz gözlərini kaper və ya dəniz qulduru hesab etmək olar.. == İstinadlar == == Xarici keçidlər == М. Лесников.
Böyük gözlər (film)
Böyük gözlər (ing. Big Eyes) — 2014-cü il ABŞ istehsalı bioqrafik-dram filmi. Film Tim Börtonun rejissorluğu ilə çəkilib. Ssenari müəllifi Skott Aleksandr və Larri Karaşevskidir. Baş rollarda Emi Adams və Kristof Valts çıxış edir. 1950–1960-cı illərdə keçən film, rəssam Marqaret Kin və onun partneri Volter Kinin münasibətlərindən bəhs edir.
Geniş açılmış gözlərlə (film, 2009)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur.Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi. Rejissor bir neçə sadə ştrix vasitəsilə baş qəhrəmanların gizlin emosiya tufanını, gərginliyini və xarakterlərini müvəffəqiyyətlə nümayiş etdirə bilmişdir.Filmdəki süjet səhnələrinin çəkilişləri Yerusəlimdə və Tel-Əviv-Yaffo şəhərlərində reallaşdırılmışdır.
Geniş bağlanmış gözlərlə (film, 1999)
"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut; sətri tərc. "Geniş bağlanmış gözlər") — Avstriya yazıçısı Artur Şnislerin "Yuxular haqqında novella" povesti əsasında rejissor Stenli Kubrikin çəkdiyi bədii film. İlkin mənbədən fərqli olaraq, burada hadisələr 1920-ci illər Vyanasından 1990-cı illərin Manhetteninə gətirilib. Baş rolları o zamankı ər-arvad Tom Kruz və Nikol Kidman ifa edirlər. Film izdivac həqiqətləri probleminə toxunur və özündə freydist işarələri ehtiva edir. Baş qəhrəman olan həkim Uilyam Harfordun Nyu-York küçələrində dolaşması yuxu və reallıq arasındakı hadisəni xatırladır. Çəkilişlər 1996-cı ilin noyabrından 1998-ci ilin iyununadək Londonda aparılmışdır. Kruz və Kidman rejissora lazım olduğu qədər çəkiləcəkləri öhdəliyi ilə bağlı açıq müqaviləyə imza atmışdılar. Stenli Kubrik vaxt çərçivəsinə əhəmiyyət vermədiyi üçün çəkilişlər ciddi surətdə uzanmışdı.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir.Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir.Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Gözlərindəki sirr (film, 2009)
Gözlərindəki sirr (isp. El secreto de sus ojos) — 2009-cu ildə çəkilmiş Argentina və İspaniyanın birgə istehsalı olan cinayət-dram filmidir. Film həm də ssenari müəllifi olan Eduardo Saçerinin La pregunta de sus ojos ("Gözlərindəki sual") əsəri əsasında ekranlaşdırılıb və rejissoru Xuan Xose Kampanelladır. Film 1974-cü ildə zorlama və qətl cinayətinin araşdırılması ilə məşğul olan məhkəmə işçisi Benjamin Esposito və hakim Irene Menendez Hastingsdən, bu cinayətin hadisə ilə əlaqədar bütün şəxslərdə buraxdığı izdən, 25 ildən sonra qəhrəmanların keçmişi və dəfn etdikləri hisslərini xatırlamalarından bəhs edir.Film həm Hollivud, həm də İspaniyada bir neçə mükafatın sahibi olub. Bunlardan ən əhəmiyyətlisi “«Xarici dildə ən yaxşı film» kateqoriyasında Oskar mükafatıdır. Bununla da Argentina 1985-ci ildə istehsal olunmuş “Rəsmi hekayə” filmindən sonra bu mükafatı iki dəfə qazanan ilk Latın Amerikası dövləti olub. Film həm də “İspan dilində ən yaxşı xarici film” nominasiyasında Qoya mükafatının qalibidir. Argentina tarixində 1975-ci il istehsallı “Nazareno Kruz və Canavar” filmindən sonra ən çox gəlir gətirən filmdir.2016-cı ildə BBC tərəfindən təşkil olunan səsverməyə əsasən 177 tənqidçi tərəfindən 21-ci əsrin ən yaxşı 100 filmindən biri seçilib. == Məzmunu == (Qeyd: filmdə hadisələrin həm keçmiş, həm də müasir dövrdə baş verdiyi üçün bu mətndə keçmişdəki hadisələri təsvir edərkən personajların soyadından, müasir dövrdə isə adlarından istifadə olunur. Məsələn, məhkəmə işçisi Benjamin “Esposito”-dan danışıldıqda onun soyadı, təqaüddə olan “Benjamin” Esposito nəzərdə tutulduqda isə onun adı çəkilir).
Gözlərinizi Qoruyun (1931)
Gözlərinizi Qoruyun (1953)
Gözlərinizi qoruyun (film, 1931)
Gözlərinizi qoruyun (film, 1953)
Pelisterin gözləri
Pelisterin gözləri — bunlar Pelisterin buzlaq mənşəlli gölləridir. Bu iki gölü həmçinin böyük və kiçik göllər olaraq adlandırırlar. Böyük göl 2218 m yüksəklikdə yerləşir. Onun uzunluğu 233 m, eni isə 162 metrdir. Kiçik göl isə 2180 metr yüksəklikdə yerləşir. onun uzunluğu 79 m, eni isə 162 metrdir. Böyük göl 14,5 m, Kiçik göl isə 2,6 m dərinliyə malikdir. Böyük gölün yanında 50–100 yerlik bir dağ evi və gəzinti, dağa dırmanma, dağ velosipedi və idman üçün gözəl terraslar var. Göllərə iki tərəfdən yaxşı işarələnmiş cığır yolu boyunca çatmaq olar. Bir cığır Nizepole kəndindən Lak Potok kəndində və ya Debel Rid ərazisindən xizək liftinədək, digər çığır isə yolsuzluq avtomobili ala biləcəyiniz Molika Oteldən Yorqov-Kamen kəndindən keçir.
Təpələrin gözləri var (film, 1977)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 1977-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. == Məzmun == Ailə Kaliforniya yolu ilə gedən zaman səhvən yeni model təyyarələrin sınaqdan keçirildiyi yerə düşürlər. Bu yoldan keçmək isə digər insanlara qadağandır. Onlar yol ilə gedən zaman qəzaya uğrayırlar. Amma təhlükə hələ qarşıdadır. Onlar yeni sivilizasiyadan xəbəri olmayan insanlarla qarşılaşacaqlar. Bu isə daha sonra qarabasmaya çevriləcəkdir...
Təpələrin gözləri var (film, 2006)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 2006-cı ildə qorxu filmi janrında çəkilən ABŞ filmi. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və rejissor Aleksandr Ajadır. == Məzmun == Filmin başlanğıcında bir qrup əsgər formasında olan araşdırmaçılar göstərilir. Ancaq ani və səbəbi naməlum bir mutantın hücumu nəticəsində araşdırmaçıların hamısı ölər. Etel Karter və həyat yoldaşı Bob Karter evlilik il dönümlərini qeyd etmək üzrə Kleveland, Ohayodan San Diyeqo, Kaliforniyaya hərəkət edərlər. Bu səfərdə karvan içində qızları Brenda, oğulları Bobbi (Den Bird), böyük qızları Linn (Vinessa Shau), Linninin həyat yoldaşı Douq (Aaron Stenford), ikilinin qız körpələri Katherina və "Gözəl" və "Canavar" adlarıyla bilinən Alman çoban itləri var. Ailə üzvləri ən başda bir benzinlikdə fasilə verər. Burada bəzi qəribə hadisələr yaşadıqdan sonra benzinliyin sahibi olan adamdan yolu soruşarlar. Ancaq yola çıxdıqdan bir müddət sonra yolu itirərlər.
Təpələrin gözləri var 2 (film, 1985)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 1985-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. == Məzmun == Cavan qrup heyəti idmana getməyə hazırlaşırlar. Onlar yolda olan zaman səhralıqda bir fermanın olduğunu görürlər. Getdikcə heyət başa düşür ki, onların arxalarıyca kimsə izləyir. Bir müddətdən sonra cavanlar bir-bir yoxa çıxmağa başlayır. Sonradan aydın olur ki, onlar müasir sivilizasiyadan xəbəri olmayan hannibal (adam yeyən) tipinə mənsub insanlardılar... == Maraqlı faktlar == Ues Kreyven etiraf edir ki, bu filmi ona pul lazım olduğu üçün çəkmişdir.
Təpələrin gözləri var 2 (film, 2007)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 2007-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və oğlu Conatan Kreyvendir. == Məzmun == İlk filmdə iştirak edən bölgə bu filmin də məkanı olaraq işlənməkdədir. Daha əvvəl nüvə sınaqların edildiyi sahə ilk filmdəki ailənin tragediyası sonrası tamamilə boşaldılmışdır. Ancaq axtarış və idarə işləri üçün kiçik bir elmi və əsgəri qrup burada vəzifəyə davam etməkdədir. Alimlər Nyu-Meksikada mutant varlıqların heç birini tapa bilmirlər. Film ilk filmdən dost olan mutantların əsir götürdükləri insandan uşaq sahibi olmalarının görünüşləri ilə başlayır. Qanlı doğum görünüşləri sonrası bir qrup əsgərin Əfqanıstan dekorasiyalı mühitdə etdikləri manevr görünüşləri gəlir. Daha sonra bu əsgərlər iş məqsədi ilə sərt bir liderliyində məşhur səhraya gedirlər.
Geniş açılmış gözlərlə (film)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur.Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi. Rejissor bir neçə sadə ştrix vasitəsilə baş qəhrəmanların gizlin emosiya tufanını, gərginliyini və xarakterlərini müvəffəqiyyətlə nümayiş etdirə bilmişdir.Filmdəki süjet səhnələrinin çəkilişləri Yerusəlimdə və Tel-Əviv-Yaffo şəhərlərində reallaşdırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.79 dəfə / 1 mln.
2006 0.23
2007 ••• 0.63
2009 •••••••••• 2.24
2010 •••••••••••••••• 3.63
2011 •••••••• 1.63
2012 ••••••• 1.46
2013 •••••••••••••• 3.06
2014 •••••••••••••••••••• 4.63
2015 ••••••••• 2.04
2016 ••• 0.52
2017 •••••••• 1.63
2018 ••••••••••• 2.55
2019 ••••• 0.97
2020 ••••••• 1.46

"gözlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gözlər nədir? #gözlər sözünün mənası #gözlər nə deməkdir? #gözlər sözünün izahı #gözlər sözünün yazılışı #gözlər necə yazılır? #gözlər sözünün düzgün yazılışı #gözlər leksik mənası #gözlər sözünün sinonimi #gözlər sözünün yaxın mənalı sözlər #gözlər sözünün əks mənası #gözlər sözünün etimologiyası #gözlər sözünün orfoqrafiyası #gözlər rusca #gözlər inglisça #gözlər fransızca #gözlər sözünün istifadəsi #sözlük