Qollar sözü azərbaycan dilində

Qollar

Yazılış

  • Qollar • 68.8772%
  • qollar • 27.9711%
  • QOLLAR • 3.1517%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar) — 14, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 33 ölkənin 83 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 14 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.400 xal toplayan Rusiya idmançısı, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, gümüş medalı 15.200 xal toplayan Almaniya idmançısı Sofie Şeder, bürünc medalı isə 12.800 xal toplayan Rumıniya idmançısı Andrea İridon qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 33 ölkənin 83 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı === Final === Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Afroditanın qolları (film, 1987)
Afroditanın qolları qısametrajlı bədii filmi rejissor Davud İmanov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Debüt" Studiyasında istehsal edilmişdir. Filmin qəhrəmanı (Rafiq Əliyev) heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür. Filmdə rolları Rafiq Əliyev, Olqa Zolotuxina, Muxtar Avşarov, Təvəkkül İsmayılov və Əliqulu Səmədov ifa edirlər. == Məzmun == Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.Heykəltəraş Cahid (Rafiq Əliyev) qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir, amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir.
Bobbi Çarltonun milli komandada vurduğu qolların siyahısı
Britaniya İmperiyası Ordeninə layiq görülmüş Bobbi Çarlton 1958–1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur. O, millinin tərkibində 49 dəfə fərqlənməklə, İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Bununla yanaşı o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki, nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür.Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında, Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı. O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı. O, millidə 31-ci qoluna 1963-cü ildə yekunda 4–0 hesablı qələbə ilə başa çatdırdıqları Uels milli futbol komandasına qarşı matçda imza atmış və bununlada özündən əvvəlki Tom Finni və Net Lofthausa məxsus rekordu təzələyərək İngiltərə millisində ən çox qol vuran futbolçu adına sahib olmuşur. Sonradan 1964-cü ilin oktyabrında Cimmi Qrivs onun bu rekordunu əlindən alsada o, 1968-ci ilin may ayında millinin tərkibində 45-ci qoluna imza atmaqla bu adı yenidən qazanmışdır. Bobbi millidə sonuncu qoluna 1970-ci ilin may ayında Kolumbiya milli futbol komandasına qarşı keçirdiyi matçda imza atmış və bu oyunun yekununda İngiltərə millisi 4–0 hesablı qələbə qazanmışdır. 1970 FİFA Dünya Kuboku turnirindən sonra o, milli komandanın tərkibində çıxışını başa vurmuşdur. O, 2015-ci ilin sentyabr ayına qədər İngiltərə millisinin bombardiri adını özündə saxlamışdır ta ki Ueyn Runi bu rekordu təzələyənə qədər.Bobbi Çarlton beynəlxalq matçlarda millinin tərkibində 4 dəfə het-trikə imza atmışdır. Müvafiq olaraq buraya ABŞ milli futbol komandasına qarşı matç, FİFA Dünya Kubokunun təsnifat mərhələsi çərçivəsində Lüksemburq milli futbol komandasına qarşı keçirilən matç həmçinin İsveçrə və Meksika millilərinə qarşı keçirilən yoldaşlıq oyunları daxildir.
Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısı
Bu Argentina milli futbol komandasının şərəfini qorumuş, Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısıdır. O, millinin tərkibində ümumilikdə 91 matç keçirmiş və 34 dəfə fərqlənə bilmişdir. Millidə ilk debütünü 27 fevral 1977-ci ildə Macarıstan yığmasına qarşı etmişdir. Əsas millinin tərkibində isə ilk qoluna Şotlandiya millisinə 3-1 hesabı ilə qalib gəldikləri oyunda vurmuşdur. == Beynəlxalq qollar == Hesablar və nəticələrdə ilk olaraq Argentina göstərilib:.
Eysebionun milli komandada vurduğu qolların siyahısı
Eysebio (1942–2014) 1961-1973-cü illər aralığında 64 matçda çıxış etdiyi Portuqaliya milli futbol komandasının tərkibində 41 qola imza atmışdır.O, millinin tarixində ən çox qol vurmuş oyunçu kimi qalırdı ta ki, 2005-ci ildə Pauleta onun bu rekordunu təzələyənədək. Hal-hazırda o, Kriştiano Ronaldonun birinci olduğu sıralamada üçüncü pillədə qərarlaşıb.Eysebio 1966 FİFA Dünya Kuboku turnirinin 9 qol ilə bombardiri olmuşdur. Həmçinin yarımfinal qarşılaşmasında o Şimali Koreya milli komandasının qapısından 4 top keçirmişdir. O, beynəlxalq oyunlarda 2 dəfə het-trikə imza atmışdır; buraya Şimali Koreya və turnirin seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirdiyi oyunlar daxildir.
Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı
Bu Qərbi Almaniya millisinin şərəfini qorumuş, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı. O, 1965-1977-ci illər aralığında 103 matçda millinin formasını geyinmiş və 14 qola imza atmışdır. İlk matçını 1965-ci ilin 26 sentyabr tarixində keçirmişdir. O, 1966 FİFA Dünya Kubokunda gümüş medal, 1970 FİFA Dünya Kubokunda bürünc və nəhayət 1974 FİFA Dünya Kubokunda qızıl medal qazanmışdır. Həmçinin hər 3 Dünya Kuboku turnirinin rəmzi yığmasına daxil edilmişdir. Bundan başqa o, UEFA Avro 1972 turnirini qalib kimi, UEFA Avro 1976 turnirini isə gümüş mükafatçı kimi bitirməyə müvəffəq olmuşdur. == Beynəlxalq qollar == Hesablar və nəticələr tablosu.
Miroslav Klozenin milli komandada vurduğu qolların siyahısı
Miroslav Kloze 2001-2014-cü illər ərzində keçirdiyi 137 oyunda vurduğu 71 qol ilə Almaniya millisinin tərkibində ən çox qol vurmuş futbolçudur. O, həmçinin 2002 və 2014-cü illər aralığında FİFA Dünya Kubokunda keçirdiyi 24 matçda 16 qol vurmaqla FİFA Dünya Kubokunun bombardiri adına sahib olmuşdur. Milli komandada iştirak etdiyi 13 il ərzində onun qol vurduğu heç bir matçda Almaniya millisi məğlub olmamışdır. Kloze millidə qol hesabını debüt matçında FİFA Dünya Kuboku 2002 seçmə mərhələsində Albaniyaya qarşı keçirilmiş və 2-1 hesabı ilə qalib gəldikləri oyunda açdı. 2002-ci ilin fevralın 13-də Kayzerslautern şəhərində yerləşən Fritz-Valter stadionunda İsrail üzərində 7-1 hesablı qələbədə o, rəsmi matçlarda ilk şəxsi Avstriya millisinin 6-2 hesablı məğlub edildiyi matçda ikinci het-trikə imza atdı. 2002-ci ildə iştirak etdiyi ilk FİFA Dünya Kuboku turnirinin yekununda 5 qol ilə Rivaldo ilə birgə turnirin ikinci ən çox qol vurmuş oyunçusu adını qazandı. Onun turnirdə qol hesabı isə Sapporo Doum stadionunda Səudiyyə Ərəbistanına qarşı keçirilmiş oyunda het-trik ilə başladı ki, həmin matçda Almaniya millisi 8-0 hesablı qələbə qazandı. Kloze 2006 FİFA Dünya Kubokunun açılış oyununda 2 dəfə fərqlənərək yekunda millisinin Kosta-Rika üzərindı 4-2 hesablı qələbəsini təmin etdi həmçinin qrupun son oyununda Ekvador millisinin qapısından 2 top keçirməyə müvəffəq oldu. O, iştirak etdiyi sayca ikinci Dünya Kuboku turnirini 5 qol ilə başa vurdu və nəticədə turnirin FİFA Dünya Kuboku Qızıl Buts mükafatını qazandı. 2008-ci il 10 sentyabrda 2010 FİFA Dünya Kuboku seçmə mərhələsində səfərdə Finlandiya ilə 3-3 hesabı ilə bitən oyunda bir daha het-trikə imza atdı.
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. == Tam beynəlxalq matçlarda vurulan qollar == === Bütün beynəlxalq matçlar === Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı
Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 14 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır. Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb. == Vurduğu qollar == Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir. İyunun 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşırdı. Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir.
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı
Zlatan İbrahimoviç — 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi.İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.İbrahimoviç millidə vurduğu qolların böyük hissəsi seçmə mərhələlərdə vurulmuşdur. O, 19 dəfə UEFA Avropa Çempionatının seçmə mərhələləsində fərqlənmişdir ki, bu topların 11-i 2016-cı il seçmə mərhələlərində qeydə alınmışdır və yekunda o, qol sayına görə Polşa millisinin hücumçusu Robert Levandovskidən 2 qol geri qalmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.68 dəfə / 1 mln.
2003 0.39
2005 0.67
2006 1.13
2007 0.85
2008 0.97
2009 •• 3.52
2010 •• 4.18
2011 •••• 7.21
2012 •••• 7.40
2013 ••••••••••••• 27.72
2014 •••••••••••••••••••• 45.31
2015 ••••• 11.23
2016 •••••••••• 22.04
2017 ••••••••••••• 28.29
2018 ••••••••• 18.58
2019 •••••••• 16.27
2020 0.66

"qollar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qollar nədir? #qollar sözünün mənası #qollar nə deməkdir? #qollar sözünün izahı #qollar sözünün yazılışı #qollar necə yazılır? #qollar sözünün düzgün yazılışı #qollar leksik mənası #qollar sözünün sinonimi #qollar sözünün yaxın mənalı sözlər #qollar sözünün əks mənası #qollar sözünün etimologiyası #qollar sözünün orfoqrafiyası #qollar rusca #qollar inglisça #qollar fransızca #qollar sözünün istifadəsi #sözlük