çölləri sözü azərbaycan dilində

çölləri

Yazılış

  • çölləri • 83.3333%
  • Çölləri • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Yelisey çölləri
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Qara dəniz-Xəzər çölləri
Qara dəniz-Xəzər çölləri və ya Pont çölləri Moldovanı, Şimali Qafqazı, Cənubi Ukraynanı, Cənubi Rusiyanı və Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsini əhatə edən Avrasiya çöllərinin tərkibində olan geniş çöl diyarıdır. Palearktika regionunun da bir hissəsi olan çöllərə mülayim çəmənliklər, savannalar və kolluq biomları daxildir. Ərazi klassik antik dövrdəki Kimmeriya, İskit və Sarmatiyaya uyğun gəlir. Çöl min illər boyu bir çoxu at sürən köçəri tayfalar tərəfindən istifadə edilmişdir ki, onların da bir çoxu Avropanı, Qərbi və Cənub Asiyanı işğal etmişdirlər. Biocoğrafiyada Ponto-Xəzər regionu termini bu çöllərdə yaşayan bitki və heyvanlar ilə Qara dəniz, Xəzər dənizi və Azov dənizində yaşayan heyvanları təsnif etmək üçün istifadə olunur. Genetik tədqiqatlar bu zonanın ən çox ehtimal olunan atların ilk dəfə əhliləşdirildiyi yer olduğunu müəyyən edir. Hind-Avropa xalqlarının dilləri və mənşəyi ilə bağlı həyata keçirilmiş olan tədqiqatlar nəticəsində yaradılmış Kurqan fərziyyəsi adlı nəzəriyyəyə görə, Pontik-Xəzər çölləri proto-Hind-Avropa dilinin vətənidir. Pontik çölləri Avropada 994.000 kvadrat kilometrlik bir ərazini əhatə edir. Ərazi Bolqarıstanın şimal-şərq, Rumıniyanın isə cənub-şərqindəki Dobrucadan, Cənubi Moldovaya, Ukraynaya, Rusiyaya və Qazaxıstanın şimal-qərbinə qədər uzanır və Ural dağları ərazinin sərhədini təşkil edir. Region ekoloji cəhətdən qarışıq çəmənlikləri, mülayim enliyarpaqlı və qarışıq meşələri əhatə edən şimalındakı Şərqi Avropa meşə-çöl zonası ilə həmsərhəddir.
Quru çöllərin torpaqları
Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır. Bu torpaqlar ensiz zolaq şəklində Qara və Azov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır. Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır. Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır.

"çölləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çölləri nədir? #çölləri sözünün mənası #çölləri nə deməkdir? #çölləri sözünün izahı #çölləri sözünün yazılışı #çölləri necə yazılır? #çölləri sözünün düzgün yazılışı #çölləri leksik mənası #çölləri sözünün sinonimi #çölləri sözünün yaxın mənalı sözlər #çölləri sözünün əks mənası #çölləri sözünün etimologiyası #çölləri sözünün orfoqrafiyası #çölləri rusca #çölləri inglisça #çölləri fransızca #çölləri sözünün istifadəsi #sözlük