köçləri sözü azərbaycan dilində

köçləri

Yazılış

  • köçləri • 90.9091%
  • Köçləri • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türk köçləri
Türk köçləri — Türk tayfalarının Asiya, Avropa, Hindistan, Yaxın və Orta Şərqdə yayılması prosesidir. Xüsusilə VI və XI əsrləri əhatə edir. Dünyaya yayıldıqları əsas ərazilər isə indiki Monqolustan, Sibir, Sintzsyan və Orta Asiyanın şərq hissəsi olmuşdur. Artıq X əsrdə Orta Asiya bütünlüklə Türklər tərəfindən məskunlaşdırılmışdı. XI əsrdə Səlcuqlu bayrağı altında türk tayfaları əvvəllərdə yaşadıqları Qafqazda, İranda, Yaxın və Orta Şərqin bir çox yerlərində, Anadoluda qəti olaraq möhkəmləndilər. Bu məskunlaşmaq qalıcı oldu və günümüzədək də davam edir. Əvvəlki torpaqlarda türk tayfaları isə sonda ya Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan kimi müstəqil dövlətlər qurdular, ya da Çuvaşıya kimi başqa etnosların anklavında qaldılar. Türk xalqlarından Uyğurlar Çində və Sibirdəki Saxalar isə Rusiyada kompakt halda yaşamaqdadırlar və etnik kimliklərini hələ də saxlayırlar. == Əcdadlar == === "Böyük Tarixçinin qeydləri" === Türklərdən bəhs edən ən qədim yazılı qaynaq Çin yazılı qaynaqları olaraq qəbul edilir. O dövrdə Türklər onlara qarşı tikilən Böyük Çin Səddinin şimalında da köçəri tayfalar şəklində yaşayırdılar.
Hind-ari köçləri
Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistana hipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər, eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur.Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Горшунова О. В. До того как сказал Заратустра… Индоевропейская экспансия и религиозный кризис в Средней Азии в период поздней бронзы // Религия в XXI веке: Архаика и современность. Москва: Каллиграф, 2012.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2010 •••••• 0.09
2011 ••••• 0.09
2014 •••••••••••••••••••• 0.34
2017 •••••••••• 0.16
2020 •••••••• 0.13

"köçləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köçləri nədir? #köçləri sözünün mənası #köçləri nə deməkdir? #köçləri sözünün izahı #köçləri sözünün yazılışı #köçləri necə yazılır? #köçləri sözünün düzgün yazılışı #köçləri leksik mənası #köçləri sözünün sinonimi #köçləri sözünün yaxın mənalı sözlər #köçləri sözünün əks mənası #köçləri sözünün etimologiyası #köçləri sözünün orfoqrafiyası #köçləri rusca #köçləri inglisça #köçləri fransızca #köçləri sözünün istifadəsi #sözlük