Hind-ari köçləri
Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistana hipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər, eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur.
Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir.
== Ari istilası nəzəriyyəsi ==
Ari istilası nəzəriyyəsi — tarixdən əvvəlki Cənubi Asiyada tunc dövrü hind-ari miqrasiyalarının müzakirələrində istifadə edilən mübahisəli termin.