köhlən sözü azərbaycan dilində

köhlən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • köhlən • 61.7978%
  • Köhlən • 37.0787%
  • KÖHLƏN • 1.1236%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Köhlən
Köhlən (at)
Köhlən (Marağa)
Köhlən (fars. كهلان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 423 nəfər yaşayır (99 ailə).
Köhlən (nəşriyyat)
Köhlən Nəşriyyatı — Azərbaycanda fəaliyyət göstərən nəşriyyat. Əsas fəaliyyəti elmi və bədii ədəbiyyatların buraxılışı ilə bağlıdır. == Haqqında == "Köhlən" Nəşriyyatı 14 iyul 2017-ci ildə Nizami Əlisoy tərəfindən yaradılmışdır.
Köhlən nəşriyyatı
Köhlən Nəşriyyatı — Azərbaycanda fəaliyyət göstərən nəşriyyat. Əsas fəaliyyəti elmi və bədii ədəbiyyatların buraxılışı ilə bağlıdır. == Haqqında == "Köhlən" Nəşriyyatı 14 iyul 2017-ci ildə Nizami Əlisoy tərəfindən yaradılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2006 •••• 0.23
2009 •••••• 0.32
2014 ••• 0.17
2015 •••••••••••••••••••• 1.19
2016 ••••••••• 0.52
2018 ••• 0.15
2019 ••••• 0.28
2020 ••••••• 0.40

köhlən sözünün leksik mənası və izahı

  • 1 sif. Harın bəslənmiş (at haqqında). Tövlələrdə köhlən atlar çığırışırmı? F.Köçərli. Volqadan su içmiş köhlən atların; Üstündə girdablı çaylara cumduq. S.Vurğun. // İs. mənasında. Köhləni yəhərləmək. Köhləni minmək. – Sən mənim köhlənim, oynaq atımsan. M.Müşfiq. [İlyas:] Tərlan kimi coşqun məzaclı bir köhləni isə yalnız minicilik sənətkarlığının zirvəsində duran tək-tək adamlar minə bilərdi. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / köhlən

köhlən sözünün etimologiyası

  • 1 Ərəb atlarından biridir, ən qoçaq, gözəl yerişli at cinslərindən hesab olu­nur. Ərəb sözüdür: əsli koheylan kimi olub. Bəzən bu sözü “yaxşı bəslən­miş at” mənasında izah edirlər, doğru deyil, cinslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / köhlən

köhlən sözünün rus dilinə tərcüməsi

köhlən sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. (at) courser, steed II. s. (harın bəslənmiş) well-stalled, wellgroomed, well-kept, well-tended; (tünd və qaçağan) fleet and spirited; ~ at wellgroomed / well-stalled horse; courser

    Azərbaycanca-ingiliscə lüğət / köhlən

köhlən sözünün fransız dilinə tərcüməsi

köhlən sözünün ləzgi dilinə tərcüməsi

köhlən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Yaxşı bəslənmiş (at haqqında). (“Koroğlu” dastanının lüğəti) İgidlər oylağı o Çənlibeldə, Daşdan qala quran qoç Koroğludur. Kinli paşalara meydan oxuyan, Çox köhlənlər yoran qoç Koroğludur.                                 (“Eyvazın Çənlibelə gətirilməyi”)                     * Nəfir carçı olur, çalar, Şad açulur, aləm parlar, Ər hayxırur, köhlən xorlar, Bir əcayib rüzgar olur.                                    (M.Elyas. “Nəğmələr kitabı”)                        *  Qarqudan çəkilən onun boyudu, Müxənnət olanun gözün oyudu, Əsli köhlən, yoxsa Düldül soyudu, Qırat, məni Çəmlibelə yetir, hey!                                  (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası

"köhlən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köhlən nədir? #köhlən sözünün mənası #köhlən nə deməkdir? #köhlən sözünün izahı #köhlən sözünün yazılışı #köhlən necə yazılır? #köhlən sözünün düzgün yazılışı #köhlən leksik mənası #köhlən sözünün sinonimi #köhlən sözünün yaxın mənalı sözlər #köhlən sözünün əks mənası #köhlən sözünün etimologiyası #köhlən sözünün orfoqrafiyası #köhlən rusca #köhlən inglisça #köhlən fransızca #köhlən sözünün istifadəsi #sözlük