* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. köhn. Ağılsız, səfeh, gic. Lənət olsun bədəsilə, kövdənə; İstəmə, əgərçi can verə sənə. Q.Zakir. [Vəzir Ağa Bəşirə:] Sən kövdən, bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən! M.F.Axundzadə. Xilqətdə Fəlatun ilə gər mən tən olurdum; Ol arif olub, mən nə üçün kövdən olurdum? S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / kövdən2 f. 1) yabı; 2) m. anlamaz, qanmaz, nadan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kövdən