* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Taxıl əkilmiş yer; zəmi. Heç keçilər öz-özünə kövşəndən çıxıb canavara yem olarmı? S.Rəhimov. [Ataş:] Atam kövşəndə taxıl biçəndə anam xırmanda vəl sürürdü, sovruq atırdı… Ə.Vəliyev. // Taxılı biçilmiş tarla. Dağlarda, daşlarda, kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı. “Koroğlu”. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov. …Taxılı biçilib yığılmış kövşənlər tez-tez birbirlərini əvəz edirdi. İ.Əfəndiyev. 2. Küləş. Kövşən dam. – Yeddi-səkkiz addım kənarda, üstü kövşənlə örtülmüş emalatxananın yoğun dirəyinə söykənib Xəlilin tanımadığı bir kəndli ilə söhbət edən katibini səslədi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / kövşən2 Taxıl əkilmiş yer; zəmi; taxılı biçilmiş tarla. (“Koroğlu” dastanının lüğəti) Dağlarda, daşlarda, kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı. (“Alı kişi”) * İlxı odu Qara xanın qoruğunda, Dəli Mehtər axtarır Çənlibelin kövşənlərini. (“Düratın itməyi”) * Gəlhagəl, gəlhagəl, gəlib çatdılar Ələmqulu xanın kövşəninə. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası / kövşən1 Biçindən sonra yerdə qalan və heyvanın çeynəməsi üçün olan hissədir. Kövşəmək sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kövşən2 сущ. 1. стерня: 1) сжатое поле, жнивье 2) остатки стеблей на корню, на сжатом поле 2. солома (сухие стебли злаковых растений, используемые как грубый корм для скота)
Azərbaycanca-rusca lüğət / kövşən1 I. i. straw, stubble; (dam üçün) thatch; haulm II. s. straw; ~ şlyapa a straw hat; ~ rəngli straw-coloured
Azərbaycanca-ingiliscə lüğət / kövşən1 1) is. paille f ; chaume m ; 2) sif. de paille ; de chaume ; ~ şlyapa chapeau m de paille ; ~ rəngli de couleur de paille
Azərbaycanca-fransızca lüğət / kövşən1 сущ. 1. техил цанвай чка; ник; // техил гвенвай ник; 2. агъалар, самар; // самун, кьилиз самар (агъалар) ганвай (мес. къав).
Azərbaycanca-ləzgicə lüğəti / kövşən